Prezident İham Əliyevin ərazilərin bərpası, əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının başlıca prioritet istiqamətləridir

Tarix:20-12-2022, 21:21 Baxış Sayı:45 Kateqoriya:gundem / cemiyyet

Prezident İham Əliyevin ərazilərin bərpası, əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının başlıca prioritet istiqamətləridir

44 günlük Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən birincisi məhz işğaldan azad edilmiş ərazilərin bərpası, həmin yerlərə həyatın yenidən qaytarılması idi. 30 il ərzində Ermənistanın işğalı altında qalmış kəndlərin, rayonların, şəhərlərin, mədəni-tarixi abidələrin yerlə-yeksan olunması, məhv edilməsi, dağıdılması həmin ərazilərin bərpasına müasir kompleks yanaşmanı tələb edirdi. Bu mənada, təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə icrasına başlanılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir.
Dövlət Proqramı qlobal trendləri nəzərə alınaraq hazırlanıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət başçısı İlham Əliyevin ərazilərin bərpası, əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətləridir. Bu istiqamətlər ümumi olaraq təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsidir. Son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb və bu proses hazırda uğurla davam etdirilir. Bu məsələdə ilk gündən infrastrukturun yenilənməsi və bərpası prioritet istiqamət olub. Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi bütövlükdə işğaldan azad edilmiş ərazilərin xoşbəxt gələcəyindən xəbər verir. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasına başlanan vaxtdan ötən iki il ərzində bu bölgədə genişmiqyaslı tikinti, bərpa-quruculuq tədbirləri həyata keçirilib. Belə ki, işğaldan azad olunmuş bütün ərazilərin ümumi planının qısa müddət ərzində hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən reallaşdırılıb. Ağdam və bir çox digər şəhər və kəndlərin Baş planlarının hazırlanması artıq başa çatdırılıb. Baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritet götürülüb. Bütün bu layihələrin böyük bir hissəsi artıq əməli fəaliyyətdə gerçəkləşdirilib.
Azərbaycanın iqtisadi və maliyyə imkanları əsas verir ki, istənilən layihənin, Dövlət Proqramının icrasını uğurla başa çatdırsın. Dövlət Proqramı göstərir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yerinə yetirilməsi planlaşdırılan işlər təkcə tikinti və quruculuqla məhdudlaşmayacaq. Tədbirlər Planının əhəmiyyətli bir hissəsi dayanıqlı icmaların yaradılması, gələcəkdə sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin formalaşması, məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədlərə söykənir. Bütün bunlarla yanaşı, insan kapitalının reallaşdırılması, tarixi və mədəni abidələrin qorunması, yeni iş yerlərinin açılması, dövlət xidmətlərin əlçatanlığının təmin edilməsi, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafı və reinteqrasiyası, azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması, iqtisadi ixtisaslaşdırılmanın aparılması, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi, “Yaşıl enerji zonası” yaradılması və s. həyata keçirilən tədbirlər Dövlət Proqramının əhatə dairəsinin nə qədər geniş olmasından xəbər verir.
Bir sözlə, işğaldan azad edilən ərazilərdə indiyədək reallaşdırılan və bundan sonra da gerçəkləşdiriləcək kompleks layihələrlə bu bölgəni dirçəltmək, urbisidə, ekosidə məruz qalmış böyük bir yaşayış sahəsini ən müasir, ən sağlam mühitə malik yaşayış məskənlərindən birinə çevirmək taleyüklü bir vəzifədir. Bu baxımdan dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahid olacaq ki, İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir.

Cavid Səmədli,
Salyan rayon gənci, YAP fəalı

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır