Xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır

Tarix:26-09-2022, 02:06 Baxış Sayı:56 Kateqoriya:gundem / cemiyyet

Xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır

Məlum olduğu kimi, Azərbaycan ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll olunacağına ümid etsək də, biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmamışıq. Əslində torpaqlarımıza erməni təcavüzü Birinci Qarabağ müharibəsindən çox-çox əvvələ, ХVIII əsrin əvvəllərinə təsadüf edir. Çar Rusiyası zamanı I Pyotrun fərmanı ilə ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin uydurma “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı və buna paralel azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulub. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub, indiki Ermənistanda olan öz tarixi dədə-baba torpaqlarından deportasiya edilib.
Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycan kəndlərinin tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib. Qeyd edək ki, 1988-1994-cü illər ərzindəki işğal dövründə, eləcə də 30 il ərzində torpaqlarımızı işğal altında saxladıqları dövrdə işğalçı Ermənistan hərbi cinayətlər törətməkdə davam edib. Yaxın tariximizdə Xocalı, Ağdaban, Başlıbel faciələri ermənilər tərəfindən törədilmiş ən qanlı hadisələrdir. Ən dəhşətlisi də budur ki, başqa bir suveren dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə, əhaliyə qarşı soyqırımı törədilməsinə və işğalın 30 il davam etdirilməsinə beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq bu cinayətlərə etinasız qalıb. Beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər kağız üzərində qalıb. Münaqişənin həlli üçün yaradılmış digər beynəlxalq qurum olan ATƏT-in Minsk qrupu da 30 il müddət ərzində heç bir ciddi iş görməyib, əksinə münaqişəni həll etmək əvəzində onu donmuş vəziyyətdə saxlamağa çalışıb.
Bunu görən azğınlaşmış düşmən yeni ərazilər işğal etmək arzusuna da düşüb. 2020-ci ilin iyul ayında Azərbaycan Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar da təsdiq etdi ki, düşmən yeni torpaqlar ələ keçirmək niyyətindədir. Həmin ilin sentyabrında başlayan növbəti təxribatlar bunu əyani olaraq sübut etdi.
Yeri gəlmişkən, Ermənistanın hərbi təxribatlarına cavab olaraq sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə başlamış əks-hücum əməliyyatları uğurla davam edərək dövlətimizin ərazi bütövlüyü, işğalçıları torpaqlarımızdan birdəfəlik çıxarmaq uğrunda müqəddəs Vətən müharibəsinə çevrildi. Prezidentinin ətrafında “Dəmir yumruq” kimi birləşmiş xalqımızın da dəstəyi ilə qüdrətli ordumuz cəmi 44 gün müddətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etdi.
Onu da qeyd etmək vacibdir ki, torpaqlarımızın işğaldan azad olunması beynəlxalq hüququn bütün tələblərinə uyğun aparılıb. Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara həmişə sadiq olub, hərbi əməliyyatları heç vaxt döyüş meydanından kənara çıxarmayıb, dinc əhali, mülki infrastrukturları qətiyyən hədəf almayıb. Döyüş meydanında uduzan düşmən isə həmişəki kimi beynəlxalq hüquqa zidd olan terror və təxribatlar törətmiş, dinc əhalini, mülki obyektləri, işğal altında olan torpaqlarımızdan kənarda yerləşən rayonları hədəf almışdı. Lakin bütün bu cəhdlər düşməni məğlubiyyətdən, kapitulyasiya aktına imza atmaqdan xilas edə bilmədi. Beləliklə, 44 günlük Vətən müharibəsi torpalarımızın düşmən işğalından azad edilməsi ilə nəticələndi.
Xatırladaq ki, Vətən müharibəsində Azərbaycanın 2907 hərbçisi şəhid olmuş və mindən çox əsgərimizin yaralanmışdı. Dövlətimiz və xalqımız tərəfindən şəhidlərimizin hər zaman dərin ehtiramla yad edlməsi, bu məqsədlə Anım gününün qeyd olunması, Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı, xəstəxanalarda, reabilitasiya mərkəzlərində müharibədə xəsarət almış şəxsləri şəxsən ziyarət etmələri Vətən müharibəsi iştirakçılarına olan ali diqqətin təcəssümüdür. Qazilərə və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi bu gün də dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Qeyd edək ki, Vətən müharibəsi qurtaran kimi Ermənistanla sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına başlamağı təklif edən ilk Azərbaycan olub. Daha sonra biz öz mövqeyimizi artıq bütün dünya ictimaiyyətinə də yaxşı məlum olan sülh müqaviləsinin bağlanmasının 5 prinsipi ilə daha da dəqiqləşdirdik. Ermənistan isə beynəlxalq hüquqa əsaslan həmin prinsiplərə etiraz etməmişdi. Lakin sentyabrın 12-dən başlanan erməni təxribatı bir daha göstərdi ki, Azərbaycan Ordusu hər zaman düşmənə cavab verməyə hazır olmalıdır. Ermənistan kimi işğalçı dövlətlə qonşu olduğumuz üçün bizim şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Qələbəmizi, dövlət sərhədlərimizin təhlükəsizliyini, Ermənistanla sərhəd rayonlara köçürüləcək vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün təhlükə doğuran legitim hərbi hədəfləri məhv etmək və bütün müdafiə vasitələrindən istifadə etməyə haqqımız çatır.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Vətən müharibəsi dövründə özünün ən yüksək həddinə çatmış xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır, hətta bu birlik daha da güclənib, möhkəmlənib.

Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri

SON XƏBƏRLƏR
Sülhməramlılara sərt xəbərdarlıq: "Ermənilərə verilən dərs bəs olmadı?" - İNCƏLƏMƏ...
Yeni Azərbaycan Partiyası saf amallar üzərində qurulmuş bir partiyadır.
Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMA
Ərzaq təhlükəsizliyi üçün: “Hökumət kəndə pul xərcləməlidir” - AKTUAL
 "GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək? - Ekspert danışır
Azərbaycanda DSK sədri qəflətən vəfat edib
Rəhim Rəhimli vəfat etdi
Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır.
Xankəndi, Xocalı və Ağdərəni azad etməyin vaxtı yetişir - deputat
“İnnən belə Ermənistanla “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq çətin olacaq…” - NƏ ETMƏLİ?
MİDA-dan narazılıq artır: `Ayrı-seçkilik edilir` - BUNLARA XEYRİ YOXDUR...
Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER
İran xalqı bezib: üzdə sistemə sadiqlik, arxada azadlıq arzusu - NƏ BAŞ VERİR?
“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Roza Zərgərlinin Ərinin Gizli Yaşadığı XANIM GÖRÜN KİM İMİŞ – Hər Şey Üzə Çıxdı
Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi.
Xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır
"Bizim regionda sülh bütün ölkələr üçün zəruridir" - İlham Əliyev
Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI
Tələbə olan şəhid övladlarına pul mükafatı verildi - FOTO
Düşmən tərəfindən basdırılmış minalar zərərsizləşdirildi - FOTO
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
Azərbaycanda ərzaq bahalaşacaq, bəs kasıblar nə etməlidir? - İqtisadçıdan vacib tövsiyələr
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR