Azərbaycanda son 30 ilin ən soyuq apreli - SƏBƏB AÇIQLANDI

Tarix:23-04-2019, 10:19 Baxış Sayı:206 Kateqoriya:gundem / cemiyyet

Azərbaycanda son 30 ilin ən soyuq apreli - SƏBƏB AÇIQLANDI
"Belə hava şəraiti aprel ayı üçün səciyyəvi deyil və son 30 ildə Azərbaycanda müşahidə edilməyib".
Milliirs.az sonxeber.az-a istinadən yazır ki, havanın mövsümə görə soyuq keçməsinin səbəbi soyuq Şərqi Avropa düzənliyi üzərində aktiv hava kütlələrinin hakim olmasıdır:
"Bu hava, adətən, Şimal buzlu okean üzərində, Skandinaviya, Qrenlandiya üzərində formalaşır və şimal-qərbdən Azərbaycana daxil olur. Beləliklə, bütün Şərqi Avropa düzənliyini, Moskva ətrafını, Rusiyanın mərkəzi rayonlarını tamamilə əhatə etdiyinə görə bunun bir hissəsi də antisiklon vəziyyət yaradır və bizim ərazimizə daxil olur. Fərqli cəhəti odur ki, bu, bir qədər uzun çəkdi, çünki bir hava kütləsi bizdə, adətən, bir-iki gün hakim olur. Ancaq bu il aprelin 19-da başlayıb, təqribən 24-25-nə qədər də ərazimizdə bu hava kütləsinin hakim olmasını gözləyirik. Yağış yağacaq, orta dağlıq ərazilərdə qar yağması da müşahidə ediləcək. Sabah küləyin artması da müşahidə edilə bilər ki, bu da aprel ayı üçün səciyyəvi deyil".
Direktor müavini belə hava şəraitinin meyvəçiliyə ziyanından danışıb: "Ağaclar vaxtında ayılıb, çiçək açıb. Məsələn, alça, ərik, badam bunlar bir az qabaq çiçək açıb deyə, onlara heç nə olmayacaq, alma-armud isə indiki dövrdə çiçək açıb deyə onların hamısı məhv olacaq. Havanın taxılçılığa, pambıqçılığa, bir illik bitkilərə mənfi təsiri yoxdur. Ağac bitkilərin, xüsusən çəyirdək meyvəçiliyə böyük zərəri var".
Fəlsəfə doktoru bildirib ki, iqlim dəyişmələri prosesi ilə dəyişkən havaları izah etmək olmaz:
"Müəyyən ərazilərdə istiləşmə olduğu kimi, müəyyən ərazilərdə də soyuqlaşma müşahidə oluna bilər. Lakin mülayim dəniz aktiv hava kütlələrinin bir az uzun müddətə ölkədə qalmasını, sadəcə, ümumi iqlim fonu ilə izah etmək lazımdır. İqlim dəyişmələri oldu, aprel soyuq keçdi, iqlim dəyişmələrinə görə hava soyuq keçməsin i izah etmək elimdən kənar məsələdir. Aktiv hava kütlələri, yəni kontinental aktiv və dəniz aktiv hava kütlələri bütün Avropanın şərq hissələrini tutduğu, Avropanın şimalında paralel istiqamətdə dağlar olmadığı üçün onlar sərbəst şəkildə daxil olurlar. Bu hava kütlələri bizim əraziyə Qara dənizdən keçərək, Gürcüstandan gəlir, hav şəraitinin soyuq olmasına səbəb olur".

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda