Quru sərhədləri açılsa, nə baş verəcək? – Ekspert ilkin şərtləri AÇIQLADI

Tarix:17-06-2022, 21:16 Baxış Sayı:47 Kateqoriya:gundem / cemiyyet

Quru sərhədləri açılsa, nə baş verəcək? – Ekspert ilkin şərtləri AÇIQLADI

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Milliirs.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.

Pandemiya dövründən sonra ilk dəfədir ki, ölkəmizə gələn turist sayında artım müşahidə olunub. Onların sayındakı artımın ölkəmizə nə kimi fayda verəcəyi isə hər kəsi maraqlandıran məsələdir.

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, pandemiya zamanı turistlərin gələ bilmədiyini nəzərə alsaq, cari rəqəmlər qənaətbəxşdir amma:

“Azərbaycana gələn turist sayının keçən ilə nisbətən artması, pandemiya qaydalarının yumşaldılması və bütün dünyada uçuşların bərpa olunması ilə bağlıdır. Buna görə də turist axınının artması təbii haldır. Amma quru sərhədlərin bağlı olması turist sayının artmasına mənfi təsir göstərir. Quru sərhədlər də açıq olsaydı yəgin ki, ölkəyə daha çox turist gələrdi. Demək olar ki, ölkəyə gələnlərin 99%-i hava nəqliyyatından istifadə etmək məcburiyyətində qalır. Uçuş biletlərinin də qiymətləri də əl yandırdığı üçün əksəriyyət səyahətə maraq göstərmir və turist sayında artma halı müşahidə olunmur”.

Ekspertin sözlərinə görə, quru sərhədlərinin açılması ölkəmiz üçün daha çox turist və daha çox mənfəət deməkdir:

“Ölkəyə gələn turist sayının artması iqtisadiyyata müsbət təsir göstərir. Çünki gələn qonaqlar istər iaşə obyektlərində, istərsə də əyləncə və digər yerlərdə böyük məbləğdə pul xərcləyirlər. Bununla da dövriyyə artır və canlanma yaranır. Biletlərin qiymətlərində ucuzlaşma olarsa, həmçinin quru sərhədlər açılarsa daha böyük fayda götürmək olar”, - deyə N.Cəfərli quru sərhədlərinin açılmasını vacib görüb.

SON XƏBƏRLƏR
İşğaldan azad olunan torpaqlarda dayanıqlı iqtisadiyyat və yüksək rifah üçün lazımi şərait yaradılır.
İşğaldan azad olunmuş ərazilərin müasir üslubda bərpası milli prioritet olaraq xüsusi diqqətdədir
Amerikalı səyyah: Qarabağda gördüklərimizi ölkəmizin ictimaiyyətinə çatdıracağıq
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaqdır
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycan Texniki Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi
"Rusiya ordusu 34 700-ə qədər canlı qüvvə itirib" - Ukrayna Baş Qərargahı
13 rəqəmi bataqlıqda can verən Azərbaycan elminə nəhs deyil, nəsə gətirəcəkmi..?
Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - ARAŞDIRMA
Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular
 “AZVİRT” MMC şefinin qardaşından ÖZBAŞINALIQ... - Nazirə müraciət olundu
“Xalqımızı Qalibiyyətə aparan Ordu” adlı tədbir keçirilib
İçərişəhər Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçiriləcək
Kitabxanada 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar tədbir keçirilib
Sabiq məmurun oğlu buna görə həbs olundu
Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
Qazaxıstan Simonyanın ərini qara siyahıya saldı
BMT Baş katibi qlobal aclıqla bağlı xəbərdarlıq edib
Təhsil Nazirliyinin "Yay məktəbi": "Valideyn, şagird, müəllim üçün əsəbdir" - NƏ ETMƏLİ?
Balakən rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
FHN və DİN “Yay mövsümündə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib
25 iyun “Dənizçi Günü”dür.
Dünya dənizçilərinin peşə bayramı
IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Qlobal Bakı Forumunda müzakirələr beynəlxalq gündəmdə dayanan məsələlərin həllində yeni yanaşmalar qurmağa kömək edəcək
Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir