Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!

Tarix:14-09-2022, 09:08 Baxış Sayı:39 Kateqoriya:gundem / cemiyyet

Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!

Saytımıza etibarlı mənbələrdən Lənkəran İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayevin oğlu Elmar Babayev haqqında şok məlumatlar daxil olub. Məlumatda bildirilir ki, məmur balası Lənkəranda avtoşluq etməkdə ad çıxarıb. Bu yaxınlarda avtoşluq edərək yola əks giriş edib və ciddi şəklidə qaydanı pozub. Səhv bunda olsa da hadisə yerinə gələn polis əməliyyatçısına müqavimət göstərib maşınını və özünü gətiriblər şöbəyə. Dindirilmə zamanı "siz bilmirsiniz mən kiməm, görərsiniz, başınıza nə oyun gətirəcəm" deyərək polis əməkdaşlarına hədə-qorxu gəlib. Həqiqətən də az sonra məmur balasının dediyi kimi olub. "Papanın gül balası" 6 saatdan sonra icra müavini Möhübbətin bir zənginə azad buraxılıb və şöbədəcə bu özbaşnalıq ört - basdır edilib. Məlumat ötürən şəxs həmçinin ailənin digər dəhşətli əməlindən də bəhs edib. İcra müavinin böyük oğlu Emin Babayev narkotik aludəçisi və alverçisidir Bu yaxınlarda küllü miqdarda
" heroin" tərkibli narkotikadan istifadəyə görə tutulub. Səkkiz gündən sonra isə məhz Eminin tutulması Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi İzzət Hüseynovun dərhal işdən azad edilməsi ilə nəticələnib. Onun narkotik təminatçısı Heydər Əliyev küçəsində kiosk işlədən Nail adlı narkomandır.
İcra müavinin ailədaxili cinayət və özbaşınalıqları bununla yekunlaşmır. Qız övladı artıq üçüncü dəfə ailə həyatı qurub və bu izdivacın da hansı vəziyyətdə olması naməlumdur. Ailədaxili özbaşınalıq və harınlıq yaşayan ailənin sanki böyüyü yoxdur. Gəlini, Emin Babayevin yoldaşı Lənkəran Dövlət Universitetində çalışır və hər gün tələbə, müəllim kollektivi gəlinin maşınla avtoşluğuna şahidlik məcburiyyətindədir. Bütün lənkəranlılar onun "lüks" həyat tərzindən xəbərdardır. Hətta "gəlin" xanımın bütü günü restoranlarda keçir. Bu yaxınlarda da "qəhrəmanlıq" edərək rayonda bir qazinin maşınını öz maşını ilə arxa hissədən əzib və pula pul deməyən Möhübbət Babayev yeni maşın alaraq qaziyə "hədiyyə" edib. Lənkəranda yeyintidə ad çıxaran asvalt zavodun müdüri Raqib Hüseynovla da şərikli iş birliyindədir. Necə deyərlər, ailə rayonda at oynadıb, meydan sulayır.
Hətta Möhübbət Babayev bu işbirlikdən rayonda çoxlu otel və obyekt şəbəkəsinə sahib olub. Əslində ağılsız olan Möhübbət Babayev hiyləgərliklə vəzifəsinin ömrünü uzun edib və çoxlu sayda mülkərə, obyektlərə sahiblik statusu daşıyır. Birinci müavinin sahib olduğu və əldə etdiyi obyektlərinin müəyyən hissədən ibarət siyasını qeyd edirik.

1. Lənkəran şəhərində 5 mərtəbə deyilən ərazidə 2 obyekt.

2. Qardaşı JEK müdürü çalışarkən mikrarayon deyilən ərazidə 3 böyük obyekt.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yanında böyük restoran, "Qala" xiyabanında ev və yanında mağaza.
4. Gərmətük qəsəbəsində 1 köhnə, 5 yeni tikili villalara, eləcə də böyük tikinti malları mağazasına sahibdir.
6. Bakıda yeni tikili mənzillər.
7. Lənkəran şəhər Osaküçə kəndində 1 hektar yarım ərazini alaraq restoran və otel şəbəkəsi salır.
9. Rayonda "Karnaval" otel restoranı şəriki Raqiblə birgə alıb.
Qeyd edək ki, ailənin sahib olduğu biznes şəbəkəsi və mülkləri bununla yekunlaşmır..

Yazının ardı var... araşdırma davam edəcək..

Gülşən Məmmədova

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA