Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək

Tarix:20-06-2022, 19:23 Baxış Sayı:61 Kateqoriya:gundem / cemiyyet

Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək

Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməklə beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiq edir. İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan Qlobal Bakı Forumu bu qənaətin aydın mənzərəsini yaradır. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən növbəti IX Qlobal Bakı Forumu həm müzakirəyə çıxarılan məsələnin aktuallığı, həm də iştirakçıların say və tərkibi baxımından zənginliyi ilə diqqət mərkəzindədir. IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir.
9-cu Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir. Hətta bu Forumu nüfuzlu Davos və Münhen kimi Forumlarla da müqayisə edirlər. Bu gün Bakının ev sahinliyi etdiyi Qlobal Forum adlarını çəkdiyiniz platformalardan daha böyük sahələri əhatə edir. Daha dəqiq desək, Davos Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara açıqdır. Bu forumda Albaniya, Bolqarıstan, Gürcüstan və s. ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı dövlətlərin keçmiş rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərləri iştirak edir. Eyni zamanda, bir sıra dövlət başçıları Foruma müraciət ünvanlayıblar. Bu isə ondan xəbər verir ki, Azərbaycan, hər zaman olduğu kimi, yenə də qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə yetərincə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı, təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti tohfələr verir.
Azərbaycanın bu forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərə çarpan artım ölkəmizə olan diqqət və marağın, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi qeyd edilir. IX Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək qloballaşan dünyanın mövcud problemlərinə, təhlükəsizlik və dünyanı gözləyən qida böhranı məsələlərinə xüsusi diqqət ayırıb. "Əminəm ki, Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək"- söyləyən cənab Prezident məsələlərə yeni yanaşmanın vacibliyini və zəruriliyini önə çəkib.
Təhlükəsizlik məsələlərinin beynəlxalq gündəlikdə əsas məsələlərdən birinə çevrildiyini bildirən Prezident İlham Əliyev hər bir ölkənin bu prosesə öz töhvəsini verməli olduğunu diqqətə çatdırıb və vurğulayıb ki, “Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.”
Çıxışında cənab Prezident Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası işləri ilə bağlı hazırkı vəziyyət barəsində məlumat verib və regionda kommunikasiyaların bərpasının, xüsusilə də Zəngəzur dəhlizinin açılmasının gələcək regional sülhün fundumental elementlərindən olduğunu bildirib. “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayıb və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq” fikirlərini söyləyən ölkə başçısı Azərbaycanın müharibədə qalib gəldiyini, eyni zamanda işğaldan əziyyət çəkmiş ölkə kimi bunu tələb etməyə böyük mənəvi haqqı olduğunu bəyan edib.
Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı məsələyə toxunan cənab Prezident bildirib ki, onların hüquq və azadlıqları Azərbaycanda yaşayan digər millətlər kimi dövlətimiz tərəfindən tam təmin ediləcəkdir.
Çıxışında Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrə də münasibət bildirib və bu qurumun fəaliyyətinin artıq tarixin arxivində qaldığını vurğulayıb. Bu qurumun həyata keçirməli olduğu işləri Azərbaycan özü həll edib və yalnız böş vədlər verən və lüzumsuz səfərlər edən bu beynəlxalq quruma artıq heç bir ehtiyac qalmayıb.
Bir sözlə, dünya düzəninin pozulduğu indiki vaxtda Bakıda keçirilən bu mötəbər tədbir böyük əhəmiyyət kəsb edir. Ən əsası, Azərbaycan qalib ölkə kimi beynəlxalq məsələləri gündəmə gətirir, üstəlik, onun həlli yollarını göstərir. Bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır.

Qadir Əzizov,
4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru


SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir