Deputatdan dollarla kredit götürənlərə şad xəbər: yaxın bir həftədə...

Tarix:25-02-2019, 16:51 Baxış Sayı:243 Kateqoriya:gundem / cemiyyet

Deputatdan dollarla kredit götürənlərə şad xəbər: yaxın bir həftədə...
Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.
Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.
Milliirs.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ölkə Prezidentinin də bildirdiyi kimi, problemli kreditlər məsələsi həll olunacaq:
"Ölkə Prezidenti problemli kreditlər və bank sektorunun sağlamlaşdırılması məsələsilə bağlı ciddi tapşırıqlar verib. Çünki hazırda bankların özündə ciddi problemlər var, digər tərəfdən problemli kreditlər bunu daha da qabardır. Ona görə də təcili olaraq təkliflər hazırlanır. Təkliflərin içərisində bizim də hökumətə təqdim etdiyimiz paket var. Hansı daha məqbul sayılacaqsa, o da qəbul olunacaq".
V.Əhmədov qeyd edib ki, əhalinin böyük qismini narahat edən məsələ məhz dollarla götürülmüş kreditlərdir:
"Təkliflər çoxdur. Milli Məclis tərəfindən də təkliflər verilib. Mən sonuncu plenar iclasda da cənab Prezidentə müraciət etmişim. Çünki seçicilərdən aldığımız şikayətlərin çoxu məhz dollarla götürülmüş, vaxtı keçmiş kreditlərlə bağlıdır. Yəqin ki, yaxın bir həftə ərzində bunun müsbət nəticəsini görəcəyik".
Parlamentarinin sözlərinə görə, son vaxtlar ölkə başçısı tərəfindən çox böyük islahatlara imza atılıb:
"Prezident seçkilərindən sonra İlham Əliyev çox ciddi iqtisadi-sosial islahatalara start verib. Bunun da nəticəsində müsbətə doğru dəyişikliklərin şahidi oluruq və olmaqda davam edəcəyik.
Ümumiyyətlə, son zamanlar şəhid ailələrinin sosial məsələlərinin həlli, minimum əməkhaqqının, minimum pensiyaların əhəmiyyətli dərəcədə artırılması, çoxmənzilli yaşayış binlarına "kupça"ların verilməsilə bağlı sərəncamlar təqdirəlayiqdir. Bəzi insanlar artırılan məbləğlərin az olduğunu iddia edir. Amma nəzərə almaq lazımdır ki, bu sərəncamlar yüzminlərlə insanı əhatə edir. Problemli kreditlər məsələsinin həlli isə milyardlarla vəsaitin xərclənməsi deməkdir".

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda