"Azərpoçt" 40 min vətəndaşa bu qədər kompensasiya ödəyib

Tarix:29-04-2019, 13:47 Baxış Sayı:248 Kateqoriya:cemiyyet

"Azərpoçt" 40 min vətəndaşa bu qədər kompensasiya ödəyibProblemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt" MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Bu gün artıq 8-ci günüdür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb.
Milliirs.az lent.az-a istinadən verilən məlumata görə, son 7 gün ərzində 40907 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 7 gün ərzində "Azərpoçt" MMC-dən 10773346 manat vəsaiti nağd formada alıb.
May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. "Azərpoçt" Bakı ərazisində yerləşən şöbələri və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.
Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1 000-dən aşağıdır. Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt" MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla "Azərpoçt" MMC-dən ala biləcəklər.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın nəfərə şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsi ilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər.

SON XƏBƏRLƏR
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
“Azərbaycan əsgərləri gələndə mən qaçdım, 11 əsgərim əsir düşdü” - Erməni zabitdən ETİRAFLAR
Zəngəzur dəhlizi NƏ QƏDƏR REALDIR? - HƏQİQƏTƏN DƏ...
"Türkmənistan Azərbaycanın mövcud enerji sistemlərindən istifadə etmək imkanı əldə edəcək" - deputat
DİM fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir - Diqqət!
Aztəminatlılara dəstək, yoxsa “gözə kül üfürmək” taktikası? - Tələbə kreditləri...
Rəsmi Tehran yeni reallıqları qəbul edib - Başqa yolu YOXDUR!
 Xərçəngə yoluxan aktyorun SON ARZUSU
Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
İrandan DAHA NƏ GÖZLƏYƏK? - HƏQİQƏTƏN DƏ...
"Onlar bu formatın kənarında qalıblar, vurnuxurlar..." - Keçmiş nazirdən maraqlı açıqlama
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
Qazaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Overçuk qovluğunda Bakıya nə gətirmişdi? - İNCƏLƏMƏ...
Vitrində bir qiymət, kassada başqa: - "Görməmişəm, vitrində yuxarı, kassada aşağı olsun"
"Əksinə, çoxlu itkilər verəcək, ağır məğlubiyyətlərlə üzləşəcəklər" - FAKT BUDUR!
“Bir icra başçısını türməyə basmaq bəs eləmir, gərək kökünü kəsəsən“
Yusif Abbaszadədən hər kəsə örnək ola biləcək addımlar
Azərbaycan və Ermənistanın gözlənilən BRUSSEL GÖRÜŞÜ: - "Putinin susqunluğunun əsas səbəbi..."
Daxili savaş ssenarisi: Paşinyanın əsas rəqibləri oyundan çıxarılır? - GƏLİŞMƏ