Milli Məclis komissiyanın tərkibini yenidən formalaşdıracaq

Tarix:22-01-2019, 17:24 Baxış Sayı:342 Kateqoriya:gundem

Milli Məclis komissiyanın tərkibini yenidən formalaşdıracaq
Milliirs.az reyting.az-n istinadən xəbər verir ki, Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək.
İclasda Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılacaq.
Məlumata görə, Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi dəyişdirilməyəcək.
Komissiyanın tərkibinə yenidən deputat Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelinin daxil ediləcəyi gözlənilir.
Bundan əlavə, yaz sessiayasının ilk iclasında Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Eyni zamanda, bir neçə qanun layihəsi müzakirə ediləcək.
Ümumiyyətlə, yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış Milli Məclisin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.
Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və Milli Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.
Milli Məclisin sədrinin seçkiləri keçirilərkən Milli Məclisin sədrliyinə göstərilmiş hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir üzv daxil edə bilər. Hesablayıcı komissiyanın bu üzvləri yalnız Milli Məclisin sədrinin seçkiləri zamanı komissiyanın üzvü olurlar.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda