“İnnən belə Ermənistanla “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq çətin olacaq…” - NƏ ETMƏLİ?

Tarix:27-09-2022, 20:36 Baxış Sayı:50 Kateqoriya:gundem / cemiyyet

“İnnən belə Ermənistanla “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq çətin olacaq…” - NƏ ETMƏLİ?

Ölkə liderlərinin son Brüssel görüşü nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının yaxınlaşması haqda ictimai rəy yarandıqdan sonra sentyabrın 13-də müəmmalı təxribatlar sayəsində baş vermis qanlı sərhəd toqquşmaları iki dövlət və xalq arasındakı ziddiyyətləri yenidən kəskinləşdirdi. Bununla parallel Paşinyan hakimiyyətinə Qərbdən və daha çox ABŞ və Fransadan xeyli siyasi-mənəvi dəstək verildi. Bəs görəsən, bütün bu baş verənlərdən sonra 10 noyabr üçtərəfli bəyanat-razılaşması əsasında Zəngəzur dəhlizinin tezliklə açılması mümkün olacaqmı?

Millir.AZ xəbər verir ki, moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı bu fikirləri ifadə edib:

“Son baş verənlər, yəni Ermənistanın Qərbdən, xüsusən ABŞ-dan dəstək alması onu göstərir ki, Zəngəzur dəhlizinin açılması tezliklə mümkün olmayacaq. Və ümumiyyətlə, bunun mümkün olub-olmayacağı özü böyük bir sualdır. Mən belə görürəm prosesi... Hər bir halda bundan sonra Ermənistana qarşı “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq xeyli dərəcədə çətin olacaq. Bir şərtlə ki, Ermənistanın daxilində hansısa destablizasiya baş verməsin. Amma nəzərə alsaq ki, ABŞ-ın da Ermənistana təsiri yetərincədir, Ermənistandakı Paşinyan hökuməti Amerikayönlü hökumətdir, ABŞ da böyük geo-siyasi xəritədə fəaliyyət göstərən super güc kimi, əlbəttə, öz tərəfdaşlarını qoruyacaq. O cümlədən də Paşinyan hökumətini... Yəni bütün bunlar Zəngəzur dəhlizinin açılması prosesini nəinki gecikdirmiş olur, ümumiyyətlə, dediyim kimi həmin prosesi şübhə altına alır...”

“Avqustun əvvəlində Paşinyan dedi ki, Azərbaycana Ermənistan üzərindən Naxçıvana getmək üçün Qubadlı, Kəlbəcər istiqamətlərindən gömrük-filan ödəməklə keçib getməyə yol verir. Bundan sonra Ermənistan Təhlükəsizlik Xidməti konkret keçid məntəqələri də təklif etdi. Bəs Azərbaycan tərəfdən buna niyə reaksiya olmadı?” sualını isə siyasi şərhçi belə cavablandırıb:

“Azərbaycan tərəfi buna ona görə reaksiya vermədi ki, yəqin, Rusiya ilə Zəngəzur dəhlizinə və məhz Meğridən keçən yola dair bir anlaşma var. Bu baxımdan Ermənistanın təklif etdiyi alternativlər rəsmi Bakını qane etmir. Etsə belə, çox güman ki, Rusiyanı qane etmir. Burada ikinci bir amil də məsafənin uzaqlığı məsələsidir. Yəni Bakıdan, yaxud Sumqayıtdan, Qarabağdan yüklərin Zəngəzur üzərindən Naxçıvana və ya Türkiyəyə daşınması bir ayrı, Qubadlı, Kəlbəcər, Qazax və ya Gürcüstan üzərindən daşınması tamam fərqli bir məsələdir. Amma yenə də deyirəm ki, belə layihələrdən söhbət gedəndə 50, 100 km-lik fərq həlledici olmur. Və bu layihələr həm də sülh və sabitlik layihəsidir… Odur ki, burada əsas məsələ Rusiyaya məhz Zəngəzur yolunun lazım olmasıdır…”

SON XƏBƏRLƏR
Sülhməramlılara sərt xəbərdarlıq: "Ermənilərə verilən dərs bəs olmadı?" - İNCƏLƏMƏ...
Yeni Azərbaycan Partiyası saf amallar üzərində qurulmuş bir partiyadır.
Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMA
Ərzaq təhlükəsizliyi üçün: “Hökumət kəndə pul xərcləməlidir” - AKTUAL
 "GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək? - Ekspert danışır
Azərbaycanda DSK sədri qəflətən vəfat edib
Rəhim Rəhimli vəfat etdi
Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır.
Xankəndi, Xocalı və Ağdərəni azad etməyin vaxtı yetişir - deputat
“İnnən belə Ermənistanla “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq çətin olacaq…” - NƏ ETMƏLİ?
MİDA-dan narazılıq artır: `Ayrı-seçkilik edilir` - BUNLARA XEYRİ YOXDUR...
Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER
İran xalqı bezib: üzdə sistemə sadiqlik, arxada azadlıq arzusu - NƏ BAŞ VERİR?
“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Roza Zərgərlinin Ərinin Gizli Yaşadığı XANIM GÖRÜN KİM İMİŞ – Hər Şey Üzə Çıxdı
Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi.
Xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır
"Bizim regionda sülh bütün ölkələr üçün zəruridir" - İlham Əliyev
Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI
Tələbə olan şəhid övladlarına pul mükafatı verildi - FOTO
Düşmən tərəfindən basdırılmış minalar zərərsizləşdirildi - FOTO
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
Azərbaycanda ərzaq bahalaşacaq, bəs kasıblar nə etməlidir? - İqtisadçıdan vacib tövsiyələr
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR