Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA

Tarix:14-09-2022, 05:52 Baxış Sayı:28 Kateqoriya:gundem / cemiyyet

Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA

Millirs.AZ: - Rusiyanın aparıcı “TASS” informasiya agentliyində Bakı Şəhər İcra Hakimiyyətinin və Tarix İnstitutunun birgə layihəsi çərçivəsində işıq üzü görən “Vətən müharibəsi tarixi. Şəxsiyyət amili” kitabı barədə məlumat dərc olunub.
Milliirs.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri və ön sözün müəllifi Eldar Əzizov “TASS”-ın müxbirinə bildirib ki, kitab 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsinə həsr olunub. Bu Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəblərinin və ölkənin öz torpaqlarını işğaldan azad etmə istiqamətində həyata keçirdiyi işlərin təhlilinin, həmçinin Qarabağ probleminin həlli üçün müvafiq hüquqi bazanın yaradılması, iqtisadi islahatların həyata keçirilməsi və müasir ordu quruculuğu proseslərinin ümumiləşdirilməsinin ilk cəhdidir.
Nəşrdə proseslər ölkənin bütün resurslarını ən mühüm milli vəzifənin həllinə səfərbər etmiş Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət amili nəzərə alınmaqla təqdim olunur. Kitabın xüsusi əhəmiyyəti hadisələrin hadisə iştirakçılarının dilindən nəql olunmasıdır - döyüş əməliyyatlarının gedişatını Müdafiə naziri Zakir Həsənov, diplomatik spektrləri Xarici İşlər naziri Ceyhun Bayramov təqdim edir, iqtisadiyyatın inkişafını iqtisadçı alimlər təhlil edirlər. Bundan əlavə, kitabda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, avtomobil və dəmir yollarınının çəkilməsi, hava limanları, elektrik stansiyaları, sosial obyektlər və yaşayış komplekslərinin tikintisi barədə ətraflı informasiya öz əksini tapıb. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.
İxtisasca tarixçi olan Eldar Əzizov kitabın emosiyasız, yalnız faktlara, statistik məlumatlara və hadisələrin təhlilinə əsaslanaraq yazılıdığını əlavə edib.
Nəzərə çatdırılıb ki, post-sovet məkanında Qarabağda baş verən hadisələri diqqətlə izləyən ekspertlərin də böyük marağına səbəb olmuş kitab artıq Azərbaycan və rus dillərində dərc olunub, hazırda türk və ingilis dillərində nəşrin hazırlıq işləri aparılır. Müəlliflər kitabın gələcəkdə dərs vəsaiti kimi istifadə olunacağını da istisna etmirlər.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA