Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Tarix:26-12-2022, 21:26 Baxış Sayı:64 Kateqoriya:gundem / cemiyyet

Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Məlum olduğu kimi, Azərbaycanın Balkan dövlətlərinin əksəriyyəti ilə sıx əlaqələri var. Bu sırada Serbiya ilə münasibətlər xüsusilə təqdir olunmalıdır. Xüsusən son 10 ildə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın əsası qoyulub. Təbii ki, bu məsələdə dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli hüquqi bazanın gücləndirilməsi əhəmiyyətli rol oynayıb. Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkəmizə işgüzar səfəri bir daha iki dövlət arasındakı yüksək siyasi əlaqələrin təsdiqi oldu.
Azərbaycan-Serbiya münasibətlərində diqqət çəkən əsas məqamlar hər iki tərəfin olduqca konstruktiv əməkdaşlıq niyyətinin olması və milli maraqlara qarşılıqlı hörmətdir. Təsadüfi deyil ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, bütün beynəlxalq əhəmiyyətli məsələlərdə bir-birilərinin mövqeyini müdafiə edirlər. İki dövlət arasındakı münasibətlərə dair qanunvericilik bazası da mükəmməldir. Bunların arasında əlaqələri strateji səviyyəyə çatdıran sənədlər xüsusilə qeyd edilməlidir. Hələ 2018-ci ilin may ayında Prezident Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" imzalanmışdı. Ötən ay isə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı dövlət başçıları "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat"ı, "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum"u və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi"ni imzaladılar.
Dünən Aleksandar Vuçiç ilə təkbətək görüş başa çatdıqdan sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bu barədə deyib: "Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır".
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu mənada Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana etdiyi səfər iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanların yaradılması baxımından diqqəti çəkir. Ötən illərdə iki ölkə arasında ticarət dövriyyəsi artan xətlə inkişaf edib. Hətta Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak ediblər. Lakin bütün bunlar mövcud potensialı tam əks etdirmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. İki ölkə arasında müzakirə olunan məsələlərin gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracağı şübhəsizdir.
Azərbaycanla Serbiya arasında tərəfdaşlığın bir istiqamətini enerji sahəsində əməkdaşlıq təşkil edir. Bu məsələ Prezident İlham Əliyein ötən ay Serbiyaya rəsmi səfəri zamanı da müzakirə edilmişdi. Daha əvvəl Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan və Serbiya prezidentləri bir araya gəlmiş və Aleksandar Vuçiç İlham Əliyev haqqında yüksək fikirlər söyləmişdi.
Yeri gəlmişkən, hazırda "Şahdəniz" yatağından hasil olunan Azərbaycanın təbii qazı "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına ixrac olunur. Tezliklə Azərbaycandan Avropaya elektrik enerjisi idxal olunacaq ki, bu da ölkəmizlə Serbiya arasında enerji sahəsində əməkdaşlıqda yeni üfüqlər açacaq.
Eyni zamanda iki dövlət arasında yeni əməkdaşlıq sahələri yaranır. Aleksandar Vuçiçin dediyi kimi: "Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir. Çünki hesab edirəm ki, əgər buna birgə yanaşmamız olsa, Serbiya və Azərbaycan olaraq bizim böyük potensialımız var". Bu səfər zamanı Aleksandar Vuçiçin söylədiyi fikirlər bir daha Prezident İlham Əliyevin qlobal miqyasdakı nüfuzunun təsdiqi oldu. Serbiya Prezidentinin İlham Əliyevin barəsində dedikləri Azərbaycan Prezidentinin fəaliyyətinə, dövlətlərarası əməkdaşlığa, aktual əhəmiyyət kəsb edən qlobal məsələlərin həllinə töhfələrinə görə verilən yüksək siyasi dəyərdir. Azərbaycan xalqının və Prezidentinin səmimi dostu olduğunu bildirən Aleksandar Vuçiç bir çox məsələləri öyrəndiyinə görə İlham Əliyevə minnətdarlığını ifadə etdi. "Mən bu səfərdən, həqiqətən də, çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də, çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan birisi deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm", - deyə Serbiya Prezidenti bəyan etdi.
Serbiya Prezidentinin Azərbaycana səfəri uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələri daha da inkişaf etdirmək və gələcək perspektiv üçün mühüm əhəmiyyət kəsb edir. Səfərin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, daha uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Çünki prezidentlər səviyyəsində mövcud olan yüksək siyasi dialoq və dostluq münasibətləri həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, müxtəlif sahələri əhatə etməsinə və dərinləşməsinə böyük təsir göstərəcək.

Anar Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya təşkilatının sədr müavini

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır