Kilosu 4 manata olan kolbasalar... - AQTA buna niyə göz yumur?

Tarix:9-08-2022, 03:09 Baxış Sayı:84 Kateqoriya:gundem / cemiyyet

Kilosu 4 manata olan kolbasalar... - AQTA buna niyə göz yumur?

“Yay aylarında kimyəvi reaksiyalar güclənir, çünki isti hava katalizator rolunu oynayır. Hər bir qida məhsulu da müəyyən kimyəvi tərkibə malikdir. İstehlak edilən qidada az da olsa problem olarsa, insan orqanizmində fəsadlara yol açır”. DİA.AZ xəbər verir ki, bunu Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov deyib.

O bildirib ki, bostan məhsullarında problem uzun illərdir yaşanır:

“Uzun llərdir ki, AİB qarpız və yemişin tərkibindəki nitratların miqdarını ölçən cihazlarla yoxlayırdı. Bu il hələ ki, yoxlama aparmamışıq. Qarpız və yemiş nitratlarla zəngindir. Bu da insanlar arasında zəhərlənməyə səbəb olur, eyni zamanda bu məhsulları çox yediyimiz zaman da zəhərlənmə daha da sürətlənir”.

E.Hüseynov qeyd edib ki, qida təhlükəsizliyinin təmin olunması ölkəmizdə ciddi problemdir. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) vəziyyətə tam nəzarət edə bilmədiyini söyləyib.

“Baxmayaraq ki, bu qurum tarladan və fermadan istehlakçının masasına qədər olan prosesi izləməlidir. Amma təəssüf ki, bunu edə bilmirlər. AQTA-da İctimai Şuranın üzvü olaraq dəfələrlə sədr müavini səviyyəsində məsələ qaldırmışam ki, KİV-lərdə gedən təhlükəli qidalarla bağlı məsələlər təqib edilsin. Bildirilib ki, bütün bunlar təqib olunur. Amma monitorinqlərimiz göstərdi ki, əslində heç bir iş aparılmır. Hazırda televiziya kanallarında 1 kiloqramı 4 manata olan sosis və kolbasaların reklamı gedir. Qida mütəxəssisləri belə onun tərkibində nəyin olduğunu bilmirlər. Bəs bütün bu halları AQTA niyə araşdırmır? Mediada təhlükəli məhsullarla bağlı xeyli yazı gedir, ancaq AQTA buna göz yumur. Belə bir vəziyyət olduğu halda, təhlükəli qida ilə bağlı vətəndaş hansısa dövlət qurumuna müraciət etsə belə onların heç birinin səlahiyyəti yoxdur ki, bunun qarşısını alsın. Uzun prosedur var, cəld mexanizm yoxdur. Təhlükəli qidaların çox olduğu bir dövrdə ictimai təşkilat olaraq bu vəziyyət bizi narahat edir. Çünki insanlar zəhərlənmənin qurbanı olurlar” – deyə AİB sədri narahatlığını dilə gətirib.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA