"Mücahidlər" kimlərdir

Tarix:16-11-2018, 21:20 Baxış Sayı:514 Kateqoriya:tarix

"Mücahidlər" kimlərdir


Şimali Qafqaz uğrunda savaş: “Neft şeyxləri”nin sələfizmi və səfaləti


Çeçenistan üzərindən Şimali Qafqazda Mövladi Uduqovun rəhbərliyi altında yaradılan “Kavkaz Tsentr”in ideoloji təlimlərində radikal dini fanatizm ideyalarının təbliğatı mühüm rol oynayırdı.

1994-1996-cı il illərdə rus-çeçen müharibəsi dönəmində bütün dünyanın gözü Şimali Qafqazda idi.

Rusiyanın bu savaşda ağır və üzücü məğlubiyyəti Avropanın xoşuna gəlsə də, Şimali Qafqazda insan haqları pərdəsi altında digər xalqların dövlət müstəqilliyi uğrunda mübarizəsinə etinasız idilər. Şimali Qafqazda yaşayan xalqlar dövlətləşmə fəlsəfəsini demək olar ki, ötən 450 illik tarixdə yadırğamışlar. Digər yandan isə, məhəlli etnik millətçilik, etnik icmalar arasında ixtilafların hər an körüklənməsi də qaçınılmaz idi.

Etnik qarşıdurmalardan islam birliyinə doğru

1991-ci ildə keçmiş Sovet İttifaqı dağıldıqdan sonra, Şimali Qafqazda hər bir etnik qrup özünü bölgənin ən güclü icması kimi göstərmək üçün mübarizə aparmağa başladı. Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikaları etnik müstəvidə ixtilaflar yaşayırdılar. 50 min 300 kv. km. ərazisi olan Dağıstanın 3 milyonluq əhalisi 33 fərqli etnik icmadan təşəkkül tapır. Hər bir kənd etnik tərkibinə görə özünü müdafiə adı altında yaxşıca silahlanmışdı. Çərkəz-qaraçaylı,kabardin-balkar, osetin-inquş, avar-kumık, avar-dargin, avar-noğay, çeçen-avar, çeçen-lak və sair etnik qarşıdurmalar hər an Şimali Qafqazda vətəndaş müharibələrini alovlandırmaq təhlükəsi ilə üz-üzə idi.

Belə bir vaxtda Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi, Gürcüstanın yanlış siyasətindən bəhrələnən güclərin gündəmə gətirdiyi gürcü-osetin, gürcü-abxaz, gürcü-minqrel, gürcü-rus qarşıdurmaları bütövlükdə Qafqazın acı aqibəti kimi tarixə düşdü. Qərbin çoxsaylı xristian missionerləri və müsəlman ölkələrindən humanitar yardım məqsədilə gəlmiş təşkilatları Qafqazda qarşı-qarşıya durmuşdular.
1996-cı ilin mayında Moskvada Çeçenistan və Rusiya Federasiyası adına yeni bir anlaşma imzalandı. Bütün Şərq ölkələrində bu anlaşmanı “Cihadçıların qələbəsi” kimi yozmağa başladılar. 1760-1861-ci illərdə aparılmış “100 illik Qafqaz Savaşı” ilə bağlı çoxsaylı əfsanələr tirajlandı. Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Livan, Liviya və digər ölkələr üzərindən Şimali Qafqazda “Asiya Müsəlmanları Komitəsi” adı ilə bir sıra islamçı hərəkatlar, fondlar, dini təhsil mərkəzləri, nəşriyyatlar, KİV-lər, humanitar mərkəzlər yaratmağa başladı. “Qafqazda islam-xristian qarşıdurmaları var və bu müharibə onilliklərlə davam edəcək” kimi görüntünü bütün dünyaya nümayiş etdiriləmsi hədəf seçilmişdi. Şimali və Cənubi Qafqazın enerji və digər təbii resurslarının dünya bazarına çıxarılmasını əngəlləmək Ər- Riyadın strateji hədəfi idi. Ona görə də Şimali Qafqazda yaranan təsisatlar islam birliyi və xristian dünyasına qarşı cihad ideyasını müdafiə edirdilər. Digər dövlətlərdə cihad adı altında silahlı münaqişələrdə təcrübə keçmiş kadrların bu dəfə Şimali Qafqaza göndərilməsinin sirri də bunda idi.

Şeyx tələsi

Əli əl Amudi və Abdel Hamid Cəfər Dağıstani adlı “şeyx”lər bütün Şimali Qafqazı ələ almaq üçün ilk səfərilərini Dağıstana etdi. Bunun ardınca isə, “Ümumdünya İslam Liqası” təşkilatının regional şəbəkələrini qurmağa başladılar. Bu qurumun vasitəsilə təkcə bir il ərzində Dağıstandan 3 min nəfərin həcc ziyarətinə humanitar yardım altında dəstək verdilər. Daha sonra müxtəlif başqa təşkilatların Bakı, Mahaçqala, Qroznı şəhərlərində nümayəndəlikləri yaradıldı.

Beləliklə din pərdəsi adı ilə “radikal” cərəyanların ideoloji baxımdan təməlini qurdular. Bu barədə 1999-cu ildə Parisdə “Grasset” nəşriyyatı tərəfindən isveçrəli araşdırmaçı jurnalist Riçard Labevyerin dərc etdiyi “Terror dollarları. Birləşmiş Ştatlar və islamçılar” kitabında açıq şəkildə yazırdı: “Dünyada radikal islam anlayışı Səudiyyə Ərəbistanı adlı bir dövlətin yaranmasından sonra meydana gəlib”. Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Adıgey respublikalarından Səudiyyəyə məxsus “Benevolence International Fundation” (Beynəlxalq Humanitar Yardım Fondu) tərəfindən maliyyə dəstəyi ilə Dağıstanın Kizlər və Xasavryurt rayonlarında Şeyx Sərvah Abid Səəd tərəfindən “İqraa” adlı tədris mərkəzləri yaradıldı. Hələ 1997-ci ildə “Əl-Hərameyn” təşkilatının maliyyə dəstəyi ilə Şeyx Aqil bin Əbdül Əzizin rəhbərliyi altında Səudiyyənin paytaxtı Ər Riyadda “Fundation Regarding Sheshenia” (Çeçenistana Yardım Fondu) adlı bir qurum yaradılmışdı. Ayrılan ianələr “Əl Bəraka” Bankının vasitəsilə radikal islam və terroizmdə yer alanlara çatdırılırdı. Bu dönəmdə Səudiyyə Ərəbistanı vətəndaşları olan Abdel Lətıf bin Abdal Kərim-Darian, Əbu Ömər Mühəmməd Əs-Seyf, Əbu Sabit, Əbu Salman Mühəmməd, Əd Daxşi və digərləri Tiflis üzərindən radikal islamçılar və terrorçulara maddi dəstəyə nəzarəti ələ aldılar. Əslində Səudiyyə Ərəbistanı azacıq məsrəflərlə daha üstün səviyyədə gəlirlər əldə etmək üçün terroizmi dəstəkləyirdi. Çünki “Soyuq Savaş”dan sonra, dünya bazarına Rusiya, Azərbaycan və Orta Asiyanın zəngin neft-qaz yataqlarının ixracı sürətlə artırdı. Bu da öz növbəsində Səudiyyə Ərəbistanın dünya bazarırndakı “monopoliyası”na qarşı ciddi zərbələr demək idi. Dünyanın qlobal müstəvidə heç bir siyasətindən xəbəri olmayan, dini və etnik kimlik baxımından saflığın simvoluna çevrilmiş Şimali Qafqaz xalqları çox asan yolla neft şeyxlərinin məkrli tələsinə düşmüşdülər. Sonralar vəhaibzm-sələfizm xəstəliyinə mübtəla olan Şimali Qafqaz xalqlarının nümayəndələrini bizlər Suriya, İraq, Liviya, Misir, Oman, Sudan, Fələstin və digər Yaxın Şərq ölkələrində yaşanılan vətəndaş savaşlarında gördük. Dağıstan və Çeçenistandan toplam 3 min nəfər radikal dindar Suriyadakı vətəndaş müharibəsində qəddar olan “İŞID” kimi cəlladların sıralarında savaşırdı.

“İmarət” dövlətinin fəsadları

Çeçenistan üzərindən Şimali Qafqazda Mövladi Uduqovun rəhbərliyi altında yaradılan “Kavkaz Tsentr”in ideoloji təlimlərində radikal dini fanatizm ideyalarının təbliğatı mühüm rol oynayırdı. Bu gün Qətər dövlətində gizlənməyə məcbur qalmış Doku Umarovun insanların dini görüşlərindən öz mənfəəti üçün yararlanan bir manyak olduğunun hər kəs fərqindədir. Yüzlərlə insanlar “cihad”çı xəstəliyinə tutulmaqla canlarını “neft şeyxlərinin”və “dəllalları”nın mənafeyi naminə fəda vermişlər. Bu məsum insanlar demək olar ki, Şimali Qafqazın bütün nöqtələrində terror aktları törətməklə şeyxlər üçün “cənnət”ə vasil olduqlarının fərqində belə vara bilmədilər. Elə bu gün də “Qafqaz İslam Xilafəti” və ya “Qafqaz İmarəti” adı altında həmin şəbəkə dolayı yolla fəaliyyət göstərməkdədir. Beyinləri yuyulmuş və İslamə sadəcə “terror dini”nə çevirməklə nə qədər yalnış yolda olduqlarını anlamırlar. M. Uduqov hər gün öz nəzarətində saxladığı təbliğat ruporu ilə neçə-neçə məsum insanın bu yolda “şəhid” olmağa səfərbər edir və bunun qarşılığında da ən çox gəlir götürən bu din manyakıdır.
1999-2002-ci illər savaşı çeçen xalqının heç də milli azadlıq mübarizəsinə çevrilmədi. Bu daha çox, Avropanın burnunun ucunda “xristian-islam savaşı” kimi tarixə düşdü. Nəticə etibarı ilə 150 min nəfərə yaxın Şimali Qafqaz əsilli insanlar bu savaşda öldü. Minlərlə insanlar həbsxanalara atıldılar. On minlərlə insanlar doğma yuvalarından didərgin düşdülər. On minlərlə insanlar ömürlük əlil qaldılar. “İmarət” dövlətinin elan edilməsi fitnəsinin acı sonluğu belə tamamlandı.

Marığa yatmış fondlar

Müxtəli müsəlman ölkələrində fəaliyyət göstərən “Cəm’iyyəti- İhya –ut-Turas Əl İslami” (Küveyt), “Ləşkər Təyyibə” (Pakistan), “Əl Xeyriyyə, “Əl Hərameyn Foundation”, “İqraa”, “İbrahim ben İbrahim” (Səudiyyə Ərəbistanı) və digər onlarca QHTvə fondun tək amacı “şeyxləri”n neft-qaz sektorunda əldə etdikləri gəlirlərinin sabit qalması və daha çox qazancın təmin olunmasına xidmət edir. Elə buna görə də adı çəkilən fondlar radikal və mövhumatçı İslam ideyasını təbliğ edirlər. Bu gün onlara Şimali Qafqazın hər yerində rast gəlmək olur. Şimali Qafqazda və Azərbaycanda bu təsisatların hamısı qapılarını bağlayası olublar. Ancaq istənilən anda yenidən göbələk kimi pırtlayıb çıxmaq imkanları da vardır. Həbib Əli Mühəmməd Fəthi, Samir ben Salih əs Süveyl (Xəttab), Ömər bin İsmail əl Qasimi, Əbül Valid və digər onlarca peşəkar terrorçu beynəlxalq miqyasda “neft şeyxləri”nin əmrlərinin qulu olduqlarını belə anlamamışlar. Radikal sələfiyyənin ideoloqlarından olan Mustafa Dusuki Kasbah(Qəsbə) “Çeçenistan müsəlmanların qarşısında duran borcun sınaq meydanıdır” kitabında açıq şəkildə belə yazır: “Şimali Qafqazda yaşayan insanlar tarix boyu döyüşkənliyi ilə tanınırlar. Onlar keçmişdə namus, ləyaqət və şərəfləri üçün döyüşürdülərsə, indi cihadçı rolunda çıxış edirlər. Biz ərəblər onların saf, incə və zərif duyğularından faydalanmaqla öz zənginliklərimizi qoruyuruq”.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda