“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq

Tarix:17-01-2023, 22:39 Baxış Sayı:26 Kateqoriya:gundem / cemiyyet

“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq

Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da - siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər. Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.
Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür. Azərbaycandakı bütün siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Xatırladaq ki, müstəqil Azərbaycanda "Siyasi partiyalar haqqında" ilk qanun 1992-ci ildə qəbul edilmişdir. 30 ildə isə Azərbaycanda böyük dəyişikliklər baş vermiş, o cümlədən cəmiyyətdə siyasi münasibətlərlə bağlı yeni çağırışlar, yeni yanaşmalar meydana çıxmış, yeni meyarlar formalaşmışdır. Düzdür, artıq qüvvədən düşmüş "Siyasi partiyalar haqqında" qanuna 70-dək əlavələr və dəyişikliklər edilsə də, bu müasir tələbləri tam ehtiva edə bilmirdi. Bütün bu faktorlar "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunu zəruri etmişdir. Bu baxımdan cənab Prezident İlham Əliyevin 11 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu partiyaların fəaliyyətində nəzərə çarpacaq dəyişikliklərə yol açacaq.
“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasında siyasi partiyaların təklifləri nəzərə alınıb. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin təsdiq olunması bir sıra zərurətdən irəli gəlirdi. Bu qanun 6 fəsil, 30 maddədən ibarətdir. "Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi mövcud siyasi partiya rəhbərləri, siyasi xadimlərin iştirakı ilə müzakirə olunub və bu ictimai müzakirələr kifayət qədər konstruktiv məcrada aparılıb. Geniş fikir mübadiləsi nəticəsində 47 siyasi partiya tərəfindən 250-dən çox təklif alınıb. Təkliflər əsasında sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Çoxlu sayda dəyişikliyin edilməsi qanun layihəsinin daha da təkmilləşdirilməsi ilə bağlı mövqeni bir daha nümayiş etdirir.
“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları çoxdur. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Yeni qanunda siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmişdir. İndiyədək qüvvədə olmuş əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərin artıq yer almaması, dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsinə, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi kimi bəndlərin əks olunması yeni partiyaların təsis prosesinin təkmilləşdirilməsini göstərir. Əvvəlki qanunda əks edilmiş bir çox məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşının təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul etmək və təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən etmək hüquqlarının tanınması və digər müddəalar da bunu deməyə əsas verir.
Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Əvvəlki Qanundan fərqli olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.
Bir sözlə, bu sənəd siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq və müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq.

Aynur Hüseynova,
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi




SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır