"Necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm"

Tarix:7-08-2022, 01:21 Baxış Sayı:87 Kateqoriya:gundem / cemiyyet

"Necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm"

“Müğənni, şair, bəstəkar vəhdətindən ortaya çox gözəl əsərlər çıxır. Şair və bəstəkar mahnını yaradır, ona müğənni həyat verir. Musiqidə, mahnıda bir həyat canlanır. Vəhdət olmayanda alınmır. Bəzi mahnılar var ki, mənim ifam üçün deyildi, amma deyirlər ki, onlar da mənim ifamda sevildi. Halbuki mən o mahnılarda özümü görmürdüm”. Millirs.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib. O, daha sonra əlavə edib.

“Mən hər zaman iç dünyam üçün bir mahnı istəyirdim. Bilmirəm onu kim yazacaqdı, onu harda tapacaqdım. Təbii ki, mən bəzi şairlərə müraciət edirdim, amma o deyildi. “Yalan dünya” yaranandan sonra hamı dedi ki, bu mənim üçün yazılıb. Mən də ömür boyu taleyimdən şikayətlənmişəm. O mahnıya qulaq asanda hönkür-hönkür ağladım. Halbuki oxuyanda xoşuma gəlmirdi, deyirdim ki, yenidən oxuyacam. “Yalan dünya” mahnısını oxuyandan sonra fikirləşdim ki, şəxsimə aid mahnılar oxusam o daha maraqlı olar” deyə sənətkar bildirib.

Nisə Qasımova bu sənətdə çəkdiyi əziyyətlərdən, çətinliklərdən də danışıb.

“Köhnə kadrlara baxıram, bütün o illər yada düşür. Hərəsinin bir tarixi var. Mən o konsertlərə necə gəlmişəm, o konsertdən öncə tele komitənin sədrinə necə zənglər olurdu, necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm. Çox şeylər yaşandı. Olanlarla mətinləşdim, dəmir kimi oldum. Mən əvvəlki Nisə olmadım. Düşündüm ki, əvvəlki Nisə olmaq olmaz. O vaxtlar çəkdiyim əziyyətlərin içərisində nə əməkdar artist, nə xalq artisti iddiasında olmamışam. Allahım buna şahiddir ki, aldığım bu fəxri adlardan xəbərim də yox idi” deyə sənətkar bildirib.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA