Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.

Tarix:26-12-2022, 20:36 Baxış Sayı:49 Kateqoriya:gundem / cemiyyet

 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.

Məlum olduğu kimi, dekabrın 21-də ölkəmizə səfərə gələn Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyevin bu fikirləri bir daha göstərir ki, bu gün Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçısıdır və bu imkanlar get-gedə daha da böyüyəcək.
Qeyd edək ki, Serbiya Prezidentinin ölkəmizə səfəri, aparılan danışıqlar, təbii ki, iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcək. Artıq hər iki dost ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Yeri gəlmişkən, dekabrın 21-də dövlət başçılarının görüşü son 3 ayda 3-cü görüş idi. İlk görüş oktyabrın 1-də Bolqarıstanda baş verdi. Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində liderlərin görüşü və Aleksandar Vuçiçin İlham Əliyevə xitabən səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan Prezidenti yürütdüyü müstəqil siyasətlə Avropada ən arzuolunan lider və ən etibarlı tərəfdaşdır. Bu, həm də İlham Əliyevin qlobal liderliyinin Serbiya Prezidentinin timsalında məhz Avropa məkanında növbəti etiraf idi. Bir ay öncə, noyabrın 23-də isə İlham Əliyev onun liderliyinə həsəd aparan və nüfuzunu yüksək qiymətləndirən Aleksandar Vuçiçi və onun dövlətini ziyarət etdi. Liderlər arasında danışıqlar aparıldı və əlaqələrin bundan sonrakı inkişafının yol xəritəsi müəyyənləşdirildi, dövlətlər arasında daha 5 sənəd imzalandı.
Azərbaycan-Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf etməkdədir. 1997-ci il avqustun 21-də qurulan diplomatik münasibətlər ötən 25 ildə daha da şaxələndirilib. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda, 2011-ci il iyunun 8-də isə Azərbaycanın bu ölkədə səfirliyi açılıb.
Dövlət başçıları arasında keçirilən sayca son 3 aydakı 3-cü görüşdə İlham Əliyev yüksək xətlə inkişaf edən əlaqələri dəyərləndirərkən bildirdi ki, bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb və iki dost ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bu gün də dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.
Prezident İlham Əliyev bildirdi ki, qarşıya qoyulan tapşırıqların hər biri uğurla icra olunacaq. Bunu şərtləndirən amil isə strateji tərəfdaşlıq münasibətləri və eyni zamanda şəxsi dostluq münasibətləridir. Məhz bu münasibətlər tezliklə ticarət dövriyyəsinin artmasına, nəqliyyat-logistika sahəsində böyük potensialdan səmərəli istifadəyə real zəmin yaradacaq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün ən mühüm vasitədir.
Təbii ki, energetika sektoru da əməkdaşlığın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropaya, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Bütün bunları nəzərə alan dövlət başçısı bir daha tərəflər arasında həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanların olduğunu, müvafiq danışıqların aparıldığını deyərək bildirdi ki, gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaq.
İmzalanmış sazişə əsasən Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Aleksandar Vuçiç ölkəmiz haqqında hər zaman olduğu kimi maraqlı fikirlər səsləndirdi: "Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olmasından xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir". Serbiya Prezidenti bəyan etdi ki, hər iki ölkə və onun liderləri bütün əməkdaşlıq formalarını müzakirə edib və mövcud dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər: "Biz birlikdə əməkdaşlığın mümkün sahələrini təhlil etdik. Sözsüz ki, bizim enerji sahəsi ilə bağlı əməkdaşlıq etməli çox məsələlərimiz var. Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə apardıq. Bütün bunlar bizim üçün vacibdir".
Ən əsası, baş verən proseslər bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini təsdiqləyir və ölkəmizin Avropa İttifaqı üzvləri, eləcə də digər dövlətlərin enerji təchizatındakı rolu gündən-günə böyüyür. Bütün bunlar isə Azərbaycanın siyasi və iqtisadi çəkisini artırmaqla yanaşı, ölkəmizə böyük dividendlər gətirir.

Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır