Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq

Tarix:18-01-2023, 00:51 Baxış Sayı:21 Kateqoriya:gundem / cemiyyet

Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq

Hər bir ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür. Demokratik, hüquqi dövlət quruculuğunda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rolu hər zaman önə çəkilir. Heç bir demokratik dövlət vətəndaş cəmiyyəti institutları olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın bu konteksdə təcrübəsi isə müsbətdir, nümunəvidir. Siyasi partiyalara, ictimai birliklərə fəaliyyətləri üçün normal şəraitin yaradılması dövlətin diqqət göstərdiyi əsas məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini atmış olduğu islahatlar siyasətinin davamlı parçası olan “Siyasi partiyalar haqqında” Qanunun qəbulu da bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizin daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir.
Ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanması zəruriliyi həm də yeni siyasi mühitin çağırışı idi. Bu baxımdan, siyasi arenada fəaliyyət göstərən bir çox siyasi partiyalar, eləcə də onların Milli Məclisdə təmsil olunan nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət etdilər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi həmin müraciətdə öz əksini tapmışdır.
Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.
"Siyasi partiyalar haqqında" yeni qanunun təsdiqlənməsi ilə potensialına və tərəfdarlarının dəstəyinə güvənən partiyaların hər biri üçün yeni dövr başlayır və yeni imkanlar açılır. Bu qanun partiyaların fəaliyyətində və bütövlükdə ölkəmizin siyasi mühitində ciddi canlanma və hərəkətlənmə yaradacaq. Çünki onun mahiyyəti bunu tələb edir. Başqa sözlə desək, bu qanunun əsas məqsədi partiyaların normal fəaliyyəti üçün bərabər şərtlər və şərait yaratmaq, partiyaların passivliyini aradan qaldırmaq və rəqabət qabiliyyətini artırmaqdır. Yəni əvvəlki qanundan fərqli olaraq yeni qanun partiyalar üçün mövcudluq qanunu yox, rəqabət qanunudur.
Nəzərə almaq lazımdır ki, "Siyasi partiyalar haqqında" qanunun 6.1-ci maddəsinin tələbinə uyğun olaraq hər bir partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5 min nəfər üzvünün olması şərtdir. Bu kimi şərtlər həm partiyaların fəallaşmasına səbəb olacaq, həm də vətəndaşların siyasiləşməsini stimullaşdıracaq. Vətəndaşların siyasi biganəliyi, apolitik əhvali-ruhiyyəsi yavaş-yavaş aradan qalxacaq, peşəkar siyasi fəaliyyətlə məşğul olmaq istəyən, siyasi karyerasını inkişaf etdirmək istəyən fərdlər üçün yeni imkanlar yaranacaq.
“Siyasi partiyalar haqqında" qanunun qüvvəyə minməsi ilə Azərbaycanın siyasi mühitində yeni proseslər başlayır. Ölkə reallığında yeni siyasi müstəvi ortaya çıxır. Qanuna əsasən, azı 50 nəfərdən ibarət təsisçi toplaşaraq partiyanı təsis etməli, səlahiyyətli nümayəndə vasitəsilə sənədləri qeydiyyat idarəsinə təqdim etməlidirlər. Daha sonrakı mərhələdə isə imzalar toplanmalı, qurultay keçirilməlidir. Yəni yeni qanuna uyğunlaşdırma aparılmalıdır. Xüsusi vurğulamaq lazımdır ki, "Siyasi partiyalar haqqında" qanuna əsasən, partiya yetkililəri xalqın adından yox, yalnız seçicilərinin adından danışa bilərlər. Ümumiyyətlə, yeni qanunun tələblərinə cavab verməli, siyasi mühitin sağlamlaşdırılması üçün çalışılmalıdır.
Əminliklə qeyd etmək olar ki, yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, onların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq.

Fidan Babayeva,
Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin III kurs tələbəsi

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır