Üzümçülük qəsəbə tam orta məktəbi ilə bağlı daxil olan şikayətə əsasən araşdırmalar və sorğular apardığımız zaman bildirildi ki , uşaqlardan müəyyən məbləğdə pul alınıb adları jurnalda gedir lakin dərsdə iştirak edilmir. Belə təhsillə şagirdlərə nə aşılana bilər? Bundan əlavə olaraq pul yığımı dayanmır. Nə üçün yığılır bilinmir. Buna nə ad vermək olar ? Rüşvətxorluq yoxsa nə? Bu məktəbə rəhbərlik edən Qafarova Sevil müəllimənin arxasında kim dayanır ki, ancaq pul yığımı gedir. Çəkiliş qrupumuz və adiyatı olan orqanlarla birlikdə araşdırmalar aparılır.