Güneyli soydaşlarımız fəlakətlə üz-üzə: - “Əhali dağılacaq, ərazi kürdləşdiriləcək”

Tarix:23-07-2022, 18:05 Baxış Sayı:65 Kateqoriya:gundem / musahibe

Güneyli soydaşlarımız fəlakətlə üz-üzə: - “Əhali dağılacaq, ərazi kürdləşdiriləcək”

Urmu gölünün qurumasına qarşı tədbir görülməməsi Günay Azərbaycan türklərinin etiraza qalxmasına səbəb olub. Soydaşlarımız hesab edirlər ki, İran hökuməti məqsədli şəkildə gölün qurumasının qarşısını almaq üçün addımlar atmır, əksinə, Urmunun qurumasında Tehran maraqlıdır. İddialara görə, İran hakimiyyəti bu vəsilə ilə Urmiyadakı azərbaycanlıların şəraitsizliyə dözməyərək köçünün baş verməsini istəyir. Bu səbəbdəndir bir neçə gündür Urmiyada güneylilər etiraz aksiyası keçirirlər. Aksiya zamanı azərbaycanlı fəallardan onlarla həbs olunan var. DİA.AZ xəbər verir ki, baş verənlərlə bağlı AYNA-nın suallarını Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli cavablandırıb:

- Güney Azərbaycanda nə baş verir?

- Güney Azərbaycanda bütün İranda olduğu kimi sosial narazılıq güclənib. İrana tətbiq olunan beynəlxalq sanksiyalar öz işini görüb - iqtisadiyyat çöküb, inflyasiya güclənib. Demək olar ki, hər gün İranın iri şəhərlərində ali məktəb müəllimləri, həkimlər, təhsil işçiləri, sürücülər tətil, aksiya keçirir, hökumətdən əmək haqqının artırılmasını, aztəminatlı ailələrə sosial müavinətlərin verilməsini tələb edirlər. Ölkədə hökm sürən quraqlıq kənd təsərrüfatına zərbə vurub, fermerlər ciddi şəkildə narazıdırlar. Ölkədə taxıl qıtlığı var, bir sıra şəhərlərdə çörək talonla satılır. İnsanlar yeməyə çörək tapmır, amma hökumət neft satışından əldə etdiyi milyonları İraqda, Suriyada, Livanda bəslədiyi terror təşkilatlarına ötürür. Dəfələrlə iranlılar sosial şəbəkələrdə yazıblar ki, “biz çörək tapmırıq, amma hökumət taxılı TIR-larla İraqa göndərir”.

Əhalinin sosial problemlərini həll edə bilməyən hökumət diqqəti yayındırmaq üçün hicabsızlıqla mübarizə kampaniyası başladıb. Son həftələrdə hicabdan imtina hallarına görə onlarla qadın həbs edilib. Bu cür lüzumsuz qadağalar onsuz da sosial problemlərdən usanan əhalinin canını boğaza yığıb. İyulun 16-da milli qüvvələrin çağırışı ilə Güney Azərbaycanda Urmu gölünə dəstək aksiyası keçirildi. Aksiyalar Urmu, Təbriz, Ərdəbil, Sulduz, Qoşaçay şəhərlərində təşkil edilib. Hökumətin Urmu gölü ilə bağlı siyasətinə etiraz edən narazılar küçələrə çıxıb, milli məzmunlu şüarlar səsləndiriblər. Urmuda keçirilən aksiyalarda “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir”, “Qalx ayağa, Azərbaycan”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa, uduzdu” şüarları səslənib. Təhlükəsizlik qüvvələri aksiyaları zorakılıqla dağıtmağa çalışıb. Onlarla milli fəal həbs edilib.

Qeyd edim ki, 1967-ci ildə UNESCO tərəfindən qoruq elan olunan, həmçinin qorunan təbii ərazilər sırasına daxil edilən Urmu gölü tamam qurumaq təhlükəsi ilə üzləşib. Təkzibolunmaz əsaslar var ki, göl təbii hadisələr fonunda qurumur, əksinə, inzibati-fiziki müdaxilələrlə qurudulur. Belə ki, gölü su ilə təmin edən bir çox çayda qurulan bəndlər gölün suyunun kritik həddə azalmasına səbəb olub. 2003-cü ildən başlayan süni su azaldılması prosesi Urmiya gölünü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üz-üzə qoydu.

Urmu gölünün ərazisi 5960 kvadrat kilometrdir. Əvvəllər göldə 32 milyon kubmetr su var idisə, indi həmin rəqəm 3 milyon kubmetirə enib. Bundan əlavə, hər iki vilayətin mərkəz şəhərləri Urmu və Təbriz arasında asan əlaqə yaratmaq üçün 2007-ci ildə inşa edilən 14 kilometr uzunluğunda körpü gölü ikiyə ayırır və gölün hər iki tərəfindəki suyun sirkulyasiyasının qarşısını alır. Mütəxəssislər gölün qurumasında bu körpünün əsas amillərdən biri olduğunu bildirirlər. Urmiya gölünün quruması məhz bundan sonra sürətlənib.

- Urmu gölünün quruması yeni məsələ deyil axı. Niyə məhz indi güneylilər ayağa qalxdılar?

- Urmu gölünün quruması ilə bağlı həyəcan təbili 20 ildir çalınır. Dəfələrlə milli təşkilatlar, ziyalılar, İranın İslami Şura Məclisində təmsil olunan azərbaycanlı millət vəkilləri problemlə bağlı məsələ qaldırıb, çıxışlar ediblər. Urmu gölünün qurudulmasına etirazlar heç zaman səngiməyib. Güney Azərbaycanda gedən prosesləri izləyənlər bilirlər ki, vaxtaşırı Urmiya, Qoşaçay, Soyuqbulaq, Təbriz, Ərdəbil, Marağa, Həmədan və digər şəhərlərdə milli məzmunlu şüar və çağırışlar yazılan vərəqələr paylanır, banerlər asılır, plakatlar qaldırılır. Sosial şəbəkələrdə Urmuya dəstək kampaniyaları keçirilir.

Məsələnin yenidən gündəmə gəlməsinin bir neçə səbəbi var. Əvvəla, Urmu gölünün durumu son aylarda çox pisləşib. Bir neçə gün bundan öncə Qərbi Azərbaycan Böhran İdarəetmə Mərkəzinin başçısı Əmirabbas Cəfəri gölün 95 faizinin artıq quruduğunu deyib. Göldən duz fırtınaları başlanır, külək zərərli maddələri ətraf bölgələrə səpələyir. Bölgədə ağciyər xəstəlikləri artıb. İkincisi, ötən il Prezident seçilmiş İbrahim Rəis Urmu gölünün bərpası ilə bağlı verdiyi vədləri yerinə yetirmədi. Əksinə son günlər məlum olub ki, hökumətin gölün bərpasına ayırdığı pulların bir qismi seçki kampaniyasına xərclənib. Üçüncüsü, bölgədə marağı olan kürd separatçı və terrorçu təşkilatları bu məsələdə açıq şəkildə İran hökumətinin tərəfindədir və onların mövqeyi Güneydə qıcıq doğurur. Bir müddət öncə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin kürd millət vəkili Calal Mahmudzadə bölgədə olan su anbarlarından Urmu gölünə su ötürülməsinə etiraz etmişdi.

Bu günlərdə Qərbi Azərbaycanın Xana (Piranşəhr) şəhərindən İran parlamentinə təyin olunan kürd dilli millət vəkili Kamal Hüseynpur Urmu gölünün bərpası layihəsi çərçivəsində Zab çayından su çəkilişinə qarşı çıxıb. Məsələ burasındadır ki, Kamal Hüseynpurun iddia etdiyi mənbədən bu günə kimi Urmu gölünə bir damla belə, su ötürülməyib və layihə yarımçıq qalıb.

- İran Urmu gölünün qurumasının qarşısını niyə almır? Belə fikirlər var ki, Tehran məqsədli şəkildə Urmunun qurumasına göz yumur ki, oradakı türklər ərazini tərk etsinlər. Sonra isə İran tərəfindən oraya kürd terrorçuları yerləşdirilsin. Bu, nə qədər həqiqətə uyğundur?

- Urmu gölünün quruması nəticəsində baş verən ekoloji fəlakət bölgənin türk əhalisinin köçünün sürətlənməsinə səbəb olacaq. Bu üzdən hazırkı durum həm Tehran hökumətinin, həm də Qərbi Azərbaycan torpaqlarına iddia edən və burada yerləşmək istəyən kürdlərin işinə yarayır. İran hakimiyyəti Güney Azərbaycanla Türkiyə arasında kürdlərdən ibarət tampon bölgə yaratmaq istəyir. Məqsəd geniş türk zolağının yaranmasına mane olmaqdır. Yeri gəlmişkən, başda Əli Xameneyi olmaqla, İran hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına da bu üzdən mane olmağa çalışır. Bir zamanlar Rusiya Arazdan şimaldakı türk torpaqlarında qondarma erməni dövləti yaratmaqla Azərbaycanla Türkiyənin quru əlaqəsini necə kəsmişdisə, Tehran rejimi də indi həmin siyasəti aparır.

Urmu gölü tam qurusa, bölgə yaşayış imkanları minimuma düşən cəhənnəmə çevriləcək. Bölgədə quraqlıq yaranacaq, flora və fauna məhv olacaq. Topraqlarda səhralaşma gedəcək. Dolanışığı çətinləşən yerli əhali, üstəlik qorxulu xəstəliklər təlaşı ilə bölgəni tərk edib İranın inkişaf etmiş fars bölgələrinə üz tutacaq. Bölgə terror qruplarının məskəninə çevriləcək. İranın istəyi bölgəni türksüzləşdirmək və bölgədən köçən əhalini tədricən farsların içərisində əritməkdir.

- Rəsmi səviyyədə Tehrana etiraz edilməməsi, bəlkə də, dövlətlərarası məsələlər baxımından anlaşılandır. Amma ictimai-siyasi təşkilatların, partiyaların susqunluğunu görürük. Hansısa bir aksiyanı, bəyanatı partiyalardan görmədik. Eləcə də media məsələyə biganə yanaşır. Bunun səbəbləri nədir?

- Əslində, bu məsələ artıq bir ölkənin məsələsi deyil. 1960-cı illərdə Özbəkistanla Qazaxıstan arasında yerləşən Aral gölü pambıqçılığa qurban verildi. Gölün təbii su qaynağı olan Amudərya və Sırdərya çaylarının yönü dəyişdirildi, nəticədə gölün 90 faizi qurudu. Gölün yerində duz fırtınaları başlandı. 75 milyon ton duz külək vasitəsilə ərtafa yayıldı. Bu ekoloji fəlakət təkcə Özbəkistana və Qazaxıstana ziyan vurmadı. Qonşu ölkələrin əksəriyyəti zərər gördü. Eyni hal Urmu gölü ilə bağlı yaranacaq. Türkiyə, Azərbaycan, Ermənistan, İraq, Suriya duz fırtınalarından, atmosferin çirklənməsindən əziyyət çəkəcək. Ona görə də bölgə dövlətləri İrana təzyiq etməlidir. Gölü qoruyub saxlamaq mümkündür.

Sualın ikinci hissəsinə gəlincə, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu dəfələrlə bu mövzuda danışıb. Anar Əsədlinin rəhbərlik etdiyi Azərbaycan Yüksəliş Partiyası Urmu gölünün qurudulması və buna etiraz edən soydaşlarımızın İran rejimi tərəfindən təqib olunması ilə bağlı bəyanat qəbul edib. Yeri gəlmişkən, bu partiya Güney Azərbaycan məsələsinə həssaslıqla yanaşır. Azərbaycanda bir sıra media qurumları Güney Azərbaycanı müntəzəm diqqətdə saxlayır.

“İran səfirliyi qarşısında etiraz piketləri niyə təşkil olunmur” iradı ilə razıyam. 90-larda, 2000-lərdə ictimai-siyasi təşkilatlar bu məsələdə daha aktiv idi. Hesab edirəm ki, hüquq-müdafiə təşkilatları da Güneydə ana dili və milli kimlik uğrunda mübarizə aparan, bu yolda təqib olunan, həbs edilən, işgəncəyə məruz qalan soydaşlarımıza yetərincə diqqət ayırmır.

Yadınızdadırsa, müharibə zamanı güneylilər Araz çayının kənarına toplaşıb ordumuza mənəvi dəstək nümayiş etdirirdilər. Sosial şəbəkələrin Azərbaycan seqmentində müşahidələrimə əsasən deyə bilərəm ki, xüsusilə, 44 günlük savaşda Azərbaycanın qələbəsindən sonra bu tayda da Güneyə diqqət artıb. İran elə Qarabağın işğalda qalmasını bu üzdən istəyirdi, çalışırdı ki, Azərbaycan qəddini dikəldə bilməsin. İran rəhbərləri yaxşı bilirdi ki, Qarabağ azad olunandan sonra parçalanmış xalq tarixi ədalətsizliyin aradan qaldırılmasını istəyəcək, diqqət Güneyə yönələcək.

İran son 30 ildə təkcə Qarabağda talanla məşğul olmamış, Bakıda da “lazımi işlər” görmüşdü. İran Mədəniyyət Mərkəzi, qurumun rəhbəri Ocaqnejad ictimai-siyasi təşkilatlarla sıx işləmiş, müəyyən adamları ələ almışdı. Bu gün siyasi partiyalar, media qurumları Güney Azərbaycana laqeyddirsə, dolayısı ilə İranı dəstəkləyirsə, bu, Ocqnejadın fəaliyyətinin nəticəsidir. Artıq Ocaqnejad qovulduğu üçün ümid etmək olar ki, ictimai təşkilatlar və media Güneyə diqqəti artıracaq.

SON XƏBƏRLƏR
27 sentyabr tarixi müəqddəs gündür!
Azərbaycan öz gücü hesabına öz məsələlərini sərbəst həll edir və beynəlxalq hüququn, tarixi ədalətin bərpasına yönəli siyasətini uğurla davam etdirir
50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq - Diqqət!
Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? - Ekspertlər acı həqiqətlər haqda...
Diplomatlarımız müasir çağırışlara cavab verirmi? - Dünya siyasətində YENİ DÖNƏM
KTMT monitorinq qrupunun rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşüb
Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”
Prezident BP-nin regional prezidenti Counz Robert Qərini “Dostluq” ordeni ilə təltif edib
Sülh prosesini pozan İran: “Ermənistana PUA satsa...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov
“Kontakt Home”un ABSURD MÜHARİBƏ BƏHANƏSİ...
KTMT Azərbaycan-Ermənistan sərhədində
“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər”
Xankəndiyə gedən yol bağlanmalıdır
Tanzaniyada bir kəndə QARABAĞ adı verildi
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar!
Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bu il hansı banklar bağlana bilər? - GƏLİŞMƏ
Qonşu ana və qızın yaşadığı EVƏ BASQIN ETDİ - TƏFƏRRÜAT
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
Hakimlərin maaşı dəfələrlə qaldırılsa da, nəticə bugünkündən fərqli olmayacaq - Köhnə kadrlar getməsə...
Vətən müharibəsi həqiqətlərinə həsr olunmuş kitab postsovet məkanında böyük rəğbətlə qarşılanıb - AÇIQLAMA
Regional Tədris İdarəsindən yayılan rüşvət qalmaqalı....TƏCİLİ XƏBƏR
4 azərbaycanlını öldürən ukraynalı əsgər HAKİM QARŞISINDA