İlk kommersiya kvant kompüteri təqdim olundu

Tarix:12-01-2019, 10:05 Baxış Sayı:158 Kateqoriya:publisist

İlk kommersiya kvant kompüteri təqdim olundu
"IBM" şirkəti yanvarın 8-11-də Las-Veqasda keçirilən "CES 2019" istehlak elektronikası sərgisində ilk kommersiya kvant kompüterini nümayiş etdirib. İyirmi kubitlik "IBM Q System One" sistemi özündə kvant və klassik hesablama komponentlərini birləşdirir.

Milliirs.az Milli.Az-n ICTnews-a istinadən bildirir ki, böyük ölçüyə malik "IBM Q System One" laboratoriyalardan kənarda işləyən ilk sistemdir. Şirkət nümayəndələrinin sözlərinə görə, kompüter kvant hesablamalarının kommersiya istifadəsinə verilməsi istiqamətində böyük addımdır.

Məlumata görə, sistemin xarici görünüşü üzərində məşhur dizaynerlər çalışıb. İstehsalçı nümayəndələrinin fikrincə, bu, əsl sənət əsəridir. "IBM Q" tərəfləri 3 metr təşkil edən hava keçirməz kub şəklindədir. Hər şey fantastik film dekorasiyasını xatırladır.

"IBM Q System One" kvant kompüterinin satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir.
Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.

Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

SON XƏBƏRLƏR
Bu ölkədəki səfirliyimizin tabeliyində Mədəniyyət Mərkəzi yaradıldı - SƏRƏNCAM
Cavanşir Quliyev: “Çantamı qapıb, hava limanına qaçmağa hazıram” - MÜSAHİBƏ
ADU-nun məzunu yüksək nəticə göstərib
Ceyhun Bayramov: "Orta məktəblərdə dərs yükü optimallaşdırılır"
Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub
İlham Əliyev idmançıları təltif etdi - FOTO
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb
Kamal Abdulla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb
Azərbaycanın Tbilisi Zooparkına hədiyyə etdiyi maralın balası olub
Azərbaycan dili Serbiyanın ən böyük universitetində tədris olunacaq
ADU-da “Oğlumla söhbət” kitabının müzakirəsi keçirilib
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
ADU professorunun yeni kitabı işıq üzü görüb
ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib
“Ədəbiyyat ideologiyanın əsirinə çevrilirsə, obyektiv ola bilməz”- Dilbər Zeynalova
ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
ADU-nun məzunu müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə əldə edib
"UNESCO-nun Şəkiyə verdiyi bu qiyməti alqışlayırıq" - Tibb işçisi
Bu rayona gedənlərin NƏZƏRİNƏ
Əhaliyə satılacaq sosial evlərin sayı məlum oldu - DİQQƏT
Pərvin Şərifov: "Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışırıq" - MÜSAHİBƏ
ADU-nun əməkdaşı Norveçdə ixtisasartırma seminarında iştirak edib
Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlanıb - CƏDVƏL
ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib
Səfir Tural Rzayev ADU-nun “Səfir saatı” layihəsində qonaq olub