IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir

Tarix:20-06-2022, 19:24 Baxış Sayı:124 Kateqoriya:gundem / cemiyyet

IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir

Dünyada qlobal çağırışların müzakirə olunduğu bir çox beynəlxalq platformalar mövcuddur. Qürurverici haldır ki, Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu da öz nüfuzuna görə beynəlxalq platformalarla eyni sırada dayanır. Bu, xüsusən Forum iştirakçılarının tərkibində özünü göstərir. Belə ki, hazırda davam etməkdə olan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin nümayəndələri, o cümlədən, bir çox dövlətlərin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak edirlər. Bütün bunlar Qlobal Bakı Forumuna böyük marağın olduğunu sübut edir. Sevindirici haldır ki, hər ötən il bu maraq daha da artır.
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı IX Qlobal Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini bölüşüb. Prezident İlham Əliyev qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Dövlətimizin başçısı, həmçinin regional əməkdaşlıq və təhlükəsizliklə bağlı aktuallıq kəsb edən məsələlərə diqqət ayıraraq, Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurduğunu da bildirib. Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizini açmamaq üçün süni maneələr yaratmaq cəhdlərinə xüsusi diqqət ayıran Prezident İlham Əliyev bununla da Ermənistanın bütövlükdə sülh prosesini sabotaj edən tərəf olduğunu faktlarla sübut edib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanda yaşayan ermənilərlə bağlı önəmli fikirlər səsləndirib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyinin təmin olunması fikrini dəstəklədiyini söyləyib. Çünki Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi də digər vətəndaşlar kimi bərabər hüquqlara malikdir. Amma Ermənistanın yenidən “status” məsələsini gündəmə gətirməsi, ərazi bütövlüyümüzü şübhə altına alması cəhdləri isə yolverilməzdir. Bu, əslində Ermənistanın özünə problem yaradacaq. Çünki Azərbaycan 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Ermənistana verilmiş Qərbi Zəngəzur məsələsini gündəmə gətirə bilər.
Prezident İlham Əliyev hələ də status xəyalları ilə yaşayanlara, Minsk qrupunu yenidən diriltməyə çalışanlara da aydın və məntiqli şəkildə yerini göstərdi. Belə ki, bu gün Ermənistanda hələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair absurd təkliflər səsləndirilir. Halbuki, bu qurum 28 il ərzində heç bir nəticə əldə etməyib. İkinci bir tərəfdən də, Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vurmaqla Qarabağ münaqişəsini özü birdəfəlik həll etdi. Bununla da ATƏT-in Minsk qrupu avtomatik olaraq lazımsız bir təsisata çevrildi. Həmçinin qrupun həmsədr ölkələri arasında münasibətlərin getdikcə gərginləşməsi də bunu deməyə əsas verir ki, bu qurum bundan sonra artıq heç bir prosesə real təsir etmək imkanlarına malik ola bilməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını artıq hamı anlayır. Buna görə də Ermənistanda və ya hər hansı digər bir ölkədə Minsk qrupunun olmayan səlahiyyətləri barədə səsləndirilən istənilən fikir Azərbaycanda yalnız qıcıq doğurur.
Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.

Taleh Ibrahimov,
Salyan rayon Yuxarı Xalac-1 saylı kənd tam orta məktəbin direktoru

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir