İranın Cənubi Qafqaz PLANI... - Ekspert danışır

Tarix:28-07-2022, 18:08 Baxış Sayı:90 Kateqoriya:gundem / cemiyyet

İranın Cənubi Qafqaz PLANI... - Ekspert danışır

“İranın Qafanda konsulluq açmaq istəyi bu il reallaşa bilər. Şəhərin meri Gevorq Parsyan bu istiqamətdə işlərin getdiyini açıqlayıb”. DİA.AZ xəbər verir ki, bu barədə “Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, Qafanda, ümumiyyətlə, Qərbi Zəngəzurda İran vətəndaşlarının yaşamamasına rəğmən, Tehranın konsulluq planının iki mümkün hədəfi var: “Birincisi, iqtisadi məsələlərdir. Konsulluq planı Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində məlum hadisələrdən sonra gündəmə gəldi. İran Qafanda açmaq istədiyi konsulluq üzərindən gələcəkdə yarana biləcək “problemlərə” yerində müdaxilə etmək niyyətindədir. İkincisi və ən əsası Zəngəzurda mövcudluq məsələsidir. 44 günlük müharibədən sonrakı reallıqlar, xüsusilə dəhliz məsələsi Zəngəzurun qərbini geosiyasi mübarizə coğrafiyalarından birinə çevirib. Burada təkcə Bakı-Ankara ikilisinin yox, ABŞ və Rusiyanın da öz maraqları var. Vaşinqton bölgəyə Ermənistandakı səfirliyi vasitəsilə təsir etməyə çalışır, qrant layihələri, “erməni abidələrinin” qorunması və digər bu kimi “yumşaq güc” siyasətini tətbiq edir. Moskva dəhlizdə “təhlükəsizliyə nəzarət” və Gümrüdəki hərbi kontingentin bir hissəsinin köçürülməsi ilə bölgədəki rıçaqlarını möhkəmləndirir. Bakı-Ankara ikilisi Zəngəzur dəhlizinin açılması, eləcə də bölgəyə kapital yatırmaq perspektivi üzərindən hərəkət edir. Tehran prosesdən geri qalmaq istəmir, konsulluq da Qərbi Zəngəzurda mövcudluq planının bir hissəsidir. Belə görünür ki, İran bu bölgədə hansısa formada iştirakçı olmadan əl çəkməyəcək. Çünki Zəngəzur təkcə Cənubi Qafqaz yox, həm də Avrasiyadakı geosiyasi planlarda yer alır. Hələ ötən ilin aprelində Zəngəzurun regionda yeni gərginlik ocağı olacağı perspektivindən yazmışdıq”.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA