Seyid Aynurun şeirləri özünəməxsus hissi-emosional ovqatıyla seçilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Mədəniyyət
22-05-2023, 11:27
Seyid Aynur 1987 -ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. "Ulduz"jurnalı, Kaspi, Ədəbiyyat və 525ci qəzetdə şeir və esseləri çıxıb. "Naxış" adlı bir hekayənin müəllifidir. 2018 ci ildə Türkiyədə nəşr olunan Azərbaycan ədəbiyyatı antologiyasında şeirləri dərc olunub. Şeirlərində sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzuları çox işlənib. Hazırda beynəlxalq səviyyəli İnsan resursları mütəxəssisi olaraq HR sahəsində fəaliyyət göstərir. Ən çox sevdiyi çiçək yasəmən, xoşladığı rəng isə yasəmən rəngidir. Bu yaxınlarda "Lal gəmilər"adlı kitabı işıq görəcək. Seyid Aynurun şeirləri özünəməxsus hissi-emosional ovqatıyla seçilir.
Şeirlər
Xudayarın nəğməsi" Qeyrətinin üzünü yudu zabit, Zühur etmiş arzular bulağında Çiçək açdı mərmilər, tüpürdü çarmıxa çəkilmiş İsa erməni xislətinə. Həsrətinlə yaşıd oğullar gəldi, nəğmə deyə-deyə, fit çala-çala, Bir evdə bir ananın yuxusunda çilikləndi aynalar vağzalı çalınmadı. Xatirələri başdaşlarında qalan, Ağoğlanı düşünüb Məryəm ana yaddaş məzarlığında hıçqırdı elə hey ağac-ağac, saraldı yarpaq-yarpaq. Göyə əl açan yaralı məscidlər, Gileyləndi bu dünyanın işindən üfüqlər əcəl kimi: Peyğəmbəri-əkrəmin hüzurunda Ağlamsındı mələklər. Dalğalanar gözlərimdə bayrağım, Gəldim oturub söhbətləşək, Şuşa: sən, mən, dəfnə ağacı Səbrim ovuclarıma sığmır daha çırp keçmişin tozunu. Təbiətin beşinci fəslindəyəm- bir budağım gətirib qucaq-qucaq, o biri tumurcuqlayıb Dastan yazıb Cıdırda yallı gedən Koroğlular, vətənim!. "Xudayarın nəğməsi" ni oxuyur, Yarım qalan səngər-səngər məktublar Dağlara şeir aparın, bir də ovuc dolu vətən buğdası- göyərçin yuva salıb.
Xocalı
Cavan, qoca, körpə: kim vardısa, hamısını “uddu” Xocalı. Birdən silah səsləri gəldi: hər kəs adətdəndəndir deyib, bəyi gözlədi qara gəldi mamaqızı Sədiqənin toyu. Göydən yağış kimi yağdı mərmilər, əmioğlu Azadın qollarını qoparıb yüyrük tək ağacın budağına asdı mən isə xatirələri toz olmasın deyə ovuclarma yığdım və üşüdüm zirvəyə sancılmış bayraq kimi. Gecdir daha - ümidin gözlərini sığadım, külək əsdikcə qəfil burnuma hardansa qaraağac qoxusu gəldi. Ağac –ağac hıçqırdı, ləpələndi yaşıl gözləri Badaranın, ağı deyib özünü oyan-buyana çırpdı, Suya düşən ağ yelkənə bənzədi körpələrin cansız bədəni. Qız gəlinin naləsi kəndi bürüdü, Həlimə arvad qışqırdı möhkəm: “Ayılın ay camaat, qırıldı Xocalılar”.
Şeir Eyvanda “ayrılıq” sözü tumurcuqlayırdı: səbri tulladım uçurumdan üzü aşağı, şeir çiçəklədi ağ vərəqdə dalğalanma daha, nəm çəkən gözlərim. qolumu qaldırıb yatmış körpəmin üstünü ötmək istədim- Bir də gördüm əllərim bir cüt qanad olub.
Nüvə
Əvvəlcə qırmızı papağı, Sonra lalələr itdi yanağında yandı uzun qara hörükləri qızın od düşdü Xirosimaya. Yer, göy və bütün canlılar üçün O gün dayanmadan dua etdi “məbəd ağacları”. Şəhər tarixin yaddaşından silinsin deyə yandırdılar yaddaşsızlığın çarəsi ginko ağaclarını İki yüz qırx altı min can aldılar, Bomba səsindən diksinib tumurcuqladı budaqlar; nənələr nəvələrinə corab toxuya bilmədi birinin qolu, birinin ayaqları şikəst körpələr xəstə doğuldu. Nişanlı bir qızın ürəyində qürub etdi məhəbbət çağalar anasız qaldı.
İllər ötdü...
Bir qırmızı papaqlı qız- yanağında lalələr mənə baxıb gülümsədi, Xirosimaya yaz gəldi. Sevgililər əllərində oleandr Naqasakidə sevgi nəğmələri oxudu.
Bax!
yenə uçub gəldilər qağayılar, qağayılar, qağayılar...