Ulu Öndər xalqımızın nəzərində ölməzlik qazanıb

Tarix:12-12-2022, 20:28 Baxış Sayı:122 Kateqoriya:gundem / cemiyyet

 Ulu Öndər xalqımızın nəzərində ölməzlik qazanıb

Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyev gərgin əməyi və müdrik rəhbərliyi ilə ömrünü müstəqil, müasir, dünyəvi, qüdrətli, demokratik Azərbaycanın qurulmasına həsr edib. Dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyəti barədə genişmiqyaslı tədqiqatlar aparılıb, yüzlərlə əsərlər yazılıb. Sözsüz ki, nüfuzu və şöhrəti Azərbaycanın sərhədlərini aşmış bu görkəmli siyasətçi və dövlət xadiminin fəaliyyəti, nəsillərə örnək qoyduğu siyasi məktəbi hələ çox-çox illər bundan sonra da yeni araşdırmaların mövzusu olacaq.
Ümummilli Lider Heydər Əliyevin hələ sovet dövründə misilsiz xidmətlərini bu gün iftixar hissi ilə xatırlayırıq. Müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər ən mürəkkəb və çətin dövrlərdə tarixi xidmətləri, sədaqəti, əməli fəaliyyəti ilə xalqına bağlılığını təsdiqləyən qətiyyətli dahi lider idi. Ötən əsrin 70-ci illərində Azərbaycana ilk rəhbərliyi dövründə respublikamız sovetlər birliyinin tərkibində olsa da, Azərbaycanda milli hərbi kadrların hazırlanması üçün mühüm addımlar atırdı.
Məlum olduğu kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox mürəkkəb və təhlükəli dövr olub. 1991-ci ildən – 1993-cü ilin ortalarına qədər ölkəmizdə hərc-mərclik, özbaşınalıq və anarxiya hökm sürüb. Bunların səbəbi həmin illərdə yeni yaradılan müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi siyasi-iqtisadi vəziyyətdə nə etmək lazım olduğunu bilməyən şəxslərin rəhbərlik etməsi ilə əlaqədar idi.
1993-cü ilin yazında Ermənistan ordusunun yeni rayonları işğal etmiş, Azərbaycan Ordusu mövqelərindən geri çəkilmişdi. Hələ bu azmış kimi, ölkə vətəndaş müharibəsi prosesinə yuvarlanmaqdaydı. Təbii ki, belə bir zamanda yalnız hamının inandığı və müdrikliyinə güvəndiyi görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycanı xilas edə bilərdi. Çünki Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısında idi.
Azərbaycan xalqının təkidli xahişləri ilə Ulu Öndər 1993-cü il iyunun 9-da ölkəni vətəndaş müharibəsindən xilas etmək üçün Bakıya qayıtdı. Bu, xalqın istəyi, tarixin hökmü idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq gətirdi, ölkənin xilas olacağına əminliyini yaratdı. Beləliklə, Ulu Öndərin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçildiyi 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitlik bərpa edildi, separatçı qüvvələr zərərsizləşdirildi. 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. 1994 –1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyaya səpələnmiş soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Ulu Öndərin Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Ulu Öndərin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf strategiyası sahibkarlığın inkişafına böyük təkan verdi.
Təbii ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoludur. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilməsi və son nəticədə 44 günlük Vətən müharibəsində qazandığımız Möhtəşəm Qələbə bir daha göstərdi ki, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir.
Vəfatından 19 il ötsə də, Ulu Öndər dövlətimizin gələcək siyasi kursunu müəyyənləşdirdiyi və böyük siyasi irs qoyduğu üçün xalqımızın nəzərində ölməzlik qazanıb. Bir daha Ümummilli Lider Heydər Əliyevi hörmət və ehtiramla anırıq!

Nigar Səfxanova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçbulaq kənd ərazi partiya təşkilatının sədri

SON XƏBƏRLƏR
Dövlətimizin gənclər siyasəti gələcəyimizin qarantıdır.
Heydər Əliyev və gənclər siyasəti
Ölkəmiz yaşıl enerjinin önəmli təchizatçısına çevrilmək istiqamətində də mühüm addımlar atır.
Yeni qanun siyasi partiyaların fəaliyyətində əhəmiyyətli rol oynayacaq
"Siyasi partiyalar haqqında" yeni Qanun siyasi münasibətlərin sağlam inkişafına mühüm töhfə verəcək
Siyasi partiyalar haqqında yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanun ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq
Əbu-Dabi Dayanıqlılıq Həftəsi və Meqa enerji layihəsi
Azərbaycanın bərpaolunan enerji proqramı
Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə reallaşdırdığı layihələrlə öz fəaliyyətini durmadan genişləndirir
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Qanunsuz deportasiyalara məruz qalmış Qərbi Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar
Ümummilli Liderin adı ilə bağlı olan həmrəyliyimiz özünün ən yüksək zirvəsindədir
Milli həmrəyliyin Zəfər təntənəsi
Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək.
Ulu Öndər Heydər Əliyevin yolu layiqincə davam etdirilir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək və insanların firavan həyatı təmin olunacaq
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır
Dövlət siyasətinin müasir modeli
Prezident İlham Əliyev - müasir demokratik siyasi lider obrazı
Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir
Ermənistan ekoloji terror siyasətini dayandırmalıdır!
Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır