Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir

Tarix:27-12-2022, 23:31 Baxış Sayı:46 Kateqoriya:gundem / cemiyyet

Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün  ən yüksək zirvəsindədir

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhtəşəm həmrəylik Ümummilli Lider Heydər Əliyevin hər zaman təbliğ etdiyi azərbaycançılıq ideologiyasının məntiqi qələbəsi idi. Ulu Öndər Heydər Əliyevin vaxtilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində dediyi kimi, milli həmrəyliyimizin ideyasını azərbaycançılıq təşkil edir.
Ümummilli Lider həmvətənlərimizin dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəliklərinin olduğunu deyirdi. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdaraq milli birliyə nail olan və faktiki olaraq Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan, ümumiyyətlə, bir dövlət kimi yox olmaqdan xilas edən Ulu Öndər şəxsi səyləri sayəsində azərbaycançılığı milli ideologiyaya çevirməyi bacardı, cəmiyyətimizdə həmrəylik yaratdı. Dahi siyasətçinin uzaqgörənliklə atdığı mühüm addımlardan biri isə dünyanın müxtəlif ölkələrinə səpələnmiş və bir-birləri ilə, o cümlədən Azərbaycanla sıx əlaqələri olmayan həmvətənlərimizin vahid ideya ətrafında birləşməsinə, millətindən, dinindən, dilindən asılı olmayaraq tarixi kökləri ilə Azərbaycana bağlı olan, özünü azərbaycanlı sayan hər kəs üçün sarsılmaz ideoloji birliyin bünövrəsinin yaranmasına şərait yaratdı.
2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında da Ulu Öndər Heydər Əliyev müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyini xüsusilə vurğulamışdı. Həmin tarixi qurultayda Ulu Öndər tərəfindən Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xüsusilə də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri başlıca vəzifə olaraq qarşıya qoyulmuşdu. Milli birliyimiz sayəsində Qarabağ problemindən qurtuluşun mümkünlüyünə işarə vurulmuşdu.
Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şəxsi səyləri sayəsində dünya azərbaycanlılarının ötən müddətdə baş tutan qurultayları, milli maraqlar uğrunda təşkilatlanması Vətən müharibəsində bizi zəfərə aparan başlıca güc oldu. Dünya azərbaycanlıları tarixin heç bir dönəmində olmadığı kimi bir amal ətrafında birləşdi və xüsusilə də həmvətənlərimiz beynəlxalq aləmdə informasiya savaşında haqq səsimizi çatdırdılar. Həmin vaxt diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdilər.
Dünya azərbaycanlıları birliyimizin gücü ilə qazandığımız şanlı zəfəri 2022-ci il aprelin 22-23-də Şuşada keçirdikləri qurultaylarında qürur və şərəflə qeyd etdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edən Zəfər qurultayında dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini nümayiş etdirdilər. Zəfər qurultayında çıxış edən Müzəffər Lider İlham Əliyev xatırlatdı ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən birinci qurultayda Ulu Öndər Qarabağ problemi ilə bağlı səsləndirdiyi “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq”, – kimi hədəflərini həyata keçirdik: “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir”.
Beləliklə, milli həmrəyliyimiz sayəsində əldə etdiyimiz bütün bu uğurlar, möhtəşəm zəfərimiz Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək həyata keçirilməsinin nəticəsidir. Belə ki, Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir. Məhz bu səbəbdən 2023-cü ili “Heydər Əliyev İli" kimi qeyd edəcəyik və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini minnətdarlıqla anacağıq.

Yasin Ələsgərov,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının fəal üzvü

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır