ADU-da Xalq yazıçısı Anarla görüş keçirilib

Tarix:4-03-2019, 12:33 Baxış Sayı:231 Kateqoriya:tehsil

ADU-da Xalq yazıçısı Anarla görüş keçirilib
Azərbaycan Dillər Universitetinin professor, müəllim və tələbələrinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşü keçirilib.Rektor Kamal Abdulla tədbiri giriş sözü ilə açaraq, Anar haqqında düşüncələrini bölüşüb, onun uzun illərdən bəri fədakarlıqla Azərbaycan ədəbiyyatının keşiyində durduğunu deyib: “Anarın əsərləri təkcə Azərbaycan üçün deyil, dünya üçündür, türk xalqları üçündür, bəşər övladı üçündür. Anar öz qələmi ilə olduqca mənalı və son dərəcə əhəmiyyətli bir xətti davam etdirir. Bu, bizim klassiklərimizdən gələn xətdir. Anar özü də xüsusi bir xəttə, həmin xəttin görkəmli nümayəndəsinə çevrilib. Ondan sonra gələnləri də Anar xəttinin davamçıları kimi təqdim etmək olar. Bu gün Azərbaycan ədəbiyyatının mənzərəsini gözümüz önündə canlandırsaq, Anar yaradıcılığı o ədəbiyyatın böyük bir mənəvi məkanını təşkil edər. Anar mənim gözümdə həm də buna görə Azərbaycan üçün son dərəcə əvəzsiz bir ədəbi-mədəni simadır ki, onu təkcə burada deyil, xarici ölkələrdə də çox böyük ehtiramla, sevgiylə oxuyurlar”.

Rektor çıxışında bir sıra ölkələrdə oxucuların, tələbələrin Anar sevgisinin, marağının bilavasitə şahidi olduğunu deyib, xatirələrini paylaşıb. O, həmçinin, öncə Anar yaradıcılığı ilə, sonra isə Anar şəxsiyyəti ilə tanışlığının tarixçəsini xatırlayıb və tələbələrin israrlı xahişini nəzərə alıb görüşə gəldiyi üçün Xalq yazıçısına təşəkkürünü bildirib.

Anar çıxışına onunla görüş istəklərinə görə tələbələrə və universitetin rəhbərliyinə minnətdarlıq etməklə başlayıb: “Bu gün Kamal Abdulla kimi yazıçının və rektorun başçılıq etdiyi universitetdə görüşdə olmaq çox xoşdur. İllərdən bəri onun mənim, mənim də onun haqqında yazılarımız dövri mətbuatda çap olunub. Kamal Abdulla elə şəxsiyyətlərdəndir ki, olduğu hər yerdə, gördüyü hər işdə başı uca olub. Yazıçı kimi də, alim kimi də Azərbaycan ədəbiyyatında çox önəmli yer tutan ədiblərimizdəndir. O, bu illər ərzində bütün sınaqlardan yüksək səviyyədə keçib”.

Xalq yazıçısı hər zaman gənclərlə görüşdən böyük məmnunluq duyduğunu ifadə edib: “Gənclərlə dialoqda olmaq hər zaman xoşdur. Əvvəllər belə görüşlər daha tez-tez keçirilərdi. İndi isə nisbətən azdır. Amma sevinirəm ki, Azərbaycan Dillər Universiteti bu tendensiyanı yenidən qaytarır. Mən də bir neçə dəfə burada görüşlərdə qonaq olmuşam”.

Anar çıxışında bir sevindirici xəbəri də tələbələrin diqqətinə çatdırıb: “Bu gün cənab Prezident İlham Əliyev yaradıcı ziyalılarla görüşdü, onların hesabatlarını və təkliflərini dinlədi. Mən də o görüşdə iştirak edirdim və çıxışımda bir sıra təkliflər irəli sürdüm. Hər birimizi diqqətlə dinləyən prezident təkliflərin çoxunu dərhal nəzərə aldı. O cümlədən, mənim bir mühüm təklifim də qəbul olundu ki, bunu sizinlə paylaşmaq istəyirəm. Mən orada ustad Mirzə Cəlilin şəhərimizdə heykəli olmadığını dedim. Bilirsiniz ki, bu il Mirzə Cəlilin 150 illik yubileyidir. Cənab prezident mənim bu təklifimi razılıqla qarşıladı və dedi ki, tezliklə Mirzə Cəlilə Bakıda heykəl ucaldılacaq. Bu, məni çox sevindirir. Çünki mən Mirzə Cəlili özümün böyük ustadım sayıram və düşünürəm ki, tək mənim yox, bizim nəslimizin və bizdən sonra gələnlərin də ən böyük ustadlarından biri məhz Cəlil Məmmədquluzadədir”.
ADU-da Xalq yazıçısı Anarla görüş keçirilib

Daha sonra görüş sual-cavab şəklində davam etdirilib. Xalq yazıçısı Anar tələbələrin ədəbiyyat, söz, nəsr və onun əsərləri, yaradıcılığı ilə bağlı suallarını əhatəli şəkildə cavablandırıb.
ADU-da Xalq yazıçısı Anarla görüş keçirilib

SON XƏBƏRLƏR
"Azərbaycan üçün bu qətiyyətlə qəbul edilən bir şey deyil" - REAKSİYA
Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ
Fevralın 3-də dünyanı gözləyən böyük olay: - Putin çəkinəcəkmi?
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Aİ səfiri 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib
"20 Yanvar faciəsini əvvəlkilərdən fərqli ruhda qeyd edirik" - Prezidentin köməkçisi
İlham Əliyev və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - YENİLƏNİB
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Novxanıdakı məşhur istirahət mərkəzi FANTASTİK qiymətə satılır
Teymur Musayev səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Narkotik və silah sursatla saxlanılan Lənkəran sakinin daha bir cinayətinin üstü açılıb
Şamaxıda nişandan sonra dava: "Anası, bibisi yaxın gəlmədi..." - TƏFƏRRÜAT
Abdin Fərzəliyevə YENİ ETİMAD - Abşerona icra başçısı gətirildi
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurub
Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı dinamik xarakter daşıyır
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək
Bərpaolunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir
Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin son vəziyyəti açıqlandı
Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi
“Rusiya agentlərindən qurtulmaq və Azərbaycanda Türkiyə hərbi bazası yaratmaq lazımdır” - Başqa yolu YOXDUR!
“Yapı Kredi Azərbaycan”da - YENİ TƏYİNATLAR
Baba müəllim doğum gününüz mübarək!
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər cərimələnib