“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov

Tarix:17-09-2022, 03:49 Baxış Sayı:21 Kateqoriya:gundem / cemiyyet

“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov

“Mən müharibə zamanı 17 musiqi bəstələmişəm. Hərbi mövzu bizim musiqimizdə həmişə olub. İlk öncə deyərdim ki, Allah bütün şəhidlərimizə rəhmət etsin. İki gün öncə mən həyat yoldaşımla birlikdə şəhidlərlə bağlı xəbərləri oxuduqca göz yaşlarına hakim ola bilmədik”.

Millira.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya verdiyi özəl açıqlamada Xalq Artsisti, tanınmış bəstəkar Faiq Sücəddinov səsləndirib.

Radio və televiziyalarda vətənpərvərliklə bağlı səslənən musiqilərdən danışan bəstəkar söyləyib ki, hazırkı musiqilər ifa, bəstə və proffissionallıq baxımından bir-birindən xeyli fərqlənir:

“Bu gün bütün radiolar vətənpərvərliklə bağlı musiqilər səsləndirir. Məncə vətənə aid yazılan bütün mahnılar, bütün şeirlər, bütün əsərlər gözəldir. Mən bir bəstəkar kimi bəstənin sözlərinə də fikir verirəm. Söz və musiqi vəhdəti mahnını daha yaddaqalan edir. Amma indiki mahnıların çoxunda isə həvaskar meyillər hiss olunur.

Fikrimcə, bunu qəbahət hesab etmək olmaz, çünki hər kəs öz biliyini, savadını və hisslərini yaratmağa çalışır. Vətənpərvərliklə yazılan mahnıların əsas özəlliyi isə odur ki sən bu mahnıya biliyin, savadın və dünya görüşünlə yanaşı, ürəyini də qoymalısan.

Mənim Cabir Novruzun sözlərinə bəstələdiyim “Vətəndən pay olmayır” mahnısı uzun illər keçməsinə baxmayaraq, hələ də öz aktuallığını, ruhunu itirmir. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında bu mahnı səsləndiyi zaman cənab prezidentimiz İlham Əliyev kövrəldi. Çünki, sözlər musiqi və ifa çox təsirli idi. Həmçinin vətənimi tanıyıb sevərək bu əsəri yaratmışam. Sırf mövzu olsun deyə yox”.

Son yazılan vətənpərvərlik mahnıları ilə bağlı isə bəstəkar öz fikirlərini bu cür ifadə edib:

“İkinci Qarabağ müharibəsindən sonra yazdığım “Zəfər” simfonik poemam qələbəmiz haqqında yazılan ən böyük əsərdir.1990-cı ildə AzTV-də bədii şuranın üzvü, həmçinin Estrada Simfonik Orkestrının bədii rəhbəri idim. Hələ o ağır zamanlarda da, xalqımızda vətənpərvərlik hisslərinin güclənməsi üçün mövzu ilə bağlı bizə təqdim olunan bütün mahnıları qəbul edirdik.

Hesab edirəm ki, müharibə zamanı hər kəs bacardığı qədər öz vətəninə kömək etməyə çalışır. İndi proffissional və ya qeyri-proffissional olmasından aslı olmayaraq musiqi ilə bağlılığı olan bütün şəxslər öz ürəyindən gələnləri yazaraq bir növ hisslərini canlandırmağa çalışırlar.

Xudayarın o həzin səsi hələ də, qulaqlarımdadır. Sanki Xudayar oxuyan zaman bütün xalq oxuyur. Müharibə hamının ağrısıdır. Əgər bütün yaş kateqoriyası üzrə səfərbərlik elan olunsaydı, mən də könüllü kimi öz vətənim üçün döyüşmək istərdim.

Biz bu gün hansısa bir bölgü aparmadan, kim olmağımızdan asılı olmayaraq bir yumruq kimi birləşməyi bacarmalıyıq. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA