Zabuxdakı ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..` - BU NƏDİ BELƏ?

Tarix:9-08-2022, 03:09 Baxış Sayı:145 Kateqoriya:gundem / cemiyyet

Zabuxdakı ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..` - BU NƏDİ BELƏ?

Azərbaycan Respublikası Laçın rayonunun 1992-ci ildə işğal edilmiş Zabux kəndində qanunsuz məskunlaşmış haylar “məcburi köçürmə ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmək” xahişi ilə Fransa və ABŞ prezidentlərinə müraciət ediblər. Onlar kəndin cəmi1200 metr məsafədən keçən alternativ nəqliyyat dəhlizinin zonasına daxil edilməsini tələb ediblər. Millirs.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Hayknews” nəşri məlumat yayıb.

Zabuxdakı ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..`

Məlumata görə, “milli demokratik qütbün erməni şurası” adlanan təşkilat sosial şəbəkələrdəki səhifəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Co Baydenə müraciət edən Zabux kəndinin 56 qanunsuz sakininin "Axavno kəndini yeni dəhliz zonasına daxil etmək üçün aktiv və dərhal müdaxilə və vasitəçilik [...]" tələbi ilə məktubunu dərc edib. Məktub müəlliflərinin fikrincə, əks halda onları evlərindən qovulmaqla hədələyirlər və bu, humanitar fəlakətə səbəb olacaq. Məktub müəllifləri qeyd ediblər ki, yeni dəhliz onların kəndinin cəmi 1200 metrliyindən keçir.

Zabuxdakı haylar Ermənistanın və Xankəndindəki separatçı-terrorçu rejimin rəhbər orqanlarından “Axavno kəndinin yeni dəhlizə” – Kiçik Qaladərəsi- Kornidzor-Gorus yolu zonasına daxil edilməsi üçün “dərhal bütün tədbirləri görməyi” tələb ediblər.

Separatçı rejimin qondarma “turizm və mədəniyyətin inkişafı agentliyi”nin rəhbəri Sergey Şahverdyan sosial şəbəkələrdə Laçın yoluna alternativ yolun haradan keçdiyini və Zabux kənidinin həmin yola nə qədər yaxın yerləşdiyini göstərən xəritə dərc edib.

Zəruri şərh:

Bu haqsız və qanunsuz tələbi yerindəcə susdurmaq gərəkdir. Əsas 3 qanuni və məntiqi aspekti vurğulamaq lazımdır.

Birincisi, Laçın rayonunun Zabux kəndi Azərbaycan Respublikasının beynəlxalq təşkilat və dövlətlər tərəfindən, o cümlədən hələ 1991-ci ildə Ermənistanın özü tərəfindən tanınmış suveren ərazisinin ayrılmaz parçasıdır.

İkincisi, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində həmin kənddən məcburi köçkün düşmüş yüzlərlə Azərbaycan vətəndaşı 30 ildir ki, öz yurdlarına qayıdacağı günü gözləyir. Və əsl humanitar fəlakət onların dogma yurd-yuvalarından qaçqın düşməsi baş verib.

Üçüncüsü, Zabux kəndində tarixən heç bir erməni yaşamayıb. Və oradakı haylar kənd işğal edildikdən sonra əsasən xarici ölkələrdən – Suriya və Livandan gətirilərək tamamilə qanunsuz şəkildə yerləşdirilib… Bu səbəbdən Zabux kəndi yeni dəhlizə salınsa belə, oradakı ermənilər köçürülməli və kəndin 30 ildən çoxdur qaçqın həyatı sürən əzəli sakinləri – Azərbaycan vətəndaşları öz dogma yurdlarına qaytarılaraq tapdanmış yaşam haqları bərpa olunmalıdır…

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA