Azərbaycanda tələbələrə yataqxana xərcləri üçün kredit verilə bilər

Tarix:8-02-2017, 16:21 Baxış Sayı:303 Kateqoriya:gundem

Azərbaycanda tələbələrə yataqxana xərcləri üçün kredit verilə bilər “Gələcəkdə təhsil kreditlərinin verilməsi zamanı yalnız tələbələrin təhsil haqqının ödənilməsi nəzərdə tutulmayacaq. Bu mexanizmi genişləndirməyi düşünürük”.

Milliirs.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib.

O bildirib ki, gələcəkdə tələbələrin yataqxana xərcləri üçün də kredit verilə bilər: “Bəzən rayonlardan gələn tələbələrlə ünsiyyətdə olarkən görürük ki, onların təhsil haqqından əlavə yaşama yerləri ilə bağlı bir çox problemləri olur. Bunu nəzərə alaraq tələbələrə yataqxana xərcləri üçün kredit verilməsi məsələsinə də baxılacaq. Sonrakı dövrdə hətta hansısa tədqiqat, araşdırma işlərində də kömək edilə bilər”.

R.Mahmud qeyd edib ki, bu gün kreditlərin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır:

“Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Biz bunu bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik”.

O, eyni zamanda, hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud tələbələrə kreditlərin güzəştli şərtlərlə verildiyini xatırladıb: “Kreditlərin faiz dərəcəsi 6 faizdən 8 faizədək dəyişir. Kreditin qaytarılma müddəti 5 ildən 10 ilə qədərdir.

Amma qaytarılma üçün tələbələrə təhsil müddəti bitdikdən sonra müəyyən güzəşt müddəti də verilir. Nəzərdə tutulur ki, o müddət ərzində tələbə hansısa işlə təmin olunsun.Ödənişlər güzəşt müddəti bitdikdən sonra olmalıdır. Tələbəyə maksimum 7 min manat kredit verilir. Bu, sosial bir layihədir və burada tələbələrdən hər hansı zamin və ya girov tələb olunmur”.

İcraçı direktor deyib ki, bu gün sadəcə bakalavr səviyyəsi üzrə kreditlər verilir:

“Gələcəkdə isə digər təhsil dərəcələrinə görə də kreditlərin verilməsi mümkün olacaq. Təbii ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər”.

SON XƏBƏRLƏR
Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı - "...bəstəkarlarla işləyən şair deyildi"
"Yüksək vəzifəli məmurlar öz işlərini görsə, pandemiyadan tez çıxarıq" - deputat
Sakinlər "Sahil-S İnşaat” MTK-nın rəhbərini vergidən yayınmaqda ittiham edir - NARAZILIQ!
Peyvəndin alternativi niyə bu qədər maraq doğurur? - “Radikal qruplar xüsusi adamlar tuturlar ki…”
Qəzalı yataqxana sakinləri: - “Hər gün təhlükədəyik”
Ermənistanın indiki rəhbəri sələfləri kimi “ikili” oyun oynayır... - FAKT BUDUR!
“Azərbaycan artıq şirin quyruğunu kəsib” - HƏQİQƏTƏN DƏ...
“Doing Business”adı altında saxtakarlıq: niyə hədəfdə Azərbaycan olub? - HƏQİQƏTƏN DƏ...
Gəncə İnzibati Məhkəməsi hərbçi Rasim Cəfərovla bağlı hansı - QƏRARI VERƏCƏK?
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Moskva Krım məsələsində Ankaradan güzəşt gözləyirdi - ekspert
Şirvanın icra başçısı növbəti dəfə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
"Brent" neftinin qiyməti 75 dolları ötüb
Şəhid ailəsi Şəkidə üzləşdiyi problemlə bağlı Prezidentdən hələ də kömək istəyir – Bəs İcra başçısı hara baxır?
Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı... - Ermənistan KİV
Amilinin ardından indi də sapı özümüzdən olan deputat ÜSTÜMÜZƏ HÜRDÜ - NƏ ÇOX XAİN...
7 mindən çox rieltor var, ancaq nə işi bilirlər, nə də vergi verirlər - Sertifikasiyaya cəlb olunacaqlar?
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Vəkillər Kollegiyasının üzvü Elmir Murquzov ilə müsahibə
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib
Azərbaycan ət idxalını niyə artırıb? – "Dəstək artdıqca, korrupsiya da artır"
Daxili işlər orqanlarında yeni TƏYİNAT - ƏMR
“Bilmirik. Bu virus bizi çox aldadıb...” - Entoni Fauçi
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib
Prokurorluq adam öldürməyə cəhdlə bağlı məlumat yayıb - TƏFƏRRÜAT
Araik Qarabağda sement zavodu acdı... - BİZ İSƏ SEYR EDİRİK...
Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!
"Əlbəttə, biz neft ölkəsi olmağımız gerçəyini unutmamalıyıq" - deputat
"Hətta Qarabağ müharibəsindəki zəfər Azərbaycan-Türkiyə- Pakistan bayraqları ilə qeyd edildi..." - İtaliyalı analitik Bakı-Ankara-İslamabad ittifaqı haqda