Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir

Tarix:21-12-2022, 21:43 Baxış Sayı:98 Kateqoriya:gundem / cemiyyet

Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir

Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun nəticəsi dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun və əsgərimizin şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər Prezident İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığının əyani təsdiqi hesab edilə bilər. Lakin İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində tarixi rolu yalnız 44 gün ərzində Ali Baş Komandan kimi misilsiz xidmətlər göstərməsi ilə bitmir. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması heç zaman unudula bilməz. Şanlı qələbəni onlarsız təsəvvür etmək mümkün deyil.
Artıq iki ildir ki, yeni tarixi reallıqlar içərisində yaşayırıq. Dəyişən təkcə Azərbaycanın və xalqımızın taleyində baş verənlərlə bitmir. 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır.
Prezident cənab İlham Əliyev dəfələlərlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd etmişdi. Dövlət başçısı, həmçinin Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulamışdı. Məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, regional kommunikasiyaların bərpası ilə bağlı məsələlərin həllini də özündə ehtiva edib. Bəyanatda göstərilirdi ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. O cümlədən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. 2021-ci il yanvarın 11-də keçirilən üçtərəfli görüşdə bir daha bu məsələlər üç dövlətin rəhbəri tərəfindən müzakirə olundu. Ötən ilin sonunda keçirilən Soçi və Brüssel görüşlərində isə kommunikasiyaların açılması, nəqliyyat sisteminin bərpası istiqamətində danışıqlar aparıldı və İşçi qrupunun yaradılması məsələsi aktuallaşdı. Artıq bu istiqamətdə işlər aparılır. Ölkəmizin ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Cənab Prezident mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir, o cümlədən Zəngəzur dəhlizi ilə əlaqədar görülən işlərlə şəxsən tanış olur.
Zəngəzur dəhlizinin reallığa çevrilməsi təkcə Azərbaycana dividentlər gətirməyəcək, bütövlükdə regionun inkişafına və ölkələrin qarşılıqlı əməkdaşlığının genişlənməsinə böyük fayda verəcək. Azərbaycanın qətiyyətli və uzaqgörən Prezidentinin həyata keçirdiyi siyasət onu göstərir ki, məğlub Ermənistan istənilən qədər bəhanə gətirib sülh müqaviləsinin imzalanmasını ləngitsə də, vaxtı uzatsa da, sonunda imzalanacaq sənəddə qalibin maraqları təmin ediləcək. Zəngəzur dəhlizinin açılması ilə region yeni nəqliyyat-logistika mərkəzi kimi imkanlarını genişləndirəcək və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təminatı getdikcə daha da möhkəmlənəcək.

Abbas Mustafayev,
Salyan rayon gənci, YAP fəalı

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır