Linqvokulturologiya kafedrasının qəzeti nəşr olunub

Tarix:29-01-2019, 11:24 Baxış Sayı:211 Kateqoriya:tehsil

Linqvokulturologiya kafedrasının qəzeti nəşr olunub
Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyevanın təşəbbüsü ilə ingilis dilində “The Busy Bee’s Chronicles” adlı 8 səhifəlik qəzet nəşr olunub. Qəzeti hazırlayanlar kafedranın baş müəllimləri – filologiya üzrə fəlsəfə doktorları Aynur Məmmədzadə, Dinarə Muxtarova, baş müəllimlər Rəşidə Ağayeva və Səidə Mehdiyevadır.

Kafedranın təşkil etdiyi tədbirlərin və tələbələrin yaradıcılığının yer aldığı qəzetin ilk səhifəsində Azərbaycanda aparıcı universitetlərdən biri sayılan, yüksək ixtisaslı mütəxəssislər hazırlayan Azərbaycan Dillər Universitetindən və rektor akademik Kamal Abdulladan bəhs olunur. Bununla bərabər geniş fəaliyyət strukturuna malik Linqvokulturologiya kafedrasının yaranması və tədris olunan fənnlər haqqında da məlumatlar var.

Qəzetin ikinci səhifəsi kafedranın baş müəllimi Dinara Muxtarovanın Landau məktəbində tələbələrin iştirakı ilə Ölkəşünaslıq fənnindən açıq dərs keçirilməsinə həsr olunub. Mövzusu “Culture, customs and traditions of Great Britain” adlanan açıq dərs interaktiv metod əsasında qurulduğundan şagirdlərin hər biri dərsdə fəal iştirak edib və ən fəallarına ADU tərəfindən hədiyyələr təqdim olunub.

Üçüncü səhifədə “Sightseeing of London” mövzusunda keçirilən açıq dərsdən, ADU və Azərbaycan Kooperasiya Universiteti arasında “Biznesdə İngilis dilinin rolu” adlı seminardan danışılır.

Qəzetin növbəti səhifəsində “Spanish Day” mövzusunda keçirilən açıq dərsdən bəhs olunur. Belə ki, ERASMUS proqramı əsasında ADU-da təhsil alan ispaniyalı tələbələr öz ölkələri haqqında maraqlı faktlara əsaslanan təqdimatla çıxış edib. Eyni səhifədə “Sağlam pəhriz saxlamaq həqiqətən də vacibdir?” adlı maraqlı yazı var.

Qəzetin beşinci və altıncı səhifəsində mədəniyyət bölməsi də vardır ki, burada gənc şairlərin – 4-cü kurs tələbələrinin Azərbaycan və rus dillərində şeirləri yer alır.

Sonuncu səhifə yanvar ayında kafedrada görülən işlər və əməkdaşların doğum günü təbriklərinə həsr olunub.

Onu da əlavə edək ki, Linqvokulturologiya kafedrasında professional müəllimlər tərəfindən aparılan danışıq klubu fəaliyyət göstərir. Maraqlanan tələbələr kafedraya müraciət edə bilərlər.
Linqvokulturologiya kafedrasının qəzeti nəşr olunub

SON XƏBƏRLƏR
Yevlaxda Şəhidlərə həsr edilmiş kitabın təqdimatı keçirildi
Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb - TƏFƏRRÜAT
Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
İran dövlətçiliyinin 3000 illik tarixi və ya Azərbaycan İranın bir parçası kimi yalanının ortaya çıxarılması...
Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
"Tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər"" - Prezident İTTİHAM EDİR
Oksigen aparatına qoşulan Səyyad Əlizadə və xanımının SON DURUMU
"Bu iki səbəb mediamızı acınacaqlı hala gətirib çıxarır" - Arif Əliyev
"Baku Electronics"dən narazılıq bitmək bilmir - GİLEY
Oktyabrın 1-dən bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq - Diqqət!
Qaxda qaydaları pozan 15 sürücü barəsində tədbir görülüb
3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdı - Azərbaycanda ŞOK OLAY
Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: - Prokurorluq işə qarışdı
Rusiya kəşfiyyatının PKK-dakı agenti: Kəlbəcərdə təlim keçib... - “MƏZLUM RUS” TÜRKİYƏNİN BOMBA ZƏRBƏSİNDƏN SAĞ ÇIXIB
Hazırda həbsdə olan sabiq məmurlar: Nazir, general, səfir... - SİYAHI
Bu il müəllimlərə gül hədiyyə etmək olar? - Təhsil Nazirliyindən AÇIQLAMA
Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri Ankarada görüşüb
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” - Politoloqdan sensasiyalı TƏKLİF
9 illik bazadan kolleclərə qeydiyyat başlayıb - Diqqət!
Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
“Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur” - ekspert
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - deputat
Bakıda bomj ona köməklik edən kişinin arvadını zorladı - İSTİNTAQ MATERİALLARI
"Qurumun rəhbərliyi həmin 40 min manatlıq cəriməni qəzetlər arasında bölüşdürməyə çalışır..." - NARAZILIQ!
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 4 995-ə çatıb
“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”
Keçmiş hakimin yarım milyonluq dələduzluğu - Axundu da işə qatıb
Nikol və Anna Moskvaya qarşı: - Paşinyanın Tiflisdəki davranışına Rusiyanın cavabı olacaq
Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ