Dünyanın qorunmasını önə çəkməsi ilə böyük əhəmiyyət daşıyan Forum

Tarix:20-06-2022, 19:17 Baxış Sayı:44 Kateqoriya:gundem / cemiyyet

Dünyanın qorunmasını önə çəkməsi ilə böyük əhəmiyyət daşıyan Forum

Cari ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirildi. Forumda 50-dən çox ölkədən 400-dək nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edirdi.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak və çıxış edib. Ölkə rəhbəri bildirib ki, Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Belə ki, ölkəmizdə beynəlxalq idman yarışları, mədəniyyət tədbirləri, konfranslar ən yüksək səviyyədə təşkil olunur. Əlbəttə ki, dövlətimizin beynəlxalq nüfuzu, ölkəmizdəki siyasi mühit, sabitlik və təhlükəsiz şərait belə tədbirlərin keçirilməsi üçün başlıca amillərdəndir.
Məlum olduğu kimi, Bakı forumunun əsas mövzusu “Qlobal dünya nizamı¬na təhdidlər”dir. Bu qlobal təhdidlərə isə heç də məhəl qoymamaq mümkün deyil. Bunlar dünyanı sarmış COVID-19 pandemiyası, həmçinin artıq özünü göstərən ərzaq böhranı, terrorizm və narkomaniyanın yayılması, məlum münaqişələrlə əlaqədar Avropaya miqrant axını və digər aktual problemlərdir. Fərəhli haldır ki, on il əvvəl Azərbaycan Prezidentinin himayəsi ilə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz fəaliyyətinin əsasını təşkil edən birbaşa vəzifələrlə bərabər, bu həyati məsələlərə də biganə qalmır və adekvat tədbirlər keçirır, aktivlik nümayiş etdirir. Mərkəzin təşkilatçısı olduğu Qlobal Bakı forumları bunun parlaq ifadəsidir.
Bəllidir ki, ikinci dəfə dövlət müstəqilliyimizə qovuşduğumuz 90-cı illərin əvvəllərində suverenlik və dövləti varlığımız təhlükələrə məruz qalmış, ərazilərimizin 20 faizi ermənilər tərəfindən işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Yalnız iki il öncə növbəti erməni hərbi təxribatına cavab olaraq başladığımız Vətən müharibəsində 44 günlük Zəfər yürü¬şü sayəsində torpaqlarımızı düşmən təcavüzündən qurtara bildik. Prezident-xalq-ordu birliyinin gücü sayəsində beynəlxalq hüquqlarımızı bərpa etdik.
Qarabağa vaxtaşırı səfərləri təşkil olunan xarici diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, media nümayəndələri də şahid olurlar ki, erməni vandalları oradakı mədəni irsi məhv etmiş, tarixi və dini abidələri da¬ğıtmış, infrastrukturu tamamilə sıradan çıxarmışlar. Müharibə zamanı onlar hətta cəbhə xəttindən uzaqda olan şəhərlərimizə qanunla qadağan olun¬muş raketlər ataraq dinc əhalini terrora məruz qoymuşlar. Bu vəhşilik heç vəchlə insanlıqla bir araya sığmır.
Biz hazırda Qarabağda və Şərqi Zəngəzurda heç kimin köməyi olmadan genişmiqyaslı bərpa-quruculuq işləri aparırıq. Ərazilərdə piyada və tank əleyhinə basdırılmış saysız-hesab¬sız minalarla bağlı dürüst xəritələrin verilməməsi səbəbindən isə orada hələ də həyat üçün təhlükəli vəziyyət davam edir. Əlbəttə, bütün bunlar dünyaya görk olmalı, beynəlxalq təşkilatlar təsirli tədbirlər görməlidirlər ki, faşizm və terrorizm halları bir daha heç harada baş verməsin.
Forumda dövlət başçımızın açıq¬ladığı dəyərli fikirlər, eləcə də digər natiqlərin mürəkkəb və kompleks məsələlərin həllinə geniş spektrdə pro¬aktiv yanaşma sərgiləmələri o mərama xidmət etdi ki, qlobal müstəvidə fun¬damental transformasiyalar zamanla qarşısıalınmaz böhrana çevrilməsin. Bu baxımdan IX Qlobal Bakı Forumu dəyişiklikləri fəsadlarla dolu ola biləcək dünyanın qorunmasını önə çəkməsi ilə böyük əhəmiyyət daşıyır.

Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir