• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-09-2023, 12:49

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi


Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk.

Siyasi əlaqələrimizin hazırkı səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətimizin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaradır. Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm.

Biz Səudiyyə Ərəbistanına Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə minnətdarıq.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Oxunub: 54
Paylaş:
Digər xəbərlər

Siyasət

4-07-2023, 11:22

İlham Əliyev Cozef Baydeni təbrik etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-06-2023, 11:53

İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-06-2023, 11:18

İlham Əliyev İsveç Kralını təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-05-2023, 13:55

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-05-2023, 11:52

İlham Əliyev İordaniya Kralını təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Hava şəraiti bu tarixdən dəyişəcək - XƏBƏRDARLIQ
Payız gəldi...
Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama
Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq göndərir - Fotolar
Bakının 18 yolunda tıxac var - SİYAHI
Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi
Hadisə
23-09-2023, 12:44
Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
22-09-2023, 17:30
Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
22-09-2023, 11:25
Vəkil və iş adamı başından GÜLLƏLƏNDİ
22-09-2023, 11:23
Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşdu - Ölən var
19-09-2023, 13:07
DİN əməkdaşlarına qarşı terror aktı törədilib - DTX cinayət işi başlatdı
19-09-2023, 10:31
Laçında "Ural" qəzaya düşdü - “Azərenerji”nin 2 əməkdaşı öldü
Son xəbərlər
  • 23-11-2023, 20:15
    Qubaxəlili kənd tam orta mektebin direktoru Təranə Baĝırlı kimdi?
  • 13-11-2023, 13:36
    Ermənistan 10 noyabr razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
  • 26-10-2023, 09:49
    Qubadlıya həyat yenidən qayıdır
  • 25-10-2023, 11:53
    Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi
  • 19-10-2023, 21:21
    15 oktyabr ölkəmizin şanlə tarixinə qızıl hərflərlə yazıldı
  • 19-10-2023, 21:20
    Füzuli rayonu ən qısa müddətdə bərpa ediləcək
  • 18-10-2023, 21:10
    Toğrul Cəfərov
  • 18-10-2023, 11:30
    Ölkəmiz MDB ölkələri ilə əməkdaşlığı genişləndirir
  • 17-10-2023, 14:34
    Ölkəmiz MDB-nin işində iştirak etməyə həmişə böyük önəm verib
  • 16-10-2023, 16:16
    Ümummilli lider Heydər Əliyev Azərbaycanın mənafeyini hər zaman uca tutub
  • 16-10-2023, 11:11
    Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə prinsipial mövqeyindən heç vaxt geri çəkilməmişdir
  • 12-10-2023, 14:28
    Möhtəşəm tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir
  • 12-10-2023, 13:38
    Əzəmətli Şuşa şəhəri mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi
  • 11-10-2023, 14:31
    Prezident İlham Əliyev ölkəmizə Zəfər bəxş etmiş möhtəşəm Liderdir
  • 6-10-2023, 13:06
    İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə həyata keçirilir
  • 6-10-2023, 11:23
    Ölkəmiz beynəlxalq kosmik ailənin nüfuzlu üzvüdür
  • 5-10-2023, 13:54
    Ölkəmizin kosmik sənyenin inkişafı yönümündə uğurları danılmazdır
  • 4-10-2023, 11:20
    4 oktyabr Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biridir
  • 3-10-2023, 14:18
    Ölkəmizin şəhərsalma təcrübəsi dünyanın diqqətindədir
  • 2-10-2023, 17:05
    Heydər Əliyev siyasi kursuna sədaqət nümunəsi
  • 23-09-2023, 12:51
    Ombudsman Qarabağın erməniəsilli sakinlərinin hüquqlarının təmin olunmasından danışdı
  • 23-09-2023, 12:51
    Hava şəraiti bu tarixdən dəyişəcək - XƏBƏRDARLIQ
  • 23-09-2023, 12:51
    "Gürcüstan qalıcı sülh üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır" - Baş nazir
  • 23-09-2023, 12:50
    Hatayda yüzlərlə insanın məzarına çevrilən məşhur bina ilə bağlı daha bir həbs
  • 23-09-2023, 12:50
    Payız gəldi...
  • 23-09-2023, 12:49
    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • 23-09-2023, 12:49
    Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama
  • 23-09-2023, 12:49
    Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto
  • 23-09-2023, 12:48
    İsrailin Baş nazirindən Azərbaycanla bağlı açıqlama - Hər şey əladır!
  • 23-09-2023, 12:47
    Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşəcək
  • 23-09-2023, 12:46
    Qarakənd yaşayış məntəqəsində tərk edilmiş döyüş mövqeyləri - VİDEO
  • 23-09-2023, 12:46
    Antiterror tədbirləri Kolumbiya mətbuatında
  • 23-09-2023, 12:46
    Rusiya, İran və Türkiyə XİN rəhbərləri BMT-də Astana formatında görüş keçirdilər
  • 23-09-2023, 12:45
    42 rusiyalıya və 21 təşkilata qarşı sanksiya!
  • 23-09-2023, 12:44
    Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
Daha çox
  • Təsisçi və Baş redktor: Tahirova Şəfiqə
  • Telefon: (99455) 817 80 12
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Milliirs.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə