Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!

Tarix:21-12-2022, 01:15 Baxış Sayı:77 Kateqoriya:gundem / cemiyyet

Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!

Məlum olduğu kimi, Qarabağda əlvan və qiymətli metal yataqlarının Ermənistan tərəfindən qanunsuz istismar edilməsinə, azərbaycanlı monitorinq üzvlərinin həmin ərazilərə buraxılmaması, Laçın-Xankəndi yolundan hərbi və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması üçün ekofəalların, könüllülərin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Laçın-Şuşa yolunda davam edən etiraz aksiyaları dinc xarakter daşıyır, Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Əksinə, dinc nümayişçilər sülhməramlıların təminat maşınlarına və mülki ermənilərin avtomobillərinə yol verir, vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan xalqının haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə ciddi və məqsədli şəkildə maneçilik törədildi. Halbuki dekabrın 3-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı adıçəkilən kontingentin komandanlığı ilə danışıqlar apardılar. Həm erməni tərəfinə, həm də sülhməramlıların komandanlığına bildirildi ki, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, habelə dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə Azərbaycan tərəfindən işçi qrup yaradılıb. İşçi qrup tələb edib ki, sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Lakin nə Ermənistan tərəfi, nə də sülhməramlılar bu haqlı tələblərə məhəl qoymayaraq işçi qrupunun üzvlərini həmin ərazilərə buraxmadılar. Və bundan sonra etiraz aksiyaları başlandı.
Birmənalı şəkildə bildirməliyik ki, artıq iki ildir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Ermənistan Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, Bəyanatın 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına ciddi maneçilik törədilir. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan bölgədə gərginlik yaratmağa çalışır, sərhədlərimiz və mövqelərimiz atəşə tutulur.
Bu barədə Müdafiə Nazirliyi qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib, atəş açılan erməni mövqeləri ordumuzun qəhrəman əsgərləri tərəfindən susdurulub. Təxribatda, böhtanda, saxtakarlıqda, qarayaxmada, riyakarlıqda adətkar olan Ermənistan köhnə vərdişlərini işə salır, saxta göz yaşları tökür, dünyada məzlum xalq obrazı yaratmağa cəhd edir, həqiqəti ört-basdır etməyə çalışır. Növbəti dəfə belə bir yalan uydurublar ki, etiraz aksiyaçıları tərəfindən guya Laçın yolunun bağlanması bölgədə humanitar fəlakət yaşanmasına, etnik təmizləmə həyata keçirilməsinə təhlükə yaradır və başqa sərsəmləmələr. Azərbaycanın rəsmi dövlət qurumları qəti və birmənalı şəkildə bildirdilər ki, Ermənistan tərəfinin bu iddiaları böhtandır və həqiqəti əks etdirmir. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
Ermənistanda yaddaş zəifliyi özünü güclü şəkildə büruzə verir, ona görə də bir daha onlara xatırladaq ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlıları tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilən təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır və bildirirlər ki, rusiyalı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsi və bunun nəticəsində ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
Qeyd edək ki, tək Ruben deyil, 30 ilə yaxın erməni işğalçıları Qarabağda və Şərqi Zəngəzurda ekoloji terror törədərək ətraf mühitə ciddi ziyan vurublar, Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalır və suyun tərkibindəki ağır metalların miqdarı dəfələrlə normadan artıqdır. Ermənilərin törətdiyi ekoloji cinayətlər haqqında ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə bu barədə məlumat verilir və işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb.
Əlbəttə, bu cür cinayətlər Ermənistan respublikası üçün hüquqi məsuliyyət yaradır və haqlı olaraq əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

Bəhmən Əmirov,
YAP Göygöl rayon təşkilatı üzrə Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır