Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir

Tarix:22-09-2022, 20:55 Baxış Sayı:107 Kateqoriya:gundem / cemiyyet

Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir

Bu gün Azərbaycan özünün geniş iqtisadi güc və resurs potensialını durmadan artırır və bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti narahatlıq doğurmasına baxmayaraq, beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması istiqamətində müsbət nəticələrlə sonuclanan uğurlu siyasət yürüdür.
Qlobal müstəvidə geosiyasi gərginliyin artması fonunda dünya iqtisadiyyatında mənfi proseslərin gücləndiyi şəraitdə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prosesləri xeyli intensivləşib. Ölkənin strateji valyuta ehtiyatları 56,1 milyard ABŞ dolları təşkil edərək, xarici ticarət dövriyyəsi 30 milyard ABŞ dollarından artıq həcmi əhatə etmiş, qeyri-neft ixracı 24 faizdən çox artmışdır. Ümumilikdə, son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb, sənaye 3,7 dəfə, kənd təsərrüfatı iki dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə, ixrac 9,2 dəfə, qeyri-neft ixracı 7,3 dəfə, valyuta ehtiyatlarımız 33 dəfədən çox artıb ki, bu da ölkəmizin gücünü, qüdrətini yüksəltməklə regionda güc mərkəzinə və söz sahibinə çevrilməsini təmin edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə bir çox ölkə rəhbərlərinin iştirakı ilə keçirilən sammitdə çıxışı zamanı söylədiyi fikirlər bunu əyani şəkildə təsdiq edir.
Belə ki, ölkə rəhbərinin qeyd etdiyi kimi, “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr vermişdir. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bunun, ildə 25 milyon tona qədər artırılması mümkündür. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq”.
Qeyd etmək yerinə düşər ki, iki il bundan öncə Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Xüsusilə qeyd olunmalıdır ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Lakin, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün təqdim etdiyi beş əsas prinsip üzrə ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamaq məqamı olduğu halda, təəssüf ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri isə bu təxribatın qarşısını qətiyyətlə aldı və layiqli cavabını verməklə Ermənistan hərbi birləşmələri geri otuzduruldu.
Bəzi aparıcı beynəlxalq təşkilatların qeyri obyektiv və səmərəsiz fəaliyyəti isə narahatlıq doğurur. Belə ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq, qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan isə Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və Təhlükəsizlik Şurasının həmin qətnamələrinin icrasını təmin etdi. Qondarma Minsk qrupunun 30 il qeyri səmimi formada davam edən çürük missiyası ifşa olundu və bu “qurum” qərəzli məqsədinə nail ola bilmədi.
Bu gün Azərbaycan üç ildən artıqdır ki, 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir və sədrliyimiz yekdilliklə 2023-cü ilə qədər uzadılıb. Bu, Azərbaycanın gücünün, qüdrətinin, ölkəmizə olan hörmət və etimadın göstəricisidir.
Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirdiyi bir sıra vacib əhəmiyyətli görüşlər zamanı siyasi, iqtisadi və digər mühüm məsələləri müzakirə etməsi, ölkəmizin haqq səsinin dünyaya çatdırılması baxımından önəmli olmaqla, iştirakçı ölkələrin Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini təmin etdi.
Bütün bunlar və günümüzün reallığı deməyə əsas verir ki, Azərbaycan bundan sonra da, öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri













SON XƏBƏRLƏR
Sülhməramlılara sərt xəbərdarlıq: "Ermənilərə verilən dərs bəs olmadı?" - İNCƏLƏMƏ...
Yeni Azərbaycan Partiyası saf amallar üzərində qurulmuş bir partiyadır.
Uşaq evində böyüyən şəhidin qardaşı Sənana 2-otaqlı ev verilə bilərmi? - AÇIQLAMA
Ərzaq təhlükəsizliyi üçün: “Hökumət kəndə pul xərcləməlidir” - AKTUAL
 "GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
Paşinyanın NATO xülyası: Rusiya seyr edəcək? - Ekspert danışır
Azərbaycanda DSK sədri qəflətən vəfat edib
Rəhim Rəhimli vəfat etdi
Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır.
Xankəndi, Xocalı və Ağdərəni azad etməyin vaxtı yetişir - deputat
“İnnən belə Ermənistanla “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq çətin olacaq…” - NƏ ETMƏLİ?
MİDA-dan narazılıq artır: `Ayrı-seçkilik edilir` - BUNLARA XEYRİ YOXDUR...
Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER
İran xalqı bezib: üzdə sistemə sadiqlik, arxada azadlıq arzusu - NƏ BAŞ VERİR?
“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Roza Zərgərlinin Ərinin Gizli Yaşadığı XANIM GÖRÜN KİM İMİŞ – Hər Şey Üzə Çıxdı
Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi.
Xalq-iqtidar-ordu birliyi bu gün də öz möhkəmliyini qoruyub saxlayır
"Bizim regionda sülh bütün ölkələr üçün zəruridir" - İlham Əliyev
Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI
Tələbə olan şəhid övladlarına pul mükafatı verildi - FOTO
Düşmən tərəfindən basdırılmış minalar zərərsizləşdirildi - FOTO
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
Azərbaycanda ərzaq bahalaşacaq, bəs kasıblar nə etməlidir? - İqtisadçıdan vacib tövsiyələr
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR