Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...

Tarix:18-08-2022, 05:56 Baxış Sayı:136 Kateqoriya:gundem / cemiyyet

Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə telefon söhbəti zamanı bir daha Minsk qrupu çərçivəsində “münaqişənin” nizamlanmasından bəhs edib. Mirzoyan mart ayından başlayaraq keçirdiyi bütün görüşlərdə “həmsədrlər danışıqlarda iştirak etməlidir” tipli bəyanatlar verir. Hazırda əsas müzakirə mövzuları Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və Zəngəzur dəhlizidir.

Erməni tərəfinin ikitərəfli dialoqun müzakirə predmeti olmayan “Qarabağ və Minsk qrupu” mövzularını aktuallaşdırmağa cəhd göstərməsi birmənalı olaraq yenidən Bakı və İrəvan arasında gərginliyi artırır. Ekspertlərin fikrincə, İrəvan Qarabağ və kommunikasiya, delimitasiya məsələlərini bir-birindən ayırmaq istəsə də, Xankəndi məsələsində nəzərdə tutduğu “qarantiyanı” almaq istəyir. Dia.az-ın məlumatına görə, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Şərq"ə deyib ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına mane olan amillər olduqca çoxdur. Analitikin sözlərinə görə, münaqişələrin inkişaf və ya əksinə, sülhə nail olma istiqamətləri böyük dövlətlərdən asılıdır:

“Kosovada baş verənlər dərindən araşdırılmalıdır. Kosovanın Qarabağla beynəlxalq hüquq və tarix baxımından heç bir əlaqəsi olmasa da, oradakı bəzi proseslər diqqətdən qaçmamalıdır. Kosovanın şimalında yaşayan serblərin Serbiyaya maneəsiz öz avtomobil nişanları ilə hərəkət etmələri, faktiki olaraq hökumətə tabe olmamaları münaqişənin istənilən zaman alovlana biləcəyindən xəbər verir. Yəni bu cür postmüharibə dövrü inteqrasiya proseslərinin qeyri-effektivliyini göstərmiş olur. Son hadisələr bir daha bizi əmin edir ki, dövlətlərin sərhədləri daxilində heç bir azlığın muxtar bələdiyyə və polis institutları olmamalıdır. Etnik qruplara hər hansı kiçik hüquqların verilməsi onların ambisiyalarının genişlənməsinə və hüquqi çərçivədə tələblərinin daha da genişlənməsinə səbəb olur. Uzağa getməyə də ehtiyac yoxdur. SSR dövründə Qarabağ ermənilərinin Bakı qarşısında əllərində olan “səlahiyyətlər”dən “ermənicə” istifadə etmələri hər kəsə məlumdur”.
Z.Məmmədova görə, indi tarixi məqamdır: “Bir zamanlar Qarabağda, Bakıda, Gəncədə, Sumqayıtda və s. bölgələrdə “at oynatmağa” cəhd edən ermənilər işğal faktorundan sonra tamamilə fərqli vəziyyətə düşdülər. Ermənilərin torpağımızda qaldıqları halda azərbaycanlılara “gəlmə xalq” kimi baxmalarına imkan vermək olmaz. Yaxşı dərk etməliyik ki, haylar hər zaman onun-bunun tulası rolunda iştirak ediblər və bundan sonra da alət olmaqda davam edəcəklər. İlkin mərhələdə məhz Qərbi Zəngəzura qayıdış olduqca vacibdir. Bu gün Qarabağda ermənilərin “hüquqlarından” danışanlar qarşısında 1921-ci ilin qərarları ilə bolşeviklər tərəfindən Ermənistana verilən Qərbi Zəngəzura yerli əhali, çoxluq təşkil edən azərbaycanlıların qayıdışı məsələsi qabardılmalıdır. Qarabağ heç vaxt Ermənistanın tərkibində olmayıb. Lakin Qərbi Zəngəzur 1921-ci ilə qədər Azərbaycanın daima tərkib hissəsi olub. Azərbaycan şəhəri Gorusda konsulluq açmaq istəyən bəzi dövlətlər, o cümlədən BMT-nin TŞ Qafqazın hər bir nöqtəsində tarixi ədalətin bərpa ediləcəyindən əmin olsunlar”.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA