Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.

Tarix:24-01-2023, 01:51 Baxış Sayı:27 Kateqoriya:gundem / cemiyyet

Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.

"…Bu ilin yanvar ayından başlayaraq iki mühüm hadisə, təməlqoyma mərasimi olub: ümumi olaraq 430 meqavat gücündə bir günəş, bir külək enerjisi stansiyası tikmək üçün. Biri Səudiyyə Ərəbistanının bu sahədə aparıcı şirkəti "ACWA Power", digər layihə BƏƏ-nin "Masdar" şirkəti tərəfindən. Bu, həqiqətən bizim enerji sistemimizə böyük töhfədir, Azərbaycanın cəlbediciliyinin böyük nümayişidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən il aprel ayının 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirmişdir.
Yeri gəlmişkən, qeyd edək ki, bu il yanvar ayının 10-da isə yerli televiziya kanallarına müsahibəsində dövlət rəhbəri hazırda Azərbaycanda biri günəş, digəri külək elektrik stansiyası olmaqla iki investisiya layihəsinin reallaşdığını, əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək üçüncü layihənin isə yaxın aylarda reallaşacağını bildirmişdir. Ölkə başçısı həmçinin, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisinin nəzərdə tutulduğunu da diqqətə çatdırmışdır. Xüsusilə vurğulamalıyıq ki, iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq Azərbaycan dövlətinin iqtisadi siyasətinin əsas məqsədlərindən biridir.
Əlverişli təbii şəraitə, alternativ və bərpaolunan enerji potensialına malik olan ölkəmizdə enerjiyə olan tələbatın bərpaolunan mənbələr hesabına əldə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının, təmiz ətraf mühitin yaradılması üçün əhəmiyyətli işlər görülür. Bərpaolunan enerji növlərinin istehsalına böyük önəm verilən ölkəmizdə alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə neft və qaz kimi qiymətli yanacaqlara qənaət edilir, təbii qazın, maye yanacağın istifadəsi zamanı zərərli maddələrin ətrafa yayılmasının qarşısının alınmasına, həm də bəşəriyyətin qlobal problemlərindən olan kimyəvi maddələrlə çirkləndirilən ətraf mühitin mühafizəsinə nail olunur. Böyük neft-qaz ehtiyatlarına sahib olan, xam neft, təbii qaz, neft məhsulları, elektrik enerjisi ilə daxili tələbatını ödəyən, eyni zamanda bu məhsulları həm də dünya bazarına çıxaran ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması vacib məsələ kimi qarşıya qoyulur. Bu gün Azərbaycan enerji ixracını şaxələndirməklə bərpaolunan enerji mərkəzlərindən birinə çevrilmək istiqamətində mühüm layihələr həyata keçirir. Belə ki, quruda 27 qiqavatlıq, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisinə, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisinə sahib olan ölkəmiz yeni ixrac marşrutlarını təyin etmək niyyətindədir. Bərpaolunan enerji sahəsində təxminən 200 qiqavata yaxın potensialın mövcud olması bu istiqamətdə mühüm əhəmiyyətli layihələrin reallaşmasına geniş imkanlar yaradır.
Qeyd edək ki, bərpaolunan enerji növlərinin istehsalı ölkələrin enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, öz növbəsində yeni iş yerlərinin açılmasına da geniş imkanlar yaradır. Bu səbəbdən də dünya ölkələri "yaşıl enerji"yə keçidi daha da sürətləndirir. Sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan alternativ enerjilər iqtisadi imkanların genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyindən bütün dünyada bərpaolunan enerji keçidinə böyük həcmdə sərmayələr qoyulur. Ekoloji təmiz, alternativ enerji mənbələri arasında günəş enerjisi mühüm yer tutur. Belə ki, bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur ki, bu da atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacaqdır. Ötən il Azərbaycan Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan və təmiz enerji sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumu imzalanmışdır. İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin tətbiqi sahəsində əməkdaşlıq imkanlarını müəyyən edən memorandum çərçivəsində "Masdar" şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Energetika Nazirliyi ilə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər nəticəsində 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı əldə edəcəyini vurğulayaraq demişdir: "Dünən "Masdar" və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində "Masdar" ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir".
Ən əsası, bu gün ölkəmizdə şəffaf, dayanıqlı investisiya mühiti yaranıb. Bütün ölkələrlə etibarlı əməkdaşlıq zəminində qurulan əlaqələr gündən-günə daha da genişlənir, möhkəmlənir. Mühüm beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı olan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın neft və qaz sektoruna yatırılan böyük həcmdə sərmayələr hesabına meqaenerji layihələri reallaşıb. Artıq ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.

Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır