Paşinyan Xankəndiyə elə bir məktub göndərdi ki… - GƏLİŞMƏ

Tarix:2-09-2022, 01:18 Baxış Sayı:40 Kateqoriya:gundem / cemiyyet

Paşinyan Xankəndiyə elə bir məktub göndərdi ki… - GƏLİŞMƏ

Qarabağdakı separatizmin başlanmasının 31-ci ildönümü – separatçı-terrorçuların qondarma “müstəqillik günü” ilə bağlı Paşinyanın “təbrik məktubu” yayımlanıb. Təbrik məktubu daha çox erməni baş nazirin “öhdəliyini” yerinə yetirməsi kimi görünür və iki kontekstdə diqqət çəkir.

Birincisi, Qarabağa dair iddiaların davam etdirilməsidir: “Dağlıq Qarabağ” ərazi vahidinin mövcud olduğu, “Minsk qrupu” çərçivəsində həll yolları və s.

İkincisi, mövcud vəziyyətə görə məsuliyyətin bölüşdürülməsidir: Nikolun 44 günlük müharibə ilə yanaşı, I Qarabağ və Aprel müharibəsini də xatırlatması məğlubiyyətin tək günahkarının özü olmadığını göstərmək istəyindən irəli gəlir.

Erməni baş nazirin məktubunun əsas mahiyyəti isə Qarabağda yaşayan ermənilərin gələcəyi ilə bağlı qeydidir. Paşinyan bununla bağlı iki, həm də müxtəlif cür şərh edilə biləcək fikir irəli sürür:

- “Ermənilərin Qarabağda yaşamağa davam etməsi faktı dəyişməyib və onların öz vətənlərində hüquqlarının qorunacağı, təhlükəsiz şəraitdə yaşamaq hüququ var, əslində Qarabağ münaqişəsinin mahiyyəti də budur”;

- “Ermənilərin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri həll olunmayana, müvafiq status müəyyən edilməyənə qədər “Dağlıq Qarabağ”ın ərazi vahidi kimi mövcudluğunu inkar etmək qəbuledilməzdir”;

Bu, ilk baxışda erməni baş nazirin “status” iddiasını davam etdirməsi kimi görünür.

Halbuki Qarabağdakı ermənilərin “statusu” iddiasını “təhlükəsizlik və hüquqların qorunması” istəyi ilə əvəz edən Paşinyan demək istəyir ki, “münaqişə ermənilərin bu hüquqlarına zəmanət veriləcəyi təqdirdə həll edilmiş sayıla bilər”, o cümlədən, “ermənilərin bu hüquqları təmin edilməyənə qədər “Dağlıq Qarabağ” ərazi vahidi kimi qalır”.

Ermənilərin təhlükəsizliyinə və Azərbaycan vətəndaşları kimi hüquqlarının qorunmasına isə Azərbaycan dövləti qarantdır.

Beləliklə, Paşinyanın qondarma “müstəqillik günü”ndə verdiyi bu mesajı İrəvanın Qarabağa dair yeni baxışı hesab edilə bilər.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA