Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər.

Tarix:7-08-2022, 01:23 Baxış Sayı:127 Kateqoriya:gundem / cemiyyet

“Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, kinoşünas, kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev düşərgənin çox faydalı tədbir olduğunu bildirib: “Bu tədbir çox gözəl təşkil olunub, hər şey nəzərə alınıb. Təəccüblü və inanılmaz bir hissdir - bütün dünyadan azərbaycanlı gənclər Şuşaya qonaq gəlib. Mən burada Meksikadan, Almaniyadan, hətta Pakistandan olan gənclərlə tanış oldum. Bu tədbir sayəsində bu gənclər tarixi vətənlərinə daha sıx bağlanırlar. Onlar başqa ölkələrin vətəndaşları olsalar da, özlərini azərbaycanlı hesab edirlər. Bu fakt Azərbaycan diasporunun formalaşmasında mühüm rol oynayacaq. Bu düşərgənin Şuşada keçirilməsi rəmzi xarakter daşıyır və təqdirəlayiq haldır”.
Azərbaycanın xalq artisti, kinoaktyor Şamil Süleymanlının fikrincə, istənilən tədbirin Şuşada keçirilməsi onun əhəmiyyətini daha da artırır: “Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən xaricdə yaşayan gənclər üçün düşərgənin Şuşada təşkil olunması təqdirəlayiq haldır. Xaricdə yaşayan azərbaycanlı gənclərin Şuşada bir araya gəlməsi, burada onlara müxtəlif dərslərin keçirilməsi, tanınmış alimlərlə, mədəniyyət xadimləri ilə görüşlərin təşkil olunması, Azərbaycan mədəniyyətinin təbliğ olunması böyük işdir. Bu gənclər natiqlərə çox diqqətlə qulaq asırlar. Gözlərindəki sevinci - Şuşada olmaq sevincini görmək olur. Çünki Şuşanın küçələrində gəzmək, daşına-toprağına toxuna bilmək, böyük Bülbülün həyətində gəzmək, oradakı quyudan su içmək, Şuşada dərindən və doyunca nəfəs almaq... Bu, şans deyil, böyük xoşbəxtlikdir”.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Zöhrab Dadaşov da hesab edir ki, Diaspor Gənclərinin III Yay Düşərgəsinin mənəvi dəyəri çox böyükdür: “Bu düşərgə sayəsində xaricdə doğulub böyüyən və yaşayan gənclərdə Azərbaycan haqqında dolğun fikir formalaşır. Bu, mənim Şuşaya ilk gəlişimdir. Çox gözəl hisslər keçirirəm, təəssüratlarımı sözlə ifadə edə bilmirəm. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərin də mənim kimi çox gözəl hisslər keçirdiyini düşünürəm. Mən də tədbir çərçvivəsində gənclərlə görüşdüm və görüşümüz çox maraqlı keçd. Onlar arasında rəssamlığa, incəsənətə meylli olanlar az deyildi. Azərbaycanın müasir incəsənəti, incəsənət tarixi barədə sual-cavab oldu, gənclərlə çox gözəl diskussiya alındı. Gənclərin həm davranışları, həm də verdiyi suallardan bəlli olur ki, onların düşərgəyə seçilməsi prosesi çox yaxşı təşkil olunub. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, gənclərin əksəriyyəti ana dilimizdə çox səlis danışırdı. Bu sevindirici hal idi”.
Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilir. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.
2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.
* * *
Деятели культуры и искусства, встретившиеся во дворе дома-музея Бюльбюля в Шуше с участниками III Летнего лагеря диаспорской молодежи, поделились впечатлениями.
Главный редактор киностудии “Aзербайджанфильм", киновед, кинорежиссер, заслуженный деятель искусств Аяз Салаев отметил, что лагерь является очень полезным мероприятием: “Мероприятие организовано прекрасно, все учтено. Удивительное и невероятное чувство – азербайджанская молодежь со всего мира гостит в Шуше. Я познакомился здесь с молодежью из Мексики, Германии, даже Пакистана. Благодаря этому мероприятию молодые люди оказываются теснее связаны с исторической родиной. Хотя они и являются гражданами другой страны, но считают себя азербайджанцами. Данный факт сыграет важную роль в формировании азербайджанской диаспоры. Проведение лагеря в Шуше носит символический характер и заслуживает одобрения».
По мнению народного артиста Азербайджана, киноактера Шамиля Сулейманлы, проведение в Шуше любого мероприятия преумножает его значение: «В этом контексте организация Государственным комитетом по работе с диаспорой и Фондом Гейдара Алиева лагеря для проживающей за рубежом молодежи в Шуше заслуживает одобрения. Встреча представителей проживающей за рубежом азербайджанской молодежи в Шуше, проведение здесь с ними различных занятий, организация встреч с известными учеными, деятелями культуры, пропаганда азербайджанской культуры – большое дело. Молодые люди очень внимательно слушают выступающих. В их глазах можно увидеть радость – радость пребывания в Шуше, так как гулять по улицам Шуши, прикасаться к ее земле, ходить по двору великого Бюль-Бюля, пить воду из находящегося там колодца, глубоко и свободно дышать в Шуше…Это – не шанс, а большое счастье».
Член Союза художников Азербайджана, художник Зохраб Дадашев также считает, что моральное значение III Летнего лагеря диаспорской молодежи достаточно велико: «Благодаря этому лагерю у молодежи, родившейся, выросшей и проживающей за рубежом, формируется полное представление об Азербайджане. Это –моя первая поездка в Шушу. Переживаю прекрасные чувства и не могу выразить свои впечатления словами. Думаю, что молодежь, проживающая в различных странах мира, так же, как и я, переживает прекрасные чувства. В рамках мероприятия я тоже встретился с молодыми людьми, наша встреча была очень интересной. Среди них немало людей, интересующихся живописью, искусством. Были даны ответы на вопросы о современном искусстве Азербайджана, его истории, получилась замечательная дискуссия с молодежью. Поведение молодых людей, а также заданные ими вопросы свидетельствовали о том, что процесс отбора их в лагерь был прекрасно организован. Хочу особо подчеркнуть, что значительная часть молодежи в совершенстве владела родным языком. Это отрадно».
Отметим, что III Летний лагерь диаспорской молодежи, организованный Государственным комитетом по работе с диаспорой совместно с Фондом Гейдара Алиева, проводится со 2 по 8 августа 2022 года. Партнерами лагеря являются Министерство молодежи и спорта Азербайджанской Республики, Фонд молодежи, Государственное агентство по туризму и Управление государственного заповедника города Шуша.
В этом грандиозном проекте принимают участие 115 человек, представляющих 50 стран. Сюда входят как азербайджанцы, проживающие в различных странах мира, так и представители народов, питающих дружественное отношение к Азербайджану. Реализация проекта после блестящей победы нашего народа в Карабахе и V Съезда азербайджанцев мира (съезда Победы) представляет особое значение.
На V Съезде азербайджанцев мира, состоявшемся 22-23 апреля 2022 года в Шуше, Президент Азербайджана, Победоносный Верховный главнокомандующий Ильхам Алиев призвал азербайджанцев, проживающих за рубежом, никогда не прерывать связей с исторической Родиной, периодически приезжать в Азербайджан, не забывать родного языка, изучать историю и культуру Азербайджана, вместе с диаспорами дружественных народов пропагандировать азербайджанские реалии. B этом контексте, летние лагеря диаспорской молодежи можно расценить и как реализацию рекомендаций Президента Азербайджана.
Напомним, что I Летний лагерь диаспорской молодежи был проведен под лозунгом “100-летие Республики” в Шеки, а II Летний лагерь “Насими-650” - в 2019 году в Шамахе.
#Shusha
#BizŞUŞAdayıq

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA