İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir

Tarix:20-12-2022, 21:23 Baxış Sayı:52 Kateqoriya:gundem / cemiyyet

İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma,  bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin  tətbiqi ilə həyata keçiriləcəkdir

44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoydu. Tarixin parlaq qələbəsini qazandı. Torpaqlarımıza əbədi qayıtdıq. İşğaldan azad edilmiş ərazilərimizin hər birinin timsalında erməni vəhşliklərinin şahidi oluruq. Bütün ərazilərimizi yerlə-yeksan edən ermənilər elə düşünürdü ki, bu dağıntılarla nəyəsə nail olacaqlar. Amma unudurdular ki, Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan xalqdır, bir qarış torpağını belə düşmənə verməz. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunu bir daha təsdiqlədi. Hazırda şəhər və kəndlərimiz bərpa olunur, yenidən qurulur. “Böyük Qayıdış” proqramı icra edilir. Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir. İndi qarşıda duran əsas məsələ işğaldan azad olunmuş ərazilərin tezliklə bərpası və ölkə həyatına tam inteqrasiyası, doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılmasıdır.
Azərbaycan dünya təcrübəsi də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində qarşıya çıxan məsələləri müəyyən ardıcıllıqla, sistemli şəkildə həll edir. Birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri - ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir. İkinci mərhələdə baza infrastrukturunun yaradılması məsələləri - magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin olunur. Üçüncü mərhələyə sosial məsələlər - yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektlərinin tikilməsi daxildir. Dördüncü mərhələ isə genişmiqyaslı iqtisadi məsələlər - məcburi köçkünlərin qayıdışı prosesi ilə paralel iş yerlərinin yaradılmasını və iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsini nəzərdə tutur.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir. Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınır. İşğaldan azad olunmuş bütün ərazilərin ümumi planının qısa müddət ərzində hazırlanması təmin olunub. Ağdam və bir çox digər şəhər və kəndlərin Baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi isə davam etdirilir. Baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritet götürülüb. Dövlətimiz bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təcrübəsi olan xarici dövlətlərlə, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.
Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, müasir texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması əsas hədəfdir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu məsələlərə xüsusi diqqət yetirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılışı ilə Böyük Qayıdış prosesi başlayıb. Yaradılan müasir infrastruktur, şərait bura qayıdan doğma sakinlərin rahatlığını təmin edəcək. Belə maliyyə tutumlu layihələr məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına reallaşdırılır. Azərbaycanın güclü iqtisadiyyata malik olması buna imkan verir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
"Ağıllı kənd" konsepsiyasını yüksək səviyyədə reallaşdıran ölkəmizin təcrübəsinə beynəlxalq müstəvidə maraq böyükdür, həm də təqdir olunur. “Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların isə əhəmiyyəti böyükdür. Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

İlahə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır