Azərbaycan etibarlı tərəfdaşlıq münasibətləri ilə regionda yeni inkişaf perspektivləri yaradır.

Tarix:19-12-2022, 02:42 Baxış Sayı:114 Kateqoriya:gundem / cemiyyet

 Azərbaycan etibarlı tərəfdaşlıq münasibətləri ilə regionda yeni inkişaf perspektivləri yaradır.

Azərbaycan daim bütün dövlətlərlə sülh, dostluq, qarşılıqlı əməkdaşlıq, beynəlxalq hüquq normaları və demokratik prinsiplər çərçivəsində münasibət qurmağa üstünlük verir. Cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşü də eyni münasibətlər üzərində qurulmuşdur və bu qəbildəndir.
Etnik, dini-mədəni və mənəvi dəyərlərlə bağlı olan Azərbaycan, Türkiyə və Türkmənistan dövlətlərinin münasibətləri ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyətə malik olmaqla, həm də regionun ümumi tərəqqisinə, eyni zamanda Cənubi Qafqazda sabitliyin bərqərar olmasına hədəflənmişdir.
Prezident İlham Əliyevin Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı zamanı söylədiyi fikirlər, hər üç ölkə arasında olan əlaqələrin yüksələn xətlə inkişafını təsdiq etməklə, təkcə bu dövlətlərin deyil, həm də regionun təhlükəsizliyinin qarantı olduğuna işarədir. Görüş zamanı Prezidenti İlham Əliyevin hazırda dünyada yeni çağırışlar və təhdidlər olmasını, bu səbəbdən də digər sahələrlə yanaşı ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin böyük önəm daşımasını vurğulaması günün reallığını özündə tam əks etdirir.
Bu gün Azərbaycanla digər türk dövlətləri arasında strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr yeni mərhələyə yüksəlib. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə isə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Eyni zamanda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Həmçinin ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığın inkişaf dinamikası təqdirəlayiqdir. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. İl ərzində Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb.
Nəqliyyat-logistika sahəsində də uğurlar əldə olunub. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Azərbaycanın önəmli tranzit ölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində rolu olduqca böyükdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu mənada ölkəmiz tərəfindən öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələr icra edilib. Məhz bunun nəticəsi olaraq 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.
Regionun yeni tranzit imkanları baxımından Zəngəzur dəhlizinin açılması olduqca vacibdir. Artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlər yekunlaşmaq üzrədir. Bu mənada dəmir yolu xətti üzrə 40 faiz, avtomobil yolu üzrə 70 faiz işlər icra olunub. Eyni zamanda nəzərdə tutulan bütün işlərin 2024-cü ildə tamamlanması mümkün olacaq. Bununla da bölgə və region dövlətləri üçün yeni nəqliyyat dəhlizi yaranacaq.
Bir sözlə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşılıqlı əlaqələr nə qədər güclü olsa, nə qədər möhkəm birlik olsa, maraqlar da bir o qədər təmin ediləcək və bu da Azərbaycan-Türkiyə-Türkmənistanın beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirib çıxaracaq.
Hər üç ölkə arasında ticari-iqtisadi, gömrük, elm, təhsil və mədəniyyət, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığa dair imzalalnan sənədlər isə regionda yeni inkişaf perspektivlərinin olacağını, qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcəyini yəqin edir.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır