Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...

Tarix:14-09-2022, 05:52 Baxış Sayı:54 Kateqoriya:gundem / cemiyyet

Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...

Azərbaycanda inkişafa, xüsusilə investisiya sahəsində axsamalara səbəb olan ən ciddi amillərdən biri də məhkəmə sisteminin korrupsiya və rüşvətxorluq girdabında olmasıdır. Ölkənin gələcəyini düşünən şəxslər deyirlər ki, qalib Azərbaycanın nüfuzunun daha da artması, xarici şirkətlərin, investorların Azərbaycana - Qarabağda inkişaf prosesinə cəlb olunmaları üçün məhkəmə-hüquq sahəsində ciddi islahatlar həyata keçirilməlidir. Çünki məhkəmə azadlığı, ədalətliliyi olmayan ölkələrə investorlar maraq göstərmir.

Prezident İlham Əliyev məhkəmə sistemində islahatların aparılması ilə bağlı son illərdə bir sıra sərəncam və göstərişlər verib. Ancaq məhkəmə hakimiyyətinin fəaliyyətində ciddi dönüş hiss olunmur.

Lakin son hadisələr müəyyən ümidlər yaradır. Məhkəmə sistemində gözlənilən islahatlardan daha tez həbslərə başlanıldı. Bu istiqamətdə ilk addım Sumqayıtdan gəldi - Sumqayıt Məhkəməsinin hakimi İlyas Mahmudov rüşvətxorluqla və digər qanunsuz əməllərlə məşğul olduğu üçün qandallanıb.

Hər kəs bilir ki, Azərbaycanda hakimlərin mütləq əksəriyyəti şəffaf, obyektiv, ədalət prinsipləri ilə fəaliyyət göstərmir, rüşvət, korrupsiya ittihamları səslənir. Kiçik istisnalar əlbəttə var. Ancaq bütövlükdə məhkəmə-hüquq sistemi böyük islah prosesinə möhtacdır. Dövlət adından hökm verənlərin bir çoxu məsuliyyətə cəlb olunmalıdır.

Qəbul olunmuş normadır ki, məhkəmə sistemində şəffaflıq yoxdursa, iqtisadi, sosial, siyasi sahələrdə həyata keçirilən islahatların da ciddi effekti olmur.

Həbslərə start verilməsinin anlamı nədir - bu, yalnız təkdəfəlik faktdır, yoxsa bunun ardınca, nəhayət, məhkəmə sistemində böyük islahatlar başlayacaq? Dövlət məhkəmə-hüquq sistemində köklü islahatlara startı bu cür verir?

Məhkəmə sistemində nələr və necə islah olunmalıdır? Necə edək ki, Azərbaycanda yaxşı, güvənilən və qanunlara tam riayət edən məhkəmə olsun?

Hüquqşünaslar hansı addımların atılmasını təklif edir? Hakimlər və məhkəmə rəhbərləri ilə bağlı nə işlər görülməlidir? Həbslərin davamlı olacağı gözləniləndirmi? Dia.az-ın məlumatına görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda məhkəmə-hüquq islahatlarının gerçəkləşməməsi ümumilikdə ölkədə həyatın bütün sahələrinə olduqca mənfi təsir göstərir: “Qonşu Gürcüstanda məhkəmələrdə hakimlərin qanunları əsas götürməsini təmin etmək üçün ümumilikdə bütün məhkəmə sistemi buraxıldı. Yeni kadrlara yüksək maaş təyin olundu və qanunlarla işləmək tapşırıldı. Qanunsuzluq edən, rüşvət alan həbsə alındı, sərt şəkildə cəzalandırılmaqla uzunmüddətli azadlıqdan məhrum olundu. Çünki məhkəmə hakimlərinin fəaliyyəti ümumilikdə dövlətin, vətəndaşların həyatına birbaşa təsir edir. Hakimlərin rüşvətə və korrupsiyaya bulaşması dövlətin əsaslarını sarsıdır, dövlətə vətəndaşın inamını azaldır. Bu gün Azərbaycan məhkəmələrində vəziyyət olduqca dözülməzdir. 7 ildən artıqdır ki, məhkəmə-hüquq islahatları haqda eşidirik, faktiki olaraq bu sahədə dəyişən çox az şey var. Nəticə demək olar ki, yoxdur”.

Hüquqşünas hesab edir ki, məhkəmə islahatlarının qarşısını alan bu sistemdə olan kadrlardır: “Məhkəmə sisteminə rəhbərlik edən kadrlar bu sistemdə dəyişiklik edilməsində maraqlı deyillər. Belə olmasaydı, Prezidentin verdiyi məhkəmələrlə bağlı verdiyi sərəncamlar, fərmanlar vəziyyətin dəyişməsinə gətirib çıxarardı. Digər sahələrlə bağlı, məsələn, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı verilən tapşırıqlara uyğun fəaliyyət var. Məhkəmələrlə bağlı isə vəziyyət illərdir ki, dəyişmir. Çünki məhkəmə sistemində 10 il əvvəl də, 20 il əvvəl də eyni kadrlar idi və bu gün də onlar vəzifədədirlər. Onlar qanunlarla deyil, köhnə qaydalarla işləməyə üstünlük verirlər. Başqa cür, sadəcə, işləmək istəmirlər. Məhkəmə sistemində müsbətə doğru dəyişiklik bu sistemə rəhbərlik edənlərin yeni kadrlarla əvəzlənməsindən keçir. Köhnə kadrlar getməsə, hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq”. Dia.az-ın məlumatına görə, tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, ilk növbədə siyasi iradə ortaya qoyulmalıdır: “Söhbət Azərbaycan məhkəmələrinə təsirlərdən gedir. Məhkəmələrə sifariş verilməsi halları aradan qaldırılmalıdır. Qanunsuz məhkəmə qərarlarına yol açan sifarişli məhkəmə qərarlarıdır. Sifarişlə hökm çıxaran hakimdə əminlik yaranır ki, rüşvət və korrupsiyaya bulaşsa belə, sifariş yerinə yetirdiyi üçün ona toxunmayacaqlar. ”Məhkəmələr və hakimlər haqqında" və “Məhkəmə Hüquq Şurası haqqında” qanunlar vətəndaşın hakimin korrupsiya əməlləri ilə bağlı birbaşa hüquq-mühafizə orqanına müraciət etməsini məhdudlaşdırır. Belə hallar varsa, bunu məhkəmələr, məhkəmə sədrləri, Məhkəmə Hüquq Şurası edə bilər. Bu məhdudiyyət götürülməlidir ki, vətəndaşlar birbaşa olaraq hakimlərin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə, təqib məsələsini qaldıra bilsinlər. Sumqayıt Məhkəməsinin həbs olunan hakimi ilə bağlı xəbərlərdən də görünür ki, onunla bağlı sənədləri prokurorluq orqanına Məhkəmə Hüquq Şurası təqdim edib. Bundan sonra araşdırma gedib. Formal olaraq Azərbaycan Konstitusiyasında vətəndaşların birbaşa müraciət etmək hüquqları təsbit olunub. Faktiki olaraq isə bu mümkün deyil. Bu cür qanunsuzluqlar aradan qaldırılmalıdır ki, vətəndaşlar birbaşa olaraq məhkəmə hakimlərinin fəaliyyəti ilə bağlı prokurorluq orqanına müraciət edə bilsinlər.

Bu gün məhkəmə sədrlərinin hakimlərə çox böyük təsir imkanları var. Bu məsələ nəhayət ki, köklü şəkildə həll edilməlidir. İşlərin real olaraq elektron qaydada bölünməsi mexanizmi işlək duruma gətirilməlidir".

Cavad Cavadov məhkəmə hakimlərinin əmək haqlarının növbəti dəfə qaldırılmasının müsbət addım olduğunu vurğulayıb: ““Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik nəzərdə tutulur. Qanuna dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3 min 550 (hazırda 2 min 475 manatdır) manat maaş verilməsi təklif edilir. Nəticədə Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 min 100 manat ödəniş veriləcək. Hazırda bu məbləğ 5 min manata yaxındır. Məhkəmə Hüquq Şurasının (MHŞ) məlumatına görə, 2005-ci ildən 2022-ci ilə qədər korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında da dövlət orqanlarında əmək haqlarının mərhələlərlə artırılması nəzərdə tutulub. Məhkəmə hakimlərinin maaşı ən yüksək səviyyədə olmalıdır. Məhkəmə aparatı işçilərinin də əmək haqqı qaldırılmalıdır. Bütün bunlarla yanaşı siyasi iradə olmasa, məhkəmələrin doğru-dürüst işləməsi mümkün olmayacaq".

Cavad Cavadlı bildirib ki, rüşvət və korrupsiyaya bulaşmış hakimlərin vəzifədə qalması ümumilikdə məhkəmə sisteminin işinə mane olur: “Bir dəfə rüşvət alan hakim ikinci, üçüncü, 53-cü dəfə də rüşvət almağa maraqlı, həvəsli olacaq. Sumqayıt Məhkəməsi hakiminin etdiyini bu gün də təkrarlayan hakimlər var. Bu məsələlər siyasi iradə ortaya qoyulmaqla, məhkəmələrə sifarişlər vermələri aradan qaldırmaqla həllini tapa bilər”. Dia.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev “Yeni Müsavat”a deyib ki, hakimlərin normal maaşla təmin olunması çox vacib elementlərdəndir. Bununla yanaşı, Azərbaycanda hakimlərin maaşlarını artırmaqla məhkəmə sistemində olan problemlərin ortadan qalxacağını düşünmək ağlabatan deyil: “Azərbaycanda məhkəmə sahəsində olan problemlər ümumi siyasi sistemdən qaynaqlanan problemlərdir. Məhkəmələr, demək olar ki, icra hakimiyyətinin təsiri altındadır. Ona görə də fikirləşmirəm ki, maaşların artırılması ilə məhkəmə sistemində olan problemlər aradan qalxacaq”.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA