ADU-da Mübariz İbrahimova həsr olunmuş müsabiqənin mükafatlandırma mərasimi keçirilib

Tarix:8-02-2019, 10:34 Baxış Sayı:279 Kateqoriya:tehsil

ADU-da Mübariz İbrahimova həsr olunmuş müsabiqənin mükafatlandırma mərasimi keçirilib
Fevralın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusundakı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi, jurnalist Şahin Sərdarlının təşəbbüsü ilə keçirilib. ADU-nun rektoru və professor-müəllim heyəti də şəxsi təşəbbüsləri ilə müsabiqəyə dəstək veriblər.

Tədbirdə ziyalılar, görkəmli ictimai-siyasi xadimlər iştirak edib.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Mübariz İbrahimovun dəfn mərasimində çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra ADU-nun rektoru, münsiflər heyətinin sədri akademik Kamal Abdulla Prezidentin qəlbdən gələn sözlərinin hamının ürəyində yaşadığını deyib. Vətənpərvərliyin təbliği istiqamətində keçirilmiş müsabiqəni yüksək qiymətləndirən rektor Mübariz və onun kimi qəhrəmanların “Təki Vətən sağ olsun” deyərək düşmənin üzərinə yeridiklərini söyləyib. K.Abdulla Vətən uğrunda canından keçən gənclərin qəhrəmanlıq dastanlarını xatırlatdığını deyib. İnsan üçün onun həyatının əziz olduğunu deyən rektor dərk edərək ölümünə qarşı getməyin ölməzlik olduğunu bildirib. K.Abdulla yaxın gələcəkdə doğma torpaqlarımızın azad olacağı günün qeyd ediləcəyinə inam hissini ifadə edib.

Daha sonra müsabiqənin münsiflər heyətində təmsil olunan jurnalist, filosof İlham Tumas, o cümlədən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov müsabiqənin təşkilini yüksək qiymətləndiriblər və əməyi keçən şəxslərə təşəkkürlərini bildiriblər.

Layihə rəhbəri Azərbaycan Dillər Universitetinin tələbəsi və əməkdaşı, jurnalist Şahin Sərdarlı Mübarizin Azərbaycan gənclərinə nümunə olduğunu bildirib. O, qeyd edib ki, əziz şəhidlərimizin adlarını uca tutmaq, onları öz canımızdan da çox qorumaq hər bir gəncin mənəvi borcudur. Bu gün dövlətimizin şəhid ailələrini daim diqqətdə saxladığını, cənab prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək ehtiram göstərdiklərini vurğulayıb.

Qeyd edək ki, müsabiqədə 300 nəfərə yaxın şəxs iştirak edib. Müsabiqəyə tələbələr, müəllimlər, məktəb direktorları, o cümlədən ölkəmizin 25-ə yaxın rayonunun təhsil müəssisələrindən şagirdlər də qatılıb.

İştirakçılar arasından 1 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə, 3 nəfər 3-cü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Qaliblərə diplom və pul mükafatı təqdim olunub. Qaliblər müsabiqə haqqında təəssüratlarını bölüşüblər.

SON XƏBƏRLƏR
Yevlaxda Şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ