İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.

Tarix:4-07-2022, 01:33 Baxış Sayı:126 Kateqoriya:gundem / cemiyyet

İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma, abadlıq-tikinti işləri geniş vüsət alıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin ərazilərə səfərləri yeni müəssisələrin təməlqoyma, bəzilərinin isə açılış mərasimləri ilə yadda qalır. Dövlət başçımızın bu günlərdə reallaşan Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da bunun şahidi olduq.
2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və bərpası idi. Çünki 30 il ərzində Ermənistanın işğalı altında qalmış regionda bütün sosial, iqtisadi və ictimai infrastruktur tamamilə məhv edilmişdi. Həmin ərazidə bir vaxtlar mövcud olan sənaye obyektləri darmadağın edilmiş, nəqliyyat-kommunikasiya xətləri yararsız vəziyyətə salınmışdır. Bu illər ərzində erməni istilaçıları tərəfindən Azərbaycanın əzəli torpaqlarında qədim tarixi abidələri ilə məşhur olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocalı tamamilə yerlə-yeksan edilmiş, digər şəhərlər və qəsəbələr viran qoyulmuşdur. Bununla yanaşı, həmin ərazilərdə altmış min hektara yaxın meşə ərazisi məhv edilmiş və Azərbaycana qarşı ekoloji terror həyata keçirilmişdir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi, ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. 2021-ci ildə qısa müddət ərzində Qarabağda yeni infrastruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi olduq. Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılmışdır.
Yeri gəlmişkən, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, möhtərəm Prezidentimizin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən bir fonddur. Azərbaycanda, ilk dəfə olaraq, “ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası tətbiq olunur. “Ağıllı kənd” layihəsi ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində artıq uğurla icra olunur. Qeyd etmək lazımdır ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası özündə Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafını ehtiva edir. Qarabağda yenidənqurma və bərpa işləri sırasında ən mühüm yeri ərazilərin elektrik enerjisi ilə təmin olunması, bərpa olunan və yeni enerji mənbələrinin yaradılması tutur. Bu sahədə artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində enerji təchizatı və enerji ixracı ilə bağlı təcrübəyə malikdir.
Müstəqillik illərinin ilk vaxtlarından başalayaraq, Azərbaycan yerləşdiyi coğrafi məkanda enerji resurslarının yaradılması, karbo¬hidrogen ehtiyatlarının ölkə xaricinə boru kəmərləri vasitəsilə nəql olunması işində bir çox beynəlxalq əhəmiyyətli layihələri uğurla icra etmişdir.

Ofelya Rəhimova,
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədr müavini

SON XƏBƏRLƏR
Daha bir «tender çempionu» tapıldı: - «Xəzər İnşaat KO» MMC hansı tenderləri udur?
“Siyahıda olmayan sənəd tələb edildi deyə, transfer hüququm məhdudlaşdı” - GİLEY
Coğrafiya İnstitutu Kəlbəcərdə baş vermiş təbiət hadisəsinə aydınlıq gətirib
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
Kilosu 4 manata olan kolbasalar... - AQTA buna niyə göz yumur?
Zabuxdakı ermənilərdən yeni hoqqa: `Kənd alternativ dəhlizə salınsın!..` - BU NƏDİ BELƏ?
Həbs edilən `Broker Əbülfəs"in həyat yoldaşı ERMƏNİDİRMİ? - İddia var, inkar yoxdur...
"Mehdinin nökərləri" İrana müxalifdirsə... - GƏLİŞMƏ
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır - Diqqət!
Anzovun qəhrəman oğulları
Şuşada Bülbülün ev muzeyinin həyətində Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən mədəniyyət və incəsənət xadimləri təəssüratlarını bölüşüblər.
"Ukraynadakı müharibədə 75 min Rusiya vətəndaşı ölüb və yaralanıb" - Konqresmen
Nazirin etiraz yaradan çıxışı: İstirahətsiz məktəb - BU NƏDİ BELƏ?
"Necə söz təxribatları olurdusa onu bir Allah bilir, bir də mən özüm"
"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var" - Etibar Məmmədov
Qarabağda Azərbaycandan başqa kimsənin bayrağı DALĞALANA BİLMƏZ - HEÇ RUSLARIN DA...
“Qarabağ ərazisində silahlı ermənilərin olması təxribat mənbəyidir” - Korotçenko
"Azərbaycan Ordusu təxribatın qarşısını alıb" - Prezident İlham Əliyev
"Arayış veriblər ki, guya camaatın bütün pulları ödənilib..." - Aldanmış əmanətçilər...
“ASCO Logistics” MMC-nin direktoru vəzifəsindən azad edilib - ƏMR
Laçın dəhlizində əməliyyat gedir? - MN rəsmisindən AÇIQLAMA
Azərbaycanda daha 512 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur
Goranboyda iki dəfə qaçırılan 17 yaşlı qızın valideynləri danışdı: - “Geri qayıtmaq istəmir”
Okeanın o tayından ifraz olunan təhlükəli QARABAĞ SSENARİSİ - Ağ Evin QARA FİKİRLƏRİ...
 Ermənistan itkin düşən hərbçimizi təhvil verdi - TƏFƏRRÜAT
“Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirəcək” - Başqa yolu YOXDUR!
İranın Cənubi Qafqaz PLANI... - Ekspert danışır
"Əksər partiyaların üzvləri işsizdir"
Ucarda yabanı halda bitmiş çətənə bitkiləri məhv edildi
Azərbaycanda yeni BOKT yaradılıb