Yaponiya və Rusiya Şimali Koreyanın nüvə silahının ləğvi istiqamətində əməkdaşlıq edəcəklər

Tarix:1-08-2018, 12:58 Baxış Sayı:362 Kateqoriya:gundem

Tokio, 1 avqust, AZƏRTAC istinad

Yaponiya və Rusiya Şimali Koreyanın nüvə silahının ləğvi istiqamətində əməkdaşlıq edəcəklər
Yaponiya və Rusiya Şimali Koreyanın nüvə silahının ləğvi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, iyulun 31-də Moskvada Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri İtsunori Onodera rusiyalı həmkarları Serqey Lavrov və Serqey Şoyqu ilə görüşüblər.

İki ölkə arasında “2+2” formatında görüş ötən ilin martından bəri ilk dəfə baş tutub. İyunda ABŞ ilə Şimali Koreya liderlərinin sammitinin nəticələrini yüksək qiymətləndirən nazirlər Şimali Koreyanın nüvə silahının ləğvi istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılıq əldə ediblər.

Yaponiyalı nazirlər Pxenyanın nüvə və raket proqramları tam ləğv edilənədək Şimali Koreyaya qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarının saxlanılmasının zəruriliyini vurğulayıblar. Yapon tərəfi, eyni zamanda, Rusiyaya Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşlarının qaytarılması məqsədilə əməkdaşlıq etməyi də təklif edib.

İki ölkənin xarici işlər nazirləri cari ilin sentyabrında Vladivostokda keçiriləcək iqtisadi forum çərçivəsində Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü barədə də razılıq əldə ediblər.

Rusiya tərəfi Yaponiyanın “Aegis Ashore” adlanan yerüstü raketdən müdafiə sistemlərinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı planından narahatlığını ifadə edib.

İ.Onodera bildirib ki, həmin sistem yalnız müdafiə xarakteri daşıyır və Rusiya üçün heç bir təhlükə yaratmır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda