27 sentyabr tarixi müəqddəs gündür!

Tarix:23-09-2022, 23:36 Baxış Sayı:129 Kateqoriya:gundem / cemiyyet

27 sentyabr tarixi müəqddəs gündür!

Məlum olduğu kimi, 27 sentyabr 30 illik erməni işğalına son qoyan Vətən mühribəsinin başlandığı gündür. Məhz bu gün şanlı Azrbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücuma keçərək işğaldakı torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatlara başlayıb. 27 sentyabr həm də xalqımızın mənəvi birlik günüdür. Çünki bu gün bütün xalq Azərbaycan ordusu, Azərbaycan prezidenti ətrafında bir nəfər kimi birləşərək erməni faşizminə qarşı mübarizəyə qalxıb, işğaldakı torpaqlarımızın azadlığı üçün ruhi-mənəvi, maddi-fiziki baxımdan fədakarlıq sərgiləyib. Qeyd edək ki, məhz bu gündən etibarən 44 gün ərzində 3 minə qədər vətən övladı öz həyatını ərazi bütövlüyümüz uğrunda qurban verib, öz qanı hesabına Azərbaycan tarixinin ən böyük zəfər salnaməsinə imza atıb. Elə buna görə də Prezident İlham Əliyev 2020-ci il 2 dekabr sərəncamı ilə 27 sentyabr tarixini şəhidlərin müqəddəs xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü elan edib. 27 sentyabr tarixi müəqddəs gündür. Azərbaycan xalqı hər zaman bu günü dərin ehtiram hissi ilə qeyd edəcək, bizə bu böyük qələbəni bəxş edən qəhrəmanlar daim sevgi hissi ilə yad olunacaq.
Yeri gəlmişkən, Vətən müharibəsi və ölkəmizin bu müharibədəki qalibiyyəti Azərbaycan ordusunun qüdrəti ilə yanaşı, daha bir neçə gerçəkliyi əyani surətdə sübut etdi. Bu müharibə hər şeydən öncə Azərbaycan xalqının öz prezidentinə, ordusuna olan dərin inamını ortaya qoydu. Ölkə başçısının çağırışı ilə bütün xalq bir nəfər kimi ayağa qalxdı. Hər kəs öz sahəsində qələbəmizə töhfə vermək, ordumuzun uğuruna kömək etmək üçün əlindən gələni etdi ki, bu da tarixi zəfərimizi sürətləndirdi. Bu müharibə həm də Azərbaycanın iqtisadi gücünün nümayişi oldu. Çoxlu sayda qlobal və regional layihələr həyata keçirən, neft sektoru ilə yanaşı, həm də qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atan, çoxşaxəli iqtisadiyyatın formalaşmasına nail olan Azərbaycan, iqtisadi potensialından hərbi hədəflərinə çatmaq üçün də uğula istifadə etdi. Təsəvvür edin ki, nə müharibə, nə də post-müharibə dönəmində Azərbaycanda heç bir sosial layihə təxirə salınmadı. Əksinə, müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərdə böyük qurucluluq işlərinə start verən dövlətimiz, bununla həqiqi iqtisadi gücə malik olduğunu isbatladı. Müharibə həm də Azərbaycan xalqının humanist, nəcib xarakterini, bəşəri dəyərlərə olan həssas münasibətini də bütün dünyaya bir kəs daha nümayiş etdirdi. Müharibə dönəmində bir dəfə də olsun düşmənin mülki obyektlərinə zərbə endirməyən, mülki vətəndaşlarına xəsarət yetirməyən Azərbaycan ordusu, sırf hərbi hədəfləri məhv etməklə sadəcə işğlçılara, hərbi təcavüzkarlara qarşı mübarizə apardığının mesajını verdi. Halbuki, 44 günlük Vətən müharibəsində erməni faşizmi Azərbaycanın bütün iri şəhərlərini raket zərbələrinə məruz qoymaqla, onlarla mülki insanın qətlinə imza atdı. Ölkəmizə qarşı ağır hərbi cinayətlər törədən Ermənistanın vəhşiliyi fonunda Azərbaycan əsgərinin humanizmi xalqımızın necə böyük, dərin və ülvi dəyərlərə sahib olduğunu gözlər önünə sərdi. Başqa sözlə desək, Azərbaycan xalqı öz humanizmi ilə də erməni faşizmini məğlub etdi, onun bütün dünyada ifşasını həyata keçirdi.
Qeyd edək ki, Azərbaycanın işğaldakı torpaqlaırnı azad etmək üçün ayağa qalxması, öz hərbi gücündən istifadə edərək məlum problemin həllinə çalışması sadəcə Ermənistanı deyil, ona dəstək olan, havadarlıq edən dövlətləri, bəzi mərkəzləri də ciddi narahat edirdi. Buna görə də onlar ölkəmizin ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirir, böhtanlar yağdırırdı. 30 illik erməni işğalına görə bir dəfə də olsun səsini çıxarmayan, erməni faşizminin törətdiyi vəhşiliklərə etiraz etməyən qüvvələr, Azərbayanı müharibə tərəfdarı olan dövlət kimi təqdim edir, Vətən müharibəsinin mahiyyəti ilə bağlı yalan və əsassız fikirlər sədləndirirdi. Məhz belə bir çətin və mürəkkəb situasiyada Prezident İlham Əliyev böyük siyasi qətiyyət və cəsarət sərgilədi. Müharibə ərzində dünyanın qabaqcıl media orqanları və televiziyalarına müsahibələr verən Ali Baş Komandan öz məntiqli çıxışları, dəmir arqumentləri ilə ölkəmizə yönəlik bütün məkirli niyyətləri ifşa etdi. Prezident İlham Əliyev təkzibolunmaz faktlar əsasında göstərdi ki, bu qarşıdurmanın memarı Ermənistandır və problemin müharibə yolu ilə həllinə görə də bütün məsuliyyət məhz işğalçı dövlətin üzərinə düşür. Rayonlarımız, yaşayış məntəqlərimiz işğaldan azad olunduqca həmin ərazilərdə çəkilən görüntülər, videomateriallar erməni vandallarının bu ərzilərdə necə böyük vəhşiliklər törətdiyini bir daha ortaya qoydu. Bu görüntüləri beynəlxalq media platformasında təqdim edən Azərbaycan sübut etdi ki, işğal etdiyi torpaqların onlara məxsusluğunu iddia edən Ermənistan nəinki 30 il ərzində bu torpaqlarda heç nə tikib-yaratmayıb, əksinə, hər şeyi dağıdıb, məhv edib. Azərbaycan bütün dünyaya sübut etdi ki, erməni faşizmi sadəcə insanlığa deyil, həm də təbiətə, daşa, torpağa, ağaca – hər şeyə və hər kəsə düşməndir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, media və diplomatik müstəvidə ortaya qoyduğu inamlı mübarizə, xalqımızın səsini bütün dünyaya parlaq şəkildə çatdırmaq bacarığı Ermənistan və onun himayədarlarını böyük ölçüdə tərk-silah etdi. Erməni yalanları, dezinformasiya xarakterli məlumatlar ifşa olundu.
Əminəm ki, illər, əsrlər bundan sonra da Ali Baş Komandanın sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik və media müstəvisində sərgilədiyi əzm və prinsipiallıq, mübarizə ruhu qürur hissi ilə xatırlanacaq, böyük sevgi, ehtiram hissi ilə yad ediləcək, tarixin yaddaşında əbədi yaşayacaqdır.

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri




SON XƏBƏRLƏR
Sülhməramlılara sərt xəbərdarlıq: "Ermənilərə verilən dərs bəs olmadı?" - İNCƏLƏMƏ...
Yeni Azərbaycan Partiyası saf amallar üzərində qurulmuş bir partiyadır.
Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMA
Ərzaq təhlükəsizliyi üçün: “Hökumət kəndə pul xərcləməlidir” - AKTUAL
 "GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək? - Ekspert danışır
Azərbaycanda DSK sədri qəflətən vəfat edib
Rəhim Rəhimli vəfat etdi
Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır.
Xankəndi, Xocalı və Ağdərəni azad etməyin vaxtı yetişir - deputat
“İnnən belə Ermənistanla “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq çətin olacaq…” - NƏ ETMƏLİ?
MİDA-dan narazılıq artır: `Ayrı-seçkilik edilir` - BUNLARA XEYRİ YOXDUR...
Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER
İran xalqı bezib: üzdə sistemə sadiqlik, arxada azadlıq arzusu - NƏ BAŞ VERİR?
“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Roza Zərgərlinin Ərinin Gizli Yaşadığı XANIM GÖRÜN KİM İMİŞ – Hər Şey Üzə Çıxdı
Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi.
Xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır
"Bizim regionda sülh bütün ölkələr üçün zəruridir" - İlham Əliyev
Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI
Tələbə olan şəhid övladlarına pul mükafatı verildi - FOTO
Düşmən tərəfindən basdırılmış minalar zərərsizləşdirildi - FOTO
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
Azərbaycanda ərzaq bahalaşacaq, bəs kasıblar nə etməlidir? - İqtisadçıdan vacib tövsiyələr
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR