Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

Tarix:13-01-2023, 03:18 Baxış Sayı:24 Kateqoriya:gundem / cemiyyet

Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

2022-ci ildə tarixi qələbəmizi siyasi müstəvidə, beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirən, öz milli maraqlarını layiqincə təmin edən Azərbaycan idman ölkəsi kimi öz statusunu qoruyub və daha da inkişaf etdirib. Ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan Azərbaycan idmanı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətini uğurla həyata keçirən dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, bu sahədə əldə etdiyi nailiyyətlər də məhz ölkə başçısının idmanın inkişafına olan diqqət və qayğısı sayəsində əldə edilib.
Yeri gəlmişkən, yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident bildirib ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi zəfərimiz hər bir azərbaycanlı, hər bir vətəndaş, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında, həm də döyüş meydanında bayrağımızı qaldırırlar.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünki idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkil edən ünsürlərdəndir. İdman nailiyyətləri həm də istənilən ölkənin inkişaf göstəricilərindəndir.
I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edən Azərbaycan 2022-ci ildə də özünü dünyada güclü idman dövləti kimi təsdiqlədi, dünya arenasında mövqeyini möhkəmləndirdi. Bütün bunlar onu göstərir ki, beynəlxalq müstəvidə öz maraqlarını uğurla həyata keçirən Azərbaycan gələcəkdə də yeni uğurlara imza atacaq.
Qeyd etməliyik ki, ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Bu nöqteyi-nəzərdən deməliyik ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilib, gələcəkdə də bu, istisna deyil.
Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-brini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bütün bunlar ölkə başçısı İlham Əliyevin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir. Bu baxımdan xatırlatmalıyıq ki, tarixi torpaqlarımızın işğaldan azad olunmasında vətənpərvərlik ruhunda tərbiyə olunmuş sağlam gəncliyin rolu əvəzsiz olub. Azərbaycan gəncliyi canını və sağlamlığını xüsusi rəşadətlə Vətənin azadlığı və suverenliyi uğrunda sipər edib. Onu da deməliyik ki, azad edilmiş ərazilərdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib.
Ən əsası, bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş tarixi ərazilərimizdə idmanın müxtəlif növlərinin inkişafı üçün bütün imkanlardan istifadə ediləcək.

Emil Məmmədov,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır