"Mehdinin nökərləri" İrana müxalifdirsə... - GƏLİŞMƏ

Tarix:18-08-2022, 05:55 Baxış Sayı:110 Kateqoriya:gundem / cemiyyet

"Mehdinin nökərləri" İrana müxalifdirsə... - GƏLİŞMƏ

Londondakı Azərbaycan səfirliyinə qarşı baş vermiş son hadisədə İranın heç bir rolu yoxdur – bəli, əksər təhlilçilərin fikri belə oldu.
Qeyd edim ki, mən də bu fikri bölüşürəm, çünki bu illər ərzində İran Azərbaycana qarşı belə hərəkət etməmişdi və ortalıqdakı bir sıra ziddiyyətlərə rəğmən, indi də bunun üçün zəmin yoxdur, - bir daha deyirik ki, dini, siyasi-ideoloji və geosiyasi problemlərə baxmayaraq, Azərbaycan maksimum dərəcədə çalışır ki, cənub qonşusu ilə normal, proqnozlaşdırılan və danışıqlar yolu ilə tənzimlənən münasibətlər qursun və buna da nail olur.

Əlbəttə ki, dövlətlər arasında müəyyən ziddiyyətlər var, amma Bakı öz siyasətində Tehranı qıcıqlandıracaq addımlıara yol vermir – onun geosiyasi prinsiplərini tam bölüşməsə də, Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın bu ölkəyə qarşı apardığı siyasətlə də razıllaşmır və onu bölüşmür. Ona görə də Tehranın Bakıya qarşı Londonda belə bir insident törətmək üçün heç bir əsas yoxdur.

Amma bizi bir sual rahat buraxmır. Deyilənə görə, Londonda məskunlaşan və Azərbaycan səfirliyinə basqın edən radikal təşkilatın İran hökuməti və dövləti ilə çox kəskin münasibətləri var və onlar İranın hakimiyyətinə və dövlət kursuna qarşı müxalifdirlər. Belə bir halda niyə görə radikal təşkilat İran səfirliyinə yox, Azərbaycan səfirliyinə basqın etməlidir?

Bakının İranla münasibətlərdə mövcud siyasi-ideoloji, geosiyasi prinsipləri nəzərə almamağına baxmayaraq, bu ölkə ilə daim qonşuluq prinsiplərini rəhbər tutmağa çalışmasına rəğmən, hər halda, Azərbaycan İran üçün ən yaxın dövlət deyil – bəli, İran – Azərbaycan münasibətlərini, məsələn,Türkiyə - Azərabaycan münasibətlərilə müqayisə etmək olmaz.
Ətraflı

Odur ki, sual yaranır: nəyə görə Azərbaycan səfirliyinə basqın edilməlidir? Həm də Londondakı radikal qruplaşma İrana qarşı müxalifdirsə, daha düzgün olmazdımı ki, basqın İran səfirliyinə edilsin?..

Prinsipcə, bu sualın da cavabı var. Deyilənə görə, həmin təşkilat 2018-ci ildə İran səfirliyinə də basqın edibmiş. Amma bu fakt indiki insidenti tam izah etmir və sual nə qədər olsa da, açıq qalır: niyə görə dini təşkilat Azərbaycan səfirliyini hədəf seçib?..

Əlbəttə ki, burada Britaniya hökumətinin də suçu var. Birincisi, dünyanın radikal təşkilatları bu ölkədəki liberal qaydalardan faydalanaraq fəaliyyətlərini və hətta mənzil-qərargahlarını da bu ölkədə qururlar.

İkincisi, Britaniya hökuməti ən azı buna görə ərazisindəki diplomatik nümayəndəliklərin mühafizəsini gücləndirməlidir.
Üçüncüsü, Azərbaycan səfirliyilə bağlı insidentin ciddi məhkəmə araşdırılması aparılmalı və bundan sonra yuxarıda qeyd etdiyimiz sualın cavabı tapılmalıdır.

Qərəz, məsələ kiçik bir insident deyil. Əgər kimsə səfirlik qarşısında etiraz aksiyası keçirsəydi, bunu bir təhər başa düşmək olardı. Hərçənd, bu halda da suallar yaranır: Azərbaycan dövlətilə hansısa radikal şiə təşkilatı arasında nə ziddiyət ola bilər? Bəli, ölkəmizdə əsasən şiələr üstünlük təşkil edir, amma burada dini tolerantlıq mühiti hökm sürür və kimsə dini baxışlarına görə təqib olunmur. Londondakı radikal şiə təşkilatı özünü bütün şiə dövlətlərinə qarşı müxalif hesab edir və görünür ki, elə bu səbəbdən də Azərbaycanı da öz siyahısına əlavə edib – güman ki, elə axtardığımız cavab da budur...
Hüseynbala Səlimov //qaynarinfo.az//

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA