Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır

Tarix:20-12-2022, 21:24 Baxış Sayı:47 Kateqoriya:gundem / cemiyyet

Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat törətməsi ilə başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdı və işğal olunmuş ərazilərimiz rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi. Xalqımız tarixi Zəfər qazandı. Zəfərdən dərhal sonra 30 il ərzində doğma yurd-yuvasından zorla, məcburi şəkildə çıxarılan soydaşlarımızın qayıdışı üçün Qarabağda quruculuq işlərinə başlanıldı. 2020-ci ildən ötən iki il ərzində azad edilmiş torpaqlarda həyata keçirilən işlər 20 il ərzində görülən işlər dəyərindədir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks olunduğu kimi, otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilmiş beynəlxalq konfransdakı çıxışı zamanı Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndi timsalında keçmiş məcburi köçkünlər üçün yaradılan yüksək şəraitə və onların qayıdışı məsələsinə toxunaraq qeyd edib ki, Zəngilanın Ağalı kəndi Azərbaycan xalqının iradəsinin göstəricisidir. Bir çoxları düşünürdü ki, heç kim geri qayıtmayacaq. Bakı və ya Sumqayıtda böyümüş gənc nəslin nümayəndələri öz torpaqlarında yaşamaq üçün paytaxt şəhərdən kəndə köçüblər. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz.
Əminliklə demək olar ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti geri qayıdacaq və bu proses artıq başlayıb. Məhz bu proses üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlayıb. Bu fonda 30 il əvvəl öz evlərini tərk etmiş keçmiş məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələri işlənir, şəhərlər üçün baş planlar hazırlanıb. Abadlıq-quruculuq işlərində dövlətlə yanaşı, özəl sektor təmsilçiləri, xarici investorlar da iştirak edir. İlk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququna malikdirlər. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması qeyd edilənlərin real təsdiqidir.
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflər ön planda yer alır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi də xüsusi diqqət mərkəzindədir. Eləcə də azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir. Bu yerlərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılması hökumətin qeyd edilən səpkidə uğurlu fəaliyyətinin nəticəsidir.
Ümumiyyətlə, proqramda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər geniş şəkildə öz əksini tapıb. Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Qeyd edilən müddətə kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur, iqtisadiyyat yenidən qurulacaq, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı təmin ediləcəkdir. Ərazilər minalardan və partlamamış hərbi sursatdan təmizlənəcək, bu yerlərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi reallaşacaq. Həmçinin yaşayış üçün rahat şərait yaradılması məqsədilə nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik təmin olunacaq, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsi gücləndiriləcək. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları öz həllini tapmaqla, ölkədə mənzil fondunun həcmi artırılacaqdır. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur 2026-cı ilə kimi təkcə Azərbaycan yox, bütün dünya miqyasında yaşayış üçün ən cəlbedici məkanlardan birinə çevriləcək.

Təbriz İsmayılov,
Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə


SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır